Bakı-Ankara-Bakı ( I yazı )


Bəzi işlərimə görə Ankaraya səfərim var idi. Dostlarımdan yol üçün bir çox fikirlər öyrənmişdim.

Bakı- Ankara səfəri üçün bəzi variantlar var idi. İlk variant o idi ki, təyyarəyə bilet alacaqdım və 2-3 saat səyahət edib Türkiyənin paytaxtına çatacaqdım. İkinci variant o idi ki, avtobusa bilet alıb  36-38 saat Azərbaycan, Gürcüstanı keçib istədiyim ünvana çatacaqdım.

Azərbaycan hökümətinin uzaqgörən və yaxın vuran siyasəti nəticəsində təyyarə biletləri həddən artıq baha olmasına görə avtobusa bilet aldım.

Avtobusa biletin qiyməti  60-70 dollar civarında oynayır. Təyyarə isə 200-300 euro xərc tələb edir.

Nəisə.

Bakı Avtovaqzalından bilet alıb bazar günü(7oktyabr) yola çıxdım.

Bakı-Ankara səfərinə ÖzNuhoğlu firmasının avtobusu ilə çıxmışdım… Avtobusun üzərində Tv, İnternet falan yazsalar da heçbiri yox idi. 7-8 dənə köhnə film, səviyyəsiz türk mahnıları var idi ancaq. Xidmət səvviyyəsi də 0-ın altında. (heç kimə hətta düşmənimə də arzu etmirəm bu firmanın xidmətlərindən istifadə etməsini)

Sərnişin avtobusuna kargo vurulması ilə dəfələrlə qarşılaşmışam ancaq bu səfərimdə tam şahidi oldum insana dəyər vermədiyini azərbaycanlı adlandırılan məxluqların. Ümumilikdə dünyan tarixinin üz qarasıdır bizim millət. 

Avtovaqzalda sevgilimin yola salmasıyla başladı 6-7 günlük Bakı, Tiflis, Batumi, Trabzon, Ankara səfərim.

Səyahətin ilk zamanlarında çox sürətli gedirdik hətta düşündüm ki, bu sürətlə çox tez çatacayıq ünvanbaşına. Ancaq sən saydığını say gör ZatıAilələri , Ulu öndərin davamçısı nə sayır. Prezidentimiz çox sürətli getdiyimizi görüb bütün maqistrala bəlkə biraz yavaşlayaq deyərək bütün yolu bağlatdırmışdı. Prezidentimiz açmağa çox meyilli biri olduğundan indi də Yevlax trassına çıxmışdı açmağa. Və analoqu olmayan bir qərar verərək beynəlxalq maqistralı bağlatdırmışdı. Nəisə buna da bir quş. 2 saat orda qaldıq.

Qırmızı körpü sərhəd məntəqəsinə çatıb sərhədi keçəndə isə yenə də utandım Azərbaycan respublikasının pasportunu daşımağıma görə. Növbəsizlik və tərbiyəsizlik baş alıb gedirdi. Tərbiyəsizliyi edənlər də yaşı 35-40 dan çox olan xalalar , bibilər və dayı-əmilər idi. Buranı da bir təhər keçdik. Gürcüstan ərazisində Türkiyəyə təhsil almağa gedən tələbələrlə oturub evdən gətirdiyimiz yeməkləri yeməyə başladıq. Hətta bəzi tələbələr məni, blogger olduğumu bilirdilər. Maraqlı söhbətlər etdik orda. Yeni çıxan kitablardan falan danışdıq.

Avtobusumuz 3 saat gecikmə ilə gəldi və biz yolumuza davam etdik. Sərhəddə gecikməmizin əsas səbəbi isə Yevlaxda avtobusumuza minən 8-9 nəfərlik bir ailə idi. Türk ilə evlənən və Azərbaycandan köçən ailə 2 otaqlıq malları, xalça, yorqan və araq ilə sərhəddə gecikməmizə səbəb oldular. Həm də o ailənin lüğətində inanın mənə ki, bir dənə də olsun mədəni söz yox idi. Mədəniyyətdən kənar bir ailə idilər. 20 saatdan çox yol getmişəm onlarla gözlərimlə şahid oldum.

Batumini keçəndən sonra Türkiyə tərəfinə keçdik . Azərbaycanda növbəyə durmayanlar, Gürcüstan və Türkiyə tərəflərində sakitcə növbədə durmuşdular. Bu xalqa Paz lazımdır. Heydər Əliyevin vurduğu pazın ağrısı deyəsən yavaş yavaş unudulur. Yenisi lazımdır. İlham nəqədər etsə də alınmır əvvəlki həzz xalqımız üçün.

Trabzonda sürücüdən xahiş etdim ki, saxlasın dəniz qırağında balıq kababı yeyək. Razılaşmadı. Mən də inad etmədim. Samsun ərazisinə gəlib çatanda istirahət mərkəzlərinin birində dayandıq. Yüngülvari yemək yedik və yol çıxmaq istəyəndə avtobusumuz xarab oldu. İtələsək də işə düşmədi və biz 6-7 saat Samsunda növbəti avtobusu gözlədik. Mən o arada sürücünün hesabına çay və azmaz yemək yedim. Ardından məscidə gedib bir az uzanın istirahət elədim. Sonra isə xarab avtobusda yatdım. Bəlkə də Trabzonda saxlasaydı oturub kabablasaydıq avtobusumuza heçnə olmacaqdı… 🙂

Növbəti avtobusa daxil olub Gəncəda çalışan Fəridə xanım adlı bir Jek işçisinin yanında əyləşdim. Blogger/jurnalist olduğumu biləndən sonra Gəncədə baş verən söküntü-tikinti işlərindən danışdı. Sonra da qeyd etdi məni Gəncədə Bəxtiyar Hacıyevin məhkəmisində görüb. 60dan çox yaşı olmasına baxmayaraq çox güclü yaddaşı var idi. Nəisə sağ olsun. O olmasaydı ankaradakı dostumla mobil telefon əlaqəsi qura bilməyəcəkdim.

Uzun sözün qısası axşam 18-00 da çatmalı olduğum ünvana gecə saat 02-15 də çatdım və növbəti dəfə nəqliyyatı dəyişib verilmiş ünvandakı evə doğru yol aldım. 35 dəqiqəlik bir yol gedəndən sonra ünvana çatdım və taksinin taksometrində 31 lira (15.5 azn) yazılmışdı. Onu ödəyib evə girdim…

Ardı var…

Etibar Salmanlı(Etibarlı) 

Bakı-Ankara-Bakı ( I yazı )” üçün 2 cavab

  1. he qardash gor istanbulda tehsil alan biz telebeler neler eziyyet cekirik.her defe iy vuran avtobusda bezileri istisna olmaqla seviyyesizlere yol getmek necede urey acan oldugunu sende gordun.eh neler eziyyet cekirik biz.Qeddafi babani pisliyirler ama her xarice qebul olan telebeye ilhamin pazinin altindan kecmekle yox birbasa teqaud ayirirmis…indi gor qeddafi babamiz bu dayimizin yaninda toya gedendi.indi ay qardash geleceyin bir muhendisi olaraq iylene iylene min cur eziyyetle gedib oxudugum turkiyeden mezun olsam gelib socarin kohnelmis texnikasiyla calisarammi?sorada deyirler xaricdekiler niye gelmir azerbaycana.Bize mutexessis lazimdi.valalh mezun olum vetendasliginda verecem qoltuguna yalla gedecem avropaya amerikaya neise bu qeder

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma