Sadə bir düşüncə və Ps.Mən Səni sevirəm…


Bu yaxınlarda Cecelia Ahernin “PS. Mən səni sevirəm” əsərini oxudum. Bir birini sevən bir cütlük, ardından xərçəngə yoluxan ər, onsuz qalan həyat yoldaşı və həyat yoldaşını düşünərək onun həyata tutunması, yaşaması üçün əri tərəfindən yazılmış 10 məktub.

Məhz ayda bir dəfə açılan o məktublar sonrasında həyatda ərinin ölümüylə hər şeyin bitdiyini düşünən qadının daha güclü olması və həyatına davam etməsi sevgiylə…

Yazdığım bu yazının o əsərə tam aiddiyyatı olmasa da uzaqdan yaxından əlaqəsi var.

Məni tanıyanlar bilir ki, bir iki nəfər dəyər verdiyim insandan başqa heçkimi düşünən birisi deyiləm. Ətrafın da nə düşündüyünə fikir verməmişəm heç. Desəm ki, qorxusuzam yox qorxduğum zadlar var. Məsələn hörümçəyə qarşı fobiyam var və ciddi şəkildə ondan qorxuram…)

Ancaq adını çəkdiyim əsərdən sonra ciddi-ciddi ölməkdən qorxdum desəm yalan olmaz.

İndi adicə qrip tutanda da və ya haramsa ağrayanda da az qalır ki, dərin depressiyaya düşüm.

İllərdir eynək taxmağı qəbul etmirdim ancaq son həftədə özümə eynək də yazdırdım…

Ölmək deyil əslində qorxu.

Qorxu – Hər şeyi yarımçıq qoyub getməkdir.

Qorxu – İstədiklərini etməməkdir.

Qorxu – Sevdiyini bir daha görməməkdir.

Qorxu – Sevdiklərindən doymamış getməkdir.

Nəsə belə bir yazı…

PS. O kitabı oxumağı məsləhət edərdim hər kəsə. ” Ps. Mən Səni sevirəm “

Pss. Nə zamandır bloqumdan yazı yazmadığım üçün blogumu ziyarət edənlərdən üzr istəyirəm…

Etibar Salmanlı (Etibarlı)

Sadə bir düşüncə və Ps.Mən Səni sevirəm…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma