İstirahət mədəniyyəti və xalamız…


Photo by Azad Red

İstirahət mədəniyyəti və xalamız…

Əslində hər zaman azadlığın tərəfdarı olmuşam. İnsanın azad olmasını onun inkişafına təkan verən əsas qüvvələrdən biri, birincisi saymışam. Məhz qarşılaşdığımız problemlərin kökündə kimlərəsə (valideynlərə, müdürlərə, sədrlərə, liderlərə) nələrəsə (dinə, milli adət-ənənələrə, mentalitetə) bağlı olmağımız yaxud bağlamalarıdır. Bizi inkişafdan geri qoyan ən əsas faktorlar bunlardır. Insanlar əgər özlərini heçbir tabuya, heç bir insana bağlı olmadığını anlasa ideallarının uğrunda mübarizəyə başlayacaq. Onları reallaşdırmaq üçün qüvvəsini səfərbər edəcək.

Hazırda Azərbaycanımızda inkişaf, yenilik söhbətini bağlayıb qoyublar bir qırağa. Üstü bağlı kitab kimi rəflərin birinə qoyulub. Bağlı kitabında üstünü toz basır.
Gənclik inkişafa meyilli olmalıdır, yenilikçi olmalıdır. Müəyyən bir təbəqə o yol ilə addımlayır. Ancaq azlıq istər-istəməz və ya zorla çoxluğa tabe edilir.
Ancaq bu sitatı da yaddan çıxarmayaq : “Azadlıq fahişə kimidir. Ancaq, bu o demək deyil ki, insanlar onu , onlar üçün sərbəstlik olmasından sui-istifadə edib zorlamalıdırlar!”

Yayın əvvəllərində Facebookda statuslara nəzər edirdim. Dost siyahımda olan “dost”ların əksəriyyəti parklarda skameykaların cütlüklər tərəfindən “zəbt edildiyini” , niyə məhz sevən insanların onların qarşısında əyləşdiyi haqqında oxşar statuslar yazırdı.

(Əgər dostlarımız bu yazını oxusa və istəsələr şərh yerinə hətta adlarını da qeyd edərəm)

Bu dostlarımı anlamadım sevən cütlüklər nə etsin ki, ölkədə onsuzda normal park mədəniyyəti formalaşmayıb,birgə gəzən cütlüklərə camaat “maraqla” baxır, kitab oxuyana da həmçinin. Yadımıza biranlıq Eurovision ərəfəsinin Bakısını salaq. Xalq hamılıqla küçələrə tökülüşmüşdü. O ərəfələr şəhərdə gəzə bilmirdim əsasən ofisdə vəya evdə otururdum.

Nəisə

Yayda hava sərin olanda çıxıb biraz şəhərdə gəzirdim. Ümumiyyətlə avqust ayınının böyük əksəriyyətini küçələri gəzib xalqımızı müşahidə etməklə keçirmişəm. İçərişəhər metrosundan aşağıda yerləşən Filarmoniya bağında gəzərkən bir cütlük gördüm. Skamyaların birində oturmuşdular. Qız da başını sevdiyi oğlanın çiyninə qoymuşdu. Əslinə qalanda ictimaiyyəti ciddi bir şəkildə təhdid də etmirdilər. İctimai asayişlə heçbir işləri yox idi. Sadəcə oturmuşdular.

Milli-mənəvi dəyərlərimizin keşikçilərindən birinin yaxınlaşıb qardaşı, ümumilikdə cütlüyü narahat edəcəyini, istirahətlərini pozacağını düşünüb üzbəüz skamyaların birində əyləşib gəlib gedənlərə baxırdım. Heyf ki, üzərimdə kamera yox idi ki, o anları kameranın yaddaşına köçürüm.

Nəhayət gözlədiyim an gəldi ancaq gözlədiyim kimi cütlüyə yaxınlaşan bir xalamız qardaşı biraz qırağa çəkərək: “Sevgilini apar evə nə istəyirsiz edin, burda belə şeylər etməyin. Sevgilisi, əri olmayanı var” söylədi… Qardaşı bilmirəm ancaq mən şəxsən şokda idim. Xalamızdan belə yenilikçi bir fikir eşidəcəyimizi gözləmirdim. Neftçinin Avroliqaya nə zamansa vəsiqə qazanacağına inanırdım ancaq xalamızın bu fikiri səsləndirdiyinə inanmırdım. Qardaş heçnə demədi sevgilisini götürərək parkdan uzaqlaşdı.

Ancaq həyatda möcüzə bir dəfə olur…

Mən yenə də vicdan əzabı çəkirəm. O xala ilə tanış olmadığım üçün…

Mənbə : NewsTime.Az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma