Facebook söhbətləri ( I yazı )


Bu söhbət haqqında uzun müddətdir ki, yazmaq istəyirdim sadəcə olaraq başım video-sujetlərə qarışdığından mövzu haqqında yazmağı gecikdirirdim. Yaxşı ki, gecikdirmişəm. Yoxsa son söhbətlər haqqında yeni bir yazı yazmaq gərək olacaqdı.

Azərbaycan ictimaiyyəti hamılıqla facebooka girişib. Ölkə bütün problemlərini facebookda həll etməyə çalışır. Bu məsələlər haqqında bir az fikir bildirmək istərdim mən də.

Facebookun yaradıcısı Mark heç düşünə bilməzdi ki, Azərbaycanlılar onun “platforma”sından belə istifadə edəcək. Hər gün bir neçə qrupa əlavə edilirik. Qruplarda təşkilatlanma gedir hazırda. Xilas qrupunun adminləri, İstefa qrupunun adminləri ilə rəqabətdədir. Azərbaycan səhifəsi Azerbaijan səhifəsi ilə mübarizədədir.

Qruplar demişkən məni bu yaxınlarda bir qrupa əlavə etdilər. Qrupun adı çox maraqlı idi. “Gələcək Prezidentimiz Əli Kərimli” . Biraz düşündüm ki, insanlar belə şeylər niyə etsinlər ki, nəyə lazımdır ki, belə bir qrup yaratmaq. Niyə ucdan tutma hamını ora əlavə edəsən ki? Bu sualların nəticəsi olaraq belə bir fikrə gəldim ki, insanlara bəzən meydan vermək lazımdır ki, fikirlərini desin. İnsanların fikirlərini demə ehtiyacı var insanları bundan məhrum etdikdə hazırki vəziyyət göz önünə çıxır.

Son zamanlar facebook əsasən fikir bildirmə tribunasına çevrilib. Facebook artıq müəyyən insanlar üçün xəbər alma mənbəyinə çevrilib. Bundan da hərkəsin xəbəri var. Son bir həftənin facebook söhbətlərini araşdırsaq çox rahat şəkildə xəbərlərin necə dəyişildiyi görünəcək.

İlk öncə aktiv facebook istifadəçiləri ölkədən çıxarılan 48 milyard dollardan danışmağa başladılar. Ciddi şəkildə yuxarıda adlarını qeyd etdiyim qruplarda müzakirələr başlandı. Bu söhbətdə “fake” profillərə ehtiyac olmadı. Sonra isə bu məsələ bir an içində bağlandı və Hafiz Hacıyevin prokurorluğa müraciət edərək mərhum prezident Əbülfəz Elçibəyin Əli Kərimli tərəfindən  zəhərlənərək “öldürüldüyü”ni bildirməsi ilə bu söhbətə cəbhələr açıldı. İctimaiyyət Əli Kərimlini dəstəklədi. Bəyanat verildi, Azadlıq qazeti hətta “Gənclər Əli bəyi dəstəkləyir” adında yazı da yazdı. İnsafən deyək ki, bu məsələdə kor-kor gör-gör Əli Kərimliyə qara pr aparılırdı. Pr güclü olmasa da 48 milyard söhbəti arxa plana keçdi.

Gənclər sektorunda, ictimai sektorda isə vəziyyət daha qəliz idi bu aralar. Kultura.az saytında İrəli İ.B-i haqqında yazılmış yazı son zamanların əsas müzakirə edilən söhbətlərindən biri idi. İrəliçilər fikir vermirik desə də yazı İrəliçiləri və mətbuatı məşğul edirdi. Yeni Müsavat qazeti hətta daha irəli gedərək İrəlinin korrupsiya faktlarını “açıqlamağa” az qalmışdı ki, yeni bir cəbhə açıldı. Bütün diqqət AXCP GK və N!DA VH mübahisəsinə onların fonunda Qurbanlıların davasına verildi. Xəbər qıtlığının fonunda hər iki “siyasi liderin” statusları xəbər üçün material oldu. Qruplar və statuslarda çox səviyyəli söhbətlər edilməyə başlandı. Mənim bir statusumun altında da gözəl sözlər istifadə edildi. Bu söhbətdə “fake” profillər işə qarışdı məsələ bütün gücü ilə ictimailəşdi. Bir neçə sayt təhlil, araşdırma etdi bu söhbəti. Əbülfəz Qurbanlı isə siyasətdən getdi sonra düşünüb geri qayıtdı. Nida Vətəndaş Hərəkatı isə bu oyunda offside-da qalaraq oyunu uduzdu. Hərəkat heç bir reaksiya vermədi məsələyə. Yeganə reaksiyaları ancaq Rəşadət Axundovun hərəkatdan və ictimai sektordan getməsi oldu.

Bu məsələlər bir az soyumaq istəyirdi ki, yeni bir söhbət facebook istifadəçilərini ağuşuna aldı. Hazırda dissertasiya yazan bloqqer Emin Milli Müsavat partiyası başqanı İsa Qəmbər niyə yerini gənclərə vermir, niyə başqanlığı yeni üzlərə buraxmır deyə profilində müzakirə təşkil etdi. Bununla da ciddi bir polemikanın əsası qoyuldu virtual məkanda. Yenə də qruplarda müzakirələr başlandı. Bu dəfə əsasən İstefa qrupunda bəzi müzakirələr başlandı. Qeyd edim ki, Xilas AXCP-nin, İstefa isə Müsavatın facebook dayaq dəstələridir. Mübahisəyə dəyərli bəylər və xanımlar qoşuldu. Bu söhbətdə “fake” profillərdən istifadə edilmədi. Bu “fake” profil məsələsinə haşiyə çıxım ki, əsasən “fake” profillərdən AXCP-ni müdafiə etmək üçün istifadə edirlər. Emin Milli var gücü ilə İsa Qəmbəri debata dəvət etdi ancaq başqan məşğul olduğunu və ancaq ciddi siyasətçi ilə debata çıxa biləcəyini bildirdi. Bu söhbət facebookun sərhədlərini keçərək hətta tvitterə də sıçradı. Sonda Emin Milli Azadlıq radiosuna çıxaraq fikirlərini əsaslandırmağa çalışdı. Arada emosiyaya qapılaraq “İsa Qəmbər getməlidir, nöqtə!” Deyərək söhbəti bağladı da. Burda da ikili cəbhə yaranaraq Emin Millini də İsa Qəmbərin də tərəfini saxlayanlar oldu.

Yəni ki, belə bir mühitimiz var hazırda facebookda (virtualda). Mən ciddi şəkildə narahat oluram ki, görəsən növbəti mövzu dəyişikliyi hansı mübahisəni gətirəcək bizim üçün.

Ps. Qeyd edim ki, hələ də Emin Milli məsələsi facebookda aktual olaraq qalır…

Pss. Uşağına sünnət toyu edib, bütün toyu kameraya çəkib ardıyca isə youtuba yükləyib, facebookda paylaşanlar da azlıq təşkil etmir…

Etibar Salmanlı (Etibarlı)

Facebook söhbətləri ( I yazı )” üçün 8 cavab

    • Mənsur, Etibar fikir bildirməyib. Sadəcə üzdə olan proseslərin nə olması barədə yazıb. Məsələn, Emin Milli-İsa Qəmbər söhbətinin nədən ibarət olmasını bilməyən biri bunu oxuyub söhbəti başa düşə bilər. Amma Etibar məsələn bütün bu məsələlərdən bixəbər biri bu yazını oxuyub İrəli və AXCP-NİDa söhbətində məsələnin nədən getdiyini başa düşməyə bilər. Bəlkə də sən özün bilirsən deyə izahat verməyi artıq bilmisən.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma