Avqust səyahətləri Batumi ( II yazı )


Birinci yazı : Oxu (LİNK)

06-avqust-012 Tiflis – Batumi yolu

Bu yolda mənə elədə maraqlı heçnə gəlmədi. Bütün yola fikir verdim. Avtobusda bizdən başqa Azərbaycanlılar var idi. Yanıma ortayaşlı bir qadın oturmuşdu, yolun ortalarında yol onu tutdu və yerini dəyişdi.

Fasilə üçün avtobus ev restoranların birinin qarşısında dayandı. Yüngülvari səhər yeməyi yedik. Yemək stolunda çay ilə siqaret çəkərkən düşündüm ki, niyə bizimkilərin ağlına gəlmir belə ev-restoranlar yaratmaq. KÜrdəmirdə vəya digər yol üstü rayonlarda səviyyəsiz kafelərdənsə belə təmiz ev restoranların olması daha yaxşıdır.

Bəlkə də ağıllarına gəlib sadəcə imkan verməyiblər yaratmağa…

Gürcü qadın iki mərtəbəli evini restoran edərək yaxın qohumları ilə turistlərə qulluq edirdi. Batumiyə, Türkiyəyə gedən avtobuslar orda saxlayıb orda yemək yeyirlər. Hətta tualet də pullu idi, 30 tetriyə.

Yolun yarısında heçnəyə fikir vermədən sevdiyim insanın mənə hədiyyə etdiyi Murakaminin Norveç Meşəsini oxudum. Başımı kitabdan ayıranda fikir verdim ki, Batumiyə çatmışıq.

Batumi

Gürcülər sözün əsl mənasında Qafqazın turizm cənnətini yaradıblar Acariyanın paytaxtında. Yerli əhalidən daha çox turist var idi şəhərdə. Bahalı otelləri nəzərə almasaq çox sərfəli qiymətlərlə evlər, hostellər var. Qaldığımız hostelin adambaşına düşən qiyməti 25 lari (12.5 azn) idi. Qeyd edim ki, Novxanı akvaparkında  ən ucuz otaq səhər yeməyi olmadan 6o azndir. Tiflisə nəzərən burda maşınların çoxluğu gözə çarpır. Hər yerdə turistlər var. Türklərin çoxluğunu da qeyd etmək lazımdır. İlk olaraq şəhərin mərkəzini gəzdim və Qara Dəniz ilə tanış oldum. Qara dəniz çınqıllı sahiliylə qarşıladı məni. Həddən artıq dalğalı idi dəniz. Bəzi adamlar dənizə ayaqqabı ilə girirdi. O axşam Kənan Qasımlı ilə Şeraton otelinin qarşısında görüşdüm. Görüşə gedərkən qarşıma 8-10 nəfərlik oğlanlı-qızlı heyət qarşıma çıxdı. Pivə içmək pul istədilər, 1 lari verdim onlara. Təklif etdilər ki, gedib içək bir yerdə, razılaşmadım. Kənan ilə yağışın altında maraqlı bir küçə Pub-ı tapdıq və yağışı izləyərək pivə içdik. Pivənin bir bakalının qiyməti 1.50 ları(75qəpik)  idi. Bakıda elə bir yerdə pivəni adama 2 azndən ucuz verməzlər. Yağış dayananda isə gəzərək bulvarın baş tərəfində yerləşən 160min dollarlıq Ali və Nino heykəlini ziyarət elədik. Bir neçə milyonluq Koroğlu heykəli və 160min dollarlıq Ali və Nino heykəli. Özünüz müqayisə edin.

07 avqust 012 ( Batumi-Sarpi-Batumi )

Günü şəhəri gəzməklə, dənizdə çimməklə açdım. Elədə çox şey yoxdu qeyd edəsən. Bircə Sarpiyə getməkdən başqa.

Hosteldən çıxıb avtobuslar dayanan yerə getdim. Sarpi avtobusunu tapıb əyləşdim qabaq sirada.

Qeyd edim ki, Sarpi Gürcüstanla Türkiyənin sərhəd keçid məntəqəsidir. Batumidən 15-20 km aralıda Qara dənizin sahilində yerləşir. Batumidən Sarpiyə mikroavtobuslar 1 lari(50qəpik)yə gedir. Bir tərəfi dağlar digər tərəfi isə dəniz. Batumiyə gedəcəyimi deyəndə atam və dostum Türkel Rüstəmxanlı mütləq Sarpiyə getməli olduğumu bildirdilər. Sözlərinə qulaq asıb getdim. Və yaxşı ki getdim. Elgün tənbəllik edib gəlməmişdi mənə görə çox şey itirdi.

Sarpidə şəlaləyə getdim, çimdim buz kimi suda, ordan çıxıb qala divarlarına oxşar yerə getdim türk turistlərlə. Sonra geriyə qayıdıb Qara Dənizə baş vurdum. Sarpi hissəsində Qara Dəniz adi ilə tərs mütanasibdir. Dumduru suyu var dənizin o hissəsində. Batumi ilə müqayisədə çox təmizdir. Dənizdən çıxıb Türkiyə tərəfinə keçmək istədim ancaq yadıma düşdü sənədlərim hosteldə qalıb. Pis olmadım, kefimi pozmadım çünki avqustun axırında İstanbul, Ankara səfərinin məni gözlədiyini bilirdim.

Qayıdıb dəniz kənarında otururub dənizə baxdım. Darıxdım təkliyimə. Düşündüm ki, Batumi vəya Sarpiyə tək gəlməyəsən gərək. Sevgilinlə, nişanlınla vəya həyat yoldaşınla gələsən. Bu gözəllikləri paylaşasan. Yoxsa gözəlliklər yarımçıq qalır.

Paltar satılan yerə gedib özümə yeni bir şortik aldım və restoranların birində kola və dondurma alıb qatışdırıb bədənə qəbul etdirdim. Çox maraqlı olur, məsləhətdir yoxlaya bilərsiz.

Batumiyə qayıdıb biraz tennis oynadıq, bulvarda gəzdik və ən əsası İtalyan restoranların birində oturub pizza yedik. Son zamanlar xəstələnmişəm pizzasız qala bilmirəm. Hesab da çox az gəldi 38-40 ları arasında (18-20 azn).

Bu gecə Batumda son gecəm olacaq. Səhər Tiflisə gedib ordan da Gəncəyə keçəcəyəm. 1-2 günlük də Gəncədə Emil Bağırovun qonağı olacağam.Ən azı 400-500 km avtobusda yolum var.

Ps. Soyuq Nabeqlavi suyu içdiyimdən deyəsən boğazım xəstələnib. Uca Şirvin köməyimiz olsun.

Pss.Batumi də yenə yağış yağır…

Bu slaydşou üçün JavaScript lazımdır.

Etibar Salmanlı (Etibarlı)

Avqust səyahətləri Batumi ( II yazı )” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma