Avqust ayı səyahətləri ( I yazı )


Bu yazılarda əsasən Avqust ayında getdiyim yerlər, başıma gələnlər, yolda gördüklərim, qarşıma çıxan insanlarla olan dialoqum vəs. bəhs edilir. Pünhan İmamlı deyir ki, bu yazdıqlarım oçerkdir. Mən bilmirəm ki, oçerkdir ya yox ancaq ürəyim istəyib yazmışam, bloqumdan, tribunamdan paylaşıram. Maraqlı olanlara oxuyarlar. Mən getdiyim yerlərə gedənlər üçün lazımı məlumatlarla bol olduğunu düşünürəm…

Beləliklə başladıq…

04-Avqust-2012 , Bakı – Tiflis yolu…

Avqustun ayının 3-də Elgünlə gedib Bakı avtovaqzalından Tiflisə bilet almışdıq 13 azn-ə. Yanvarın 3-dən sonra yenidən Tiflisə Qafqazın paytaxtına səfər edəcəkdim. Əslində Tiflisi çox sevirəm, rahat şəkildə bu şəhərdə yaşayaram, heç darıxmaram. Bu səfərimdə yeni bir regionunu kəşf edəcəkdim Gürcüstanın. Tiflis, Bakuriani, Bazalettidən sonra Batumiyə də səfərim olacaqdı.

Avtobusun çıxış vaxtına 10-15 dəqiqə qalmış avtovaqzala çatdım. Elgün təkərə düşüb qorxmuşdu ki, gəlməyəcəm.

Avtobusda bizdən arxa oturacaqda ana və qızı yan oturacaqda isə onların digər qadın qohumları əyləşmişdi. Söhbətlərimizə çox maraqla qulaq asırdılar. Ancaq sonda iki ateistin dinlər, peyğəmbərlər haqqında fikirləri xoşlarına gəlmədi deyəsən.

Qarşımızda isə bir ailə balaca uşaqları ilə əyləşmişdilər. Düşündük ki, uşaq ağlayıb beynimizi xarab edəcək. Ancaq yanıldıq. Uşaq bir çox uşaqlardan fərqli olaraq Bakıdan tiflisə qədər 10 saatlıq yolda ağzını belə açmadı.

Məndən soldakı oturacaqdakı qardaşdan isə mənə şiddətli xorultular yadigar qaldı.

İlk dayanacağımızı Kürdəmirdə kafedə etdik. Bığ restoranı deyildi ancaq. Şirin çay, pomidor, pendir, ayran nuş elədik. Qiymət elədə baha deyildi 5 azn. ( saat 01-45 də mənşəyi məlum olmayan ətdən lülə, tikə, basdırma yeyən Azeroidləri isə anlaya bilməmişəm heçvaxt) Qeyd edim ki, Kürdəmirin ağcaqanadları kimi qeyri-etik, tərbiyədən kənar həşaratlar görməmişdim bu yaşıma qədər. Rəsmən ayaqlarıma təcavüz etdilər.

İkinci dayanacağı Gəncədə Azpetrolda verib adama bir siqaret çəkdik.  Ardından yenidən yola davam.

Avtobus haqqında qeyd edə bilərim ki, mən şortiklə idim və ayaqlarıma çox soyuq oldu. Kondisioner var gücü ilə işləyirdi. (Ps. Bunu Gəncə Bakı avtobusu haqqında deyə bilmərəm ancaq)

Qırmızı Körpü sərhəd keçid məntəqəsində olan anarxiya, özbaşnalıq, növbəsizlik haqqında danışmağa utanıram. 3-4 kişi (paqon) insanları növbəyə düzə bilmədi. Bir təhər keçdik oranı (Azərbaycan tərəfini) Gürcüstan tərəfində isə hamı adam balası kimi növbəyə düzülmüş sırasını gözləyirdi. Adamın tüpürməsi gəlir saxta azərbaycanlının üzünə.

Keçid məntəqəsindən 45-1 saat sonra artıq Tiflisin mərkəzi küçələrində gəzirdik. Rustavelli prospekti üçün darıxdığımı hiss edirdim.

Tiflis öz kədərli ancaq günəşli havasıyla bizi, məni qarşılayırdı.

05-avqust-2012 Tiflis

 Rustavellidə biraz gəzib yatmış şəhərə nəzər etdim. Qarşıma Milli məclislərinin yanında olan Kilsə qarşısında xaç çəkən qız çıxdı. Saata baxdım 07-50…

Biraz qarşıda gecə qlamur kafedə yaxşıca içib elə kafenin stolları üstündə yatan qızları gördüm. Bakıda belə bir düşündüm. Qızları o vəziyyətdə Bakı mərkəzindəki kafelərin birində təsəvvür etdim. Dəhşətli təssəvvür idi…

Biraz gəzintidən sonra mərkəzdən aralıda bir hostel tapdıq. Adambaşına 12.5 manata. Normal otaq idi. İsti-soyuq suyu vardi, kondisioneri həmçinin. Məsləhətli motel idi.

Hosteldə ilk olaraq paltarlarımızı yerləşdirib isti havada şəhəri biraz gəzməyi düşündük. Tiflis yanvarda gördüyüm kimi deyildi. Küçələrdə xarici, bahalı maşınların sayı artmışdı. Bir çox səmtlərdə təmir-tikinti işləri başlamışdı. Ancaq yenə də insanların üzündəki kədəri görmək olurdu.

Hostelə qayıdıb 3-4 saat yatmaq, yorğunluğu bədəndən çıxartmaq lazım gəldi. Smslər telefonuma gəlirdi ancaq cavab verə bilmirdim. İçimdə qalırdı cavablarım…)

Axşam saat 7-8 radələrində Elgünün şüvənliyi ilə yenidən çıxdıq mərkəzi gəzməyə. Acından başım aqrayırdı. Tiflisə səhər çatan kimi acaruli xaçapurisi ilə Kazbegi pivəsi içmişdim. Kafelərin birinə girib menyudan yeməkləri sifariş etdik. Son zamanlar pizzaya xəstələnmişəm həddən artıq çox pizza yeyirəm. Gecə 11 də pizza sifariş etdim. Ancaq kafedə çaça olmadığı üçün və dükandan alıb gətirməyə icazə vermədiklərin keyfim yarımçıq qaldı. Sonuncu müştərisiydik kafenin. Bağlı qapılar arxasında yeməyimizi yeyib arxa qapıdan hesabı ödəyib çıxdıq. Rustavelli metrosunun qarşısında Tbilisi Loves You pulsuz vifi ilə  Elgünün telefonu ilə facebooka daxil oldum. sevgilimə bir mesaj yazıb hərşeyin onsuz maraqsız  olduğunu bildirdim. Statusumu yeniləyib dükandan 250 lik çaça alıb hostelimizə Olimpiadada qazandığımız gümüş medalı yumağa getdik.

Tiflisdəki, Gürcüstandakı ilk günü belə bitirdik.

Sabah 7-8 arası Batumiyə səfərim başlayacaqdı. Qarşıda yenə də 6 saatlıq yol məni gözləyirdi …

(04-05 avqust, Bakı, Tiflis)

Xatırlatma : Bakı – Tbilisi avtobusu 13 azn , Mərkəzə taksi 5-8 ları (2.5-4azn), Tbilisi – Batumi avtobusu isə 20 ları (10 azn) – dir…

Avqust ayı səyahətləri ( I yazı )” üçün bir cavab

  1. Geri bildiriş: Avqust səyahətləri Batumi ( II yazı ) « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma