Bir foto çəkin zəhmət olmasa


10 dəqiqə intervalı ilə iki bloq yazısı oxudum.

Birincisi Taleh Məmmədovun – Bakı çimərlikləri yazısı  digəri isə Orxan Səlimovun – Novxanı çimərliyi yoxsa Batumi sevdası idi. Hər iki yazı çimərliklərimizdən yazılmışdı.

Taleh Məmmədov nisbətən tarixi, gəncliyini varaqlayıb maraqlı bir yazı ortaya çıxartmışdı. Çox maraqlı yazı idi. Ləzzətlə oxudum 99faiz də yazdıqları ilə razılaşıram.

Orxan Səlimov isə Novxanını Batumi ilə müqayisə etmişdi. Yazısında turizmi inkişaf etdirməyi təklif edirdi. Bir çox yerdə razıyam Orxanla da ancaq razılaşmadığım bir çox nüanslar var. Novxanını Batumi etmək üçün çox iş görməlidir dövlət. 

Mən Novxanıya da arada gedirəm, digər çümərliklərə də ancaq ayın əvvələrində Batumiyə də turist kimi gedəcəyəm. Gürcülərin turizmlərinə mən də azmaz köməyimi edəcəyəm.

Məsələ bu deyil ancaq yazmaq istədiyim.

Yazmaq istədiyim odur ki, hər iki blogger öz bloq yazısında eyni fotolardan istifadə edib. Google-da axtarış edib fotonu seçib qoyublar yazılarına. Fotoya baxırsan elə də əjdaha foto falan da deyil. Adi sahil fotosudur. Hər iki bloggerin ən azından mobil telefonu var. Orxanı bilmirəm ancaq Talehin Samsungu gözəl foto çəkir. Elə orda olarkən bir foto çəkə sonra da bloq yazısını yazanda yazıya əlavə edə bilərdi fotonu. Orxanın hansı texnikası var bilmirəm ancaq ən azından mbil telefonu var böyük ehtimalla.

Bir iki foto çəkib bloqa daxil etmək, Novxanı çimərliyi vəya hansısa digər adla adlandıra bilərdilər. Xaricilər də Azərbaycanda çimərlik axtaranda o fotolara istinad edərdilər. Novxanını inkişaf etdirmək istəyən Orxan Səlimovun bunu etməməsi ancaq Novxanı Batumi olsun istəyi mənə biraz süni gəldi. Biz çox iş görə bilmərik turizmimizin inkişafı üçün ancaq bir foto çəkib internetə qoya bilərik ən azından.

Xırda bir dəstək verə bilərik mənim fikrimcə.

Ona görə getdiyimiz yerlərdə ən azı bir foto çəkəy, internetdə, fb-da, twitter-də paylaşaq.

Bizdə belə dəstək verək. Səmimi dəstək verək. Analoqlu, analoqsuz inkişafımıza…

Hamıya Uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Bir foto çəkin zəhmət olmasa” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma