İntihar, imtahan, bal çatışmamazlığı…


Son günlərin müzakirə edilən digər xəbəri universitet imtahanlarıdır. İmtahanlar keçirilir, artıq bəzi qruplar üzrə nəticələr də açıqlanıb. Nəticələrdən danışmağa utanıram. Çünki biabırçılıqdır təhsilimizin vəziyyəti…

1ci qrupun nəticələri tamamilə biabırçılıqdır.

1ci Qrupun nəticələri belədir. Rəqəmlərə baxıb vəziyyətin nə dərəcədə dəhşətli olduğuna əmin olmaq olar.

I ixtisas qrupunun qəbul imtahanlarında
2616 nəfər 0-20,
4140 nəfər 20-40,
3748 nəfər 40-60,
2989 nəfər 60-80,
2410 nəfər 80-100,
1928 nəfər 100-120,
1632 nəfər 120-140,
1453 nəfər isə 140-160 bal nəticə göstərib.

Bu nəticələri də qırağa qoyub bir məlumatı sizlə paylaşmaq istərdim. Sumqayıt şəhər sakini universitet imtahanlarında keçərli bal yığa bilmədiyindən intihar edib. İndi o uşağın ailəsi ağlayır, özlərini yerlərdə süründürürlər. Xeyri olacağmı? Yox.

Uşağı intihar həddinə gətirib çatdırıb indi ağlayıb-sızlamağın heç bir xeyri yoxdur.

Əsas səbəbkarlar intiharda uşağın valideynləridir. Cinayət məcəlləsində İntihar həddinə çatdırmaq deyə bir maddə var. Təklif edirəm ki, ailənin başçılarını hamısını bu maddə ilə mühakimə edib həbs cəzası versinlər. O uşağın qatilləri valideynlərdir. Nə dərəcədə sıxıblar uşağı ki, uşaq balın ona çatmayacağını düşünüb intihar edib.

Düşünün biraz. O evdə nə vəziyyət olmalıdır ki, insan ölümü seçsin alternativ özünə.

Polislər isə heçnə etməyəcək. Biraz istinaq edib işi bağlayacaqlar 5-10 manat müqabilində…

Və bu intiharlar davam edəcək.

Bildiyimiz budur. Bilmədiyimiz nəqədərdir görəsən…

Ps. Həmçinin tanışlarımdan biri 3-cü qrup imtahanında 649 bal yığıb onu da burdan təbrik edirəm. Öz adımdan deyirəm ki, fəxr edirəm onunla.

Pss. Mən 347 bal ilə BDU-nun Şərqşünaslığına daxil olmuşdum 2004-də…

Etibar Salmanlı(Etibarlı)

İntihar, imtahan, bal çatışmamazlığı…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma