Mətbuat gününə sözardı…


Həsən Bəy Zərdabi 22 iyun 1875-ci ildə Əkinçi yaratmağla Azərbaycan mətbuatının yaradıcı olub. Əkinçinin hansı tarixi əhəmiyyəti olduğundan söz açmaq fikrindən uzağam.

1-2 fikirlərimi qeyd edib bayram postunu bitirəcəyəm.

Son günlərin ən çox müzakirə edilən xəbəri Heydər Əliyev Mərkəzinin yanması oldu. Yanğınlar əsasən korrupsiyanın, yeyintinin hesabatını verə bilməyəndə törədirilir. Yanğınlar əsasən qaranlıq, qeyri-demokratik, qeyri-şəffaf ölkələrdə vəziyyət çıxıb özünü imam göstərmək üçün törədilir. 300 milyon azn-lik mərkəzin yanma səbəblərindən ən əsası elə korrupsiyanın, yeyintinin gizlətmək üçün, “pul silmək” üçün törədildi. Yenidən təmirə büdcədən pul ayıracaqlar və mayda açılışını prezident və xanımı etmiş mərkəz yenidən təmtəraqla açılacaq. Yenidən açılış xəbərini AzTv və digər xəbər edici orqanlar əsas xəbər edəcək. Ancaq heçkim yeni istifadə verilmiş mərkəzin niyə təmir edildiyi söhbətinə qayıtmayacaq çünki sərf eləmir.

Prezidentin atasının mərkəzinə 300milyon ayıranlar Həsən Bəy Zərdabinin ev muzeyinin təmirinə 300 min ayırıblar. O da dəqiq bilinmir ki, deyilən məbləğ muzeyin bərpasına sərf ediləcək mi, yeyinti olmayacaq ya yox.  Bilinmir.

Budur hazırki Azərbaycan hökümətinin mətbuata  verdiyi qiymət.

Verdiyi qiymət dedim yadıma Azxeber.com-un bir xəbəri düşdü. Nazirlik portalımızı təbrik etdi başlıqlı xəbərdə nazirliyin portala maddi hədiyyələrlə təbrik etdiyi göstərilib. Telefon vəs. verilib portala. Mən bildiyimə görə axı jurnalist heçkimdən hədiyyə almamalıdır.  (OXU LİNK)

Yəqin ki, nazirlik portalı “yaxşı işlədiyinə” görə mükafatlandırıb. Mükafatlandırıb ki, bundan sonra da nazirliyə daha yaxşı “işləsin”. Nə deyirəm ki, yaxşı “işləməklər”!

Burdan özünü müxalifət qazeti adlandıran “Yeni Müsavat” və “Azadlıq”a da salamlarımı çatdırıram. Siz də çox azadıq, müstəqilik deyib atdanıb-düşməyin. KİV-ə Dəstək Fondundan ildə 30-100 min azn cibxərcliyi alan sizsiniz mən deyiləm.

Hökümətyönlü Səs, Yeni Azərbaycan, İki Sahil-dən zaddan danışmıram. Onlar çoxdan rəhmətə gediblər sadəcə basdıranları yoxdur. Yəqin ki, soyuducu təcrübəsindən istifadə edirlər…

Və sonda özünü mətbuat işçisi adlandıran hərkəsi təbrik edirəm. Reketini də, nazirliklərə işləyənini də, vicdanlı olanını da, olmayanını da, bloqqerləri də, bloqu olmayanını da. Ümumiyyətlə hər kəsi təbrik edirəm.

“İşləyin” vicdanlı işləyin, nazirliklərə “işləyin” nə bilim bacarırsızsa edin. Onsuzda sizdən bir zad olan deyil.

Uğurlar Hamıya.

Ps. Əks tərəflərin də fikrini bloqumda yayımlamağa hazıram. Əgər varsa…)))

Etibar Salmanlı(Etibarlı)

Mətbuat gününə sözardı…” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma