İlham Əliyevə müraciət


Bir bloqqer dostumuzun yazısı mənə ilham verdi ki bu yazını yazım.

Dostumuz belə yazmışdı (yadımda qalanlar) :

Cənab İlham Əliyev sizin uzaq və yaxınvuran siyasətinizin nəticəsində yeni ev almışıq hətta hamam-tualetini remont da etmişik. Zati Ailələrindən xahiş edirik ki, gəlsin hamam-tualetimizin açılışını eləsin. O, gələnə qədər qonşuların tualet-hamamından istifadə edəcəyik.

Dostumuzun yazısına davam olaraq bildirmək istədiyim bəzi fikirlərim var.

İlham müəllimin belə işlərə baş qoşmasından bir vətəndaş olaraq çox utanıram. Harda qırmızı lent gördü prezidentimiz qayçını əlinə alıb gedib kəsir, açılış edir.  Keçid, körpü, bina, mədəniyyət mərkəzi qalmayıb açmadığı.

Hazırda bizim evdə də remont gedir ancaq mən dostumuz qədər dözümlü deyiləm gündə iki dəfə çimməliyəm yayın bu istisində heç kimin gəlib hamam-tualetimizin açılışını etməsini gözləyə bilmərəm.

Prezidentimizin açdığı binaları, keçidləri başqa ölkələrdə meriya işçiləri maksimum mer özü açır. Hətta Türkiyədə də bir neçə zavodun açılışını müxalifət partiyası lideri Kılıçdaroğlu etmişdi.

Bizdə isə Əli Kərimli vəya İsa Qəmbərə zavod nədir heç ofis açılışı etməyə imkan verməzlər.

Nəisə burdan dostumuza bildirirəm ki, İlham gəlib sizin hamam-tualeti aça bilməyəcək çünki atasının mərkəzi yanıb bu gün səhər saatlarında. Başı bu dəqiqə büdcədən nəqədər pul ayırmağa qarışıb. Büdcədən pulu ayıracaqlar sonra isə tikəcəklər axırda da oranı açacaqlar. Bütün Azərbaycanı tikib-açdıqları kimi…

Dostumuza  məsləhətim nə edirsən İlhamı məhləuşağım Taleh Məmmədovu da götürüb gəlim sizə açaq hamam-tualetinizi. Taleh də elə İlham kimi oğlandır! Oğraşdı yalan deyən…)))

Fotolar president.az saytından götürülmüşdür!

Etibar Salmanlı(Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma