Bəzən…


Mən bloqumu siyasi bloq adlandırmıram. Bir çoxunun əksinə olaraq. Siyasi tematikalı yazılarım bol olsa da bloqum siyasi deyil. Mən əsasən bloquma şəxsi gündəliyim kimi baxıram. Sadəcə gündəliyimi şəxsi (private) deyil ümumi (public) etmişəm. İstər siyasi yazı olsun, istər sosial-məişət problemi, istərsə də şəxsi hisslərimi yazıram.

Misal üçün bildirim ki, son 4yazımın 2-si siyasi (AXCP Namizəd-i Vahid), 1-i idman (Avropa Çempionatı-2012), biri isə bloqosferimizə (Bloqosfer) aid olub. Yəni ki, bloqum siyasi deyil ümumidir.

Nəisə keçək bu yazıma, mövzuma.

Bəzən elə hallar olur ki, əlin heç bir işə yatmır. Heçnə edə bilmirsən.

İşlər yığılıb üsyan edirlər ki, sən onları həll edəsən. Sən isə vecsiz, yorğun, bitkin halda onlara baxırsan.

Evdəkilər hansısa iş üçün səndən kömək istəyir sən yenə onlara yorğun gözlərlə baxıb keçirsen əvvəl olduğun yerə.

Dostlar zəng edir cavab vermirsən.

Dostlar uzun, həcmcə böyük smslər yazır sən isə kefim yoxdu sonra danışarıq deyib smsdəki söhbəti gözardı edirsən.

O anlarda edə biləcəyin bəzi şeylər var :

uzanıb vəya oturub kitab oxumaq

uzanıb vəya oturub musiqiyə qulaq asmaq

uzanıb vəya oturub sevdiyin insanı, birlikdə keçirdiyiniz günləri düşünmək.

Bunlardan başqa heçbir iş səni özünə çəkməyəcək. Əminliklə deyə bilərəm.

Kitab, musiqi yardım edə bilər ancaq hərzaman mümkün deyil onların sənə yardım əlini uzatması.

Sənə o halda ancaq düşündüyün insan lazımdır.

Kitab, musiqi kömək etməyəcək.

İndi mənə etmədiyi kimi…

Etibar Salmanlı(Etibarlı)

Bəzən…” üçün 10 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma