Bloqosferdə olan bir iki məsələ…


Azərbaycan bloqosferi sönüb demək olar ki.

Bloqlarda yazı yazmaq məsələsi yox dərəcəsindədir. Xalqımız bloq yazılarını artıq facebookdakı statuslarına yazırlar. İri həcmli statuslar bolluğu yaranıb sosial şəbəkələrdə.

Mən indi guya öz adımdan bloq yazmamağlarına bəhanə gətirirəm uşaqların yerinə.

Əgər həqiqətən də elə olsaydı məsələ sevinərdim. Ancaq iş orasındadır ki, məsələ belə deyil. 

Bloqqerlərimiz (böyük əksəriyyəti) yazmağı saxlayıb, başını facebookda, twitterdə baş qatmağla məşğuldurlar hazırda. Çox az bloqlar var ki, davamlı olaraq yazılar yazırlar.

Həftədə 3-5 yazı yazmaq elə də ciddi məsələ deyil bloqda.

Deyilsə ki, mövzu yoxdur buna da inanmaq lazım deyil. Azərbaycan kimi ölkədə bloqqerin yazmağa özüdə acqarına yazmağa bir vaqon mövzu var.

Yazmamağın əsas səbəbi tənbəlliydir.

İkinci səbəb isə  bir ara bloqqerliyin “dəb” halında olması idi. İndi o “dəb” artıq yerini fotoqraf olmağa, velosiped sürməyə, gitara çalmağa verib.

Üçüncü səbəb isə obyektiv olaraq iş və şəxsi problemlərin olmasıdır. O halları anlayıram.

Mütamadi olaraq bloq yazısı yazan 4-5 bloq yazarı var ki, onları da izləyirəm. Yaxşı ki, heç olmasa onlar yazırlar.

Son zamanlar ən çox oxuduğum bloq isə Elçin Mann (DoktorMann)-ın bloqudur.

Digəri isə Taleh Məmmədovun XoşMəramlı Səfilidir. Talehə təklif edirəm ki, bir az pul versin onun üçün PazBloq adlı bir sayt açaq.

Bir digər blogger isə Məcid Həsənlinin bloqudur. Yeri gəlmişkən Məcidi bloquna şəxsi domen aldığına görə təbrik edirəm.

Digərlərini kimi qeyd etmədimsə üzrlü saysın.

Sonda əsas məsələni qeyd edim. Səmimi olmağı dəstəkləyirəm hər zaman. Mən bunu Bloqosfer2011 başlamamış qeyd etmişdim ki, tədbirin başlamasına az müddət qaldığına görə bloqunun ünvanını yaddan çıxaranlar az qala günə iki yazır. Tədbirdə iştirakını təmin etmək üçün bloqunu aktiv vəziyyətə gətiriblər. Tədbir sonrası yenə qış yuxusuna çəkiləcəklər.

Elə mən deyən kimi də oldu. Bloqosfer iyul-avqust-sentyabr aylarında çox fəallaşdı sonradan isə yenə sakitlik dövrünə qədəm qoydu.

İndi də eyni məsələ ilə üz-üzəyik. Bloqlar sakit halda dayanıb, ayda bir yazı yazılsa böyük şeydi. İndi iyulun axırı, avqustun əvvəlində fəallaşma olacaq Bloqosfer2012-dən sonra isə passivlik dönəminə gedəcəklər…Oğraşdı yalan deyən…)))

Uğurlar Hamıya.

Etibar Salmanlı(Etibarlı)

Bloqosferdə olan bir iki məsələ…” üçün 5 cavab

  1. Geri bildiriş: Musiqinin gücü « Etibarlı Mənbə…·

  2. Geri bildiriş: Bəzən… « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma