Namizəd-i Vahid…


Nə zamandır evdə oturub Xilasda və digər qruplarda vahid namizəd dava (mübahisə)sına diqqət edirəm.

Həddən artıq səviyyəsiz insanların müzakirə, mübahisə etdiyini çoxumuz görürük.

Bu yazımda biraz çox yox biraz fikrimi yazacağam. Düşünürəm ki, haqqım var bir-iki cümlə yazmağa bu məsələ haqqında.

Birincisi Xilas və digər qruplarda bir-birini söyən adlarını müsavatçı/cəhhəçi qoyan adamlar hakimiyyətə x_y gələrlər.

İkincisi bunlarda söyürlər bir-birini hakimiyyəti niyə tənqid edirsiz ki, onlarda sizi söyürlər. Siz bir-birinizi söyən halda onlar da sizi orda (hardasa) söyürlər.

Üçüncüsü bucür adamların hakimiyyətə gəlməsindənsə elə gəlməməsi yaxşıdır. Bir-birini söyən gördüyüm o sözümdən inciməsinlər taxtabaş, dünya-aləmdən xəbəri olmayan müxalifətçidənsə elə indikilərin qalmasını türkün sözü tərcih edirəm.

Dördüncüsü isə bu Xilas və digər qruplarda bir-birini söyənlər gəlsə özüm onlara müxalifətçilik edərəm özüdə ən radikalından.

Bunlara nəsə deyəndə deyirlər ki, mən 20  ildir məhrumiyyətlər, həbslər, əziyyətlər görmüşəm. Bu yerdə bir yaxşı söz demək istəyirsən ki, yer get işinlə məşğul ol…)

Nəisə namizədə gələndə isə deyim ki, hazırda 3 namizədimiz olacaq deyəsən seçkilərdə. (Seçkilərin şəffaf, obyektiv keçirilib, keçirilməyəcəyi başqa söhbətin mövzusudur) İlham Əliyev, İsa Qəmbər və Əli Kərimli. REAL-ın hücumçusu da deyəsən namizəd olmağı düşünür…

Bu halda namizədimizin sayı 4 olacaq…

Müxalifətin hər iki isminə insan kimi çox hörmətim var.

Hakimiyyətin namizədinə isə bu ölkəni bu vəziyyətdə saxladığına görə hörmət edirəm. Çox çətin bir işin öhdəsindən gəlir.

Ancaq müxalifət istər İsa Qəmbər istərsə də Əli Kərimli ilə seçkiyə getməsinə qarşıyam.

REAL-çı İlqar Məmmədovdan da Namizəd-i Vahid ola bilməz. Ondan maximum Shining Star Blogger olar. İlqarın da namizədliyinə də qarşıyam.

Mənim üçün (subyektiv fikrimdir) İsa Qəmbər, Əli Kərimli vəya İlham Əliyevin namizəd olmasının heçbir önəmi yoxdur. Həmçinin İlqar Məmmədovun da…

Bu 3-lük vəya 4-lük olduğu müddətcə seçkiyə bir qram da olsun marağım yoxdur. Heçbir kompaniyada falan da iştirak etməyəcəyəm. Mənim üçün namizəd olacaqsa yeni biri olmalıdır.

Yenilik lazımdır hazırda. Hakimiyyətə də lazımdır, müxalifətə də.

Ərəstun Oruclu vəya Emin Millinin namizədliyini görmək seçkilərdə çox əla olardı. Sözün düzü yaş faktoruna görə Milli namizəd ola bilmir ancaq Ərəstun bəyin namizəd olması realdır.

Qısası sözü uzatmağa ehtiyac yoxdur yeni nəfəs lazımdır Azərbaycana. Köhnələrlə yenilik olması qeyri-mümkündür.

Ps. Azad Seçki, Vahid xalq kimi fikirləri Zaurun yazısından oxuya bilərsiz. (OXU)

Pss. Qulaq asın

Bir-iki söyüş də mənə həsr edərsiz…)))

Hamıya Uğurlar.

Etibar Salmanlı(Etibarlı)

Namizəd-i Vahid…” üçün 4 cavab

  1. Geri bildiriş: Musiqinin gücü « Etibarlı Mənbə…·

  2. Geri bildiriş: Bəzən… « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma