Avropa Çempionatına sözardı…


Avropa Çempionatını bitirdik. Yeni yaranan futbol azarkeşləri ilə birlikdə. Beynimizi futbol, anti-futbol söhbətləri ilə bezdirərək bitirdik.

Çempionatdan qabaq hələ İspaniya Dünya Çempionu olanda demişdim ki, ispanların qızıl nəsili hələ bir dəfə də ən azı kubok alacaq. Elə o fikrimin üstündə qalaraq bu çempionat başlayandan İspaniyanın qələbəsini dəstəkləyir, inanırdım.

Yadıma İspaniyaya azarkeşlik edib hər çempionatın ortasında kiməsə bəxtsizlik nəticəsində uduzmaqları gəlir. Dünya Çempionatında  Bolqarıstanı darmadağın edib qrupda qalmaq gəlir.  İspanlar hər zaman bəxtsiz komanda imicini daşıyırdılar. Ancaq son illərdə bu imic dəyişib olub məğlubedilməz…

UEFA-nın rəsmi saytında Tournament Predictor oyununda da İspanların çempionluğunu oyunlar başlamamışdan qeyd etmişdim. 

Çempionatda çox maraqlı oyunlar oldu.

Gələcək çempionun oyunlarını marağsız, həyəcansız, anti-futbol adlandıran futbol “bilici”ləri də çıxdı. 

Ancaq nəticə meydanda bəlli olur deyib İspanlar dünya futbol tarixinə adlarını yazdırdılar. Ardıcıl 3 çempionluqla.

Mənim üçün ən yaddaqalan unudulmaz oyun 22 iyunda keçirilən Almaniya  – Yunanıstan (4-2) oyunu oldu.

Mənim fikrimcə Almaniya yığması finalda oynamağa layiq idi.

İtaliya yığma komandası çempionat ərzində bir dəfə gözəl oyun göstərdi o da almanların bəxtindən onlarla oyuna təsadüf elədi.

Çempionatın fiaskosu Hollandiya yığması oldu. Mən onları çempionat başlamışdan finalda görürdüm. İspanlara rəqib kimi. Ancaq alınmadı.

Turnirin ən maraqlı anı Ronaldonun 5ci penaltini vurmaq istəyibdə ispanların 4cü penaltidə məsələni həll etməsi idi mənə görə.

Çempionatın finalı tamam ayrı aləm oldu.

Hər halda finalda 4 qol. İspaniya darıxdırıcı futbol oynayır guya. Darıxdırıcı komanda ilk hissədə müdafiələri ilə tanınan italyanlara çempionun kim olduğunu başa saldı.

Çox uzatmağa ehtiyac yoxdur. Bütün İspaniya azarkeşlərini təbrik edirəm. Həddən artıq maraqlı bir çempionatı bitirdik…

Ps. İspaniyanın çempionluğu nəticəsində qalib gəldiyim Seymur Kazımov və Zeynal Məmmədlidən qonaqlıqları gözləyirəm…)))

Hamıya Uğurlar…

Etibar Salmanlı (Etibarlı)

Avropa Çempionatına sözardı…” üçün 2 cavab

  1. Geri bildiriş: Musiqinin gücü « Etibarlı Mənbə…·

  2. Geri bildiriş: Bəzən… « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma