Azblog.org qayıdır. (4-cü versiya)


Qısaca bir giriş verim ki, Nauman fondunun bloq traininglərinin birində iştirak edərkən Azərbaycanın ilk(!) bloq şəbəkəsini yaratmaq ideyası beynimə gəldi. Trainingdə boş vaxtlarımda bu ideyanın necə olacağını düşündüm və Bakıya qayıdan kimi Facebookdan tanıdığım Cavid Ağa-ya müraciət elədim. İdeyanı ona anlatdığdan sonra bir neçə gün ərzində Cavid saytın ilk versiyasını ictimaiyyətə təqdim etdi. Ardıyca ideya dağarcığı olan Aynur Zərrintac da Azblog.or-un təsisçiləri arasına daxil oldu.

Sayt internetdə çox az müddətdə məşhur oldu. Bloqosfer 2012-də Azblogu Aynur Zərrintacla birlikdə təmsil etdik. Hətta İrəli İ.B-dən biri çıxıb ilk dəfə şəbəkənin yaratmaq istədiklərini dedikdə bizdən öncə iştirakçılar ayaqa durub bu layihənin Azərbaycanda ilk dəfə Azblog.Org tərəfindən edildiyini bildirdilər.

Sözümün canı odur ki, bir sıra şəxsi və maddi problemlərin fonunda sayt bir neçə zamandır təmirdə idi. Hazırda Cavid Ağa və mən saytın 4-cü versiyası üzərində çalışırıq. Yaxın bir həftə ərzində sayt yenidən istifadəçilərinin istifadəsinə veriləcək.

Bu dəfə daha yeni, mükəmməl funksiyalar və loqo ilə birlikdə.

Qısacası bloqqerləri saytımızın yenidən açılması münasibəti ilə təbrik edirəm.

Biz bu saytda indiyədək sol, sağ, mərkəz, iqtidar, müxalifət, yap, axcp, müsavat, n!da, agt, irəli, aqat söhbətləri etməmişik. Bundan sonra da etmək kimi fikrimiz yoxdur.

Saytın əsas məqsədi obyektiv olaraq Azərbaycan Bloqosferinin inkişafına kömək etməkdir.

Hər kəsi siyasi, ideoloji və digər fərqlilikləri qırağa atıb yanımızda, bizimlə olmağa çağırıram.

Və ilk dəfə olaraq yazımın daxilində yazını oxuyanlardan xahiş edirəm ki, yazını oxuduqdan sonra mümkün qədər paylaşsınlar. Ümumi məqsəd uğruna.

Təşəkkürlər.

Uğurlar Hamımıza.

Etibar Salmanlı(Etibarlı) 

Azblog.org qayıdır. (4-cü versiya)” üçün 7 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma