Müharibə panikası…


Axşam saatlarında Facebookda ardıcıl olaraq bir neçə xəbər yayıldı.

Ölkə daxilində normal işləyən KİV olmadığından əsasən statuslar, fotolar üzərindən xəbərin yalan vəya doğru olmasını aydınlaşdırmağa çalışırdıq.

İlk xəbər Bakı ümumiyyətlə Azərbaycan üzərində göründüyü deyilən UNO (yadplanetlilər)-nun varlığı idi. Sonradan anlaşıldı ki, hansısa roket sınağı keçirilib onun işartıları olub səmada.

Uno xəbəri yalan çıxdı.

Digər bir xəbər isə Lazımın gəldiyi idi.

Cəbhə xəttində ciddi şəkildə atışma hətta döyüşlər olduğu xəbəri yayıldı sosial şəbəkədə. Hansısa əsgərin profilində yazılmış bir status 2000-nə yaxın adam tərəfindən like edildi. Və buda xəbərin yayılması üçün lazım olacaq qədər like idi. Və “cəbhə”dən yeni xəbərlər gəlməyə başladı. Çıraqlı kəndi alındı və verildi düşmən ordusuna. Ermənistan səfərbərlik elan elədi, İlham Əliyev də səhər yuxudan durub verəcək o səfərbərliyin fonunda ermənilərin ağzına. Belə belə statuslar Facebookda ciddi bir müharibə küləyi əsdirdi. Artıq könüllü batalyonlar yaradılmağa başladı. Hətta prezidentə müraciət etmək istəyənlər də tapıldı. Nə əcəb bəyanat verilmədi gecənin bu vaxtında.

QAT harda idi, niyə sosial şəbəkədə gedən bu müharibəyə kreativ statuslarla yön vermirdi bilmirəm.

Ancaq bildiyim odur ki, onsuzda “atəşkəs” dövründə Azərbaycan ordusu 2011-ci ildə 100, 2012 ci ilin bu gününə qədər səhv  etmirəmsə 41 hərbçisini itirib. Bunların böyük əksəriyyəti döyüşdə şəhid olmayıblar. Ancaq son 3 gündə cəbhə xəttindən ölüm xəbərlərinin gəlmə sürəti artaraq davam edir. Qazaxda ölən 5 əsgərimizi yadınıza salıram. 2-3 gün bundan qabaq olub o hadisə.

İstər son zamanlardakı əsgər, hərbçi ölümləri istərsə də bugün olan bu müharibə panikası birbaşa hakimiyyətin dəyirmanına su tökməkdir. Birbaşa hakimiyyətin marağına cavab verən bir haldır.

Birinci halda hakimiyyət demokratik islahatların, vicdan məhbuslarının azadlığı məsələsini bu yolla ikinci bəlkə də üçüncü plana atır. Əlində də “kozur” var ki, Qarabaq ən böyük problemimizdir. Gündəm süni olaraq dəyişdirilir, süni vətənpərvərlik ruhu yada salınır. Buna əks gedənə “vətən xaini” damğası vurulur.

İkinci halda isə İyul ayının 1 dən başlayaraq hərbi çağırış dönəmi başlayır. İyul çağırışçıları əsasən universitet bitirən “1illik” əsgərlər olduğundan iyulların əsasən ərköyün olduğunu qeyd edə bilərəm. Mən də 2008 ci ildə hərbiyə İyul ayında getmişəm. Universitetə daxil olmayan oğlunu böyük pullar, rüşvət hesabına əsgərlikdən saxlayıb yenidən universitet imtahanına daxil edən valideynlər mənfi cavablar olduqda daha böyük pullar, rüşvət hesabına universitetlərin birinə “saldırır”. Azərbaycanda yaşayırıq hamımız, bu  reallıqdan xəbərimiz var. İndi isə İyula çox az qalıb. Bu xəbərləri tirajlamaq hakimiyyətə sərf edir. Ölkədəki rejimin korrupsioner, rüşvətxor olduğu hamıya bəllidir. İndi əllərinə daha gözəl şans düşüb. Cəbhə xəttindən valideynlər uşaqlarını uzaqlaşdıracaqlar. Mümkün qədər pul verəcəklər, axırıncı pullarını xərcləyəcəklər ki, uşaqları yaxın bir yerdə qulluq eləsin vətənə. Əmlaklarından keçəcəklər. Rüşvət 5 idisə əgər bu xəbərlərdən sonra 50 hətta 500 olacaq. Biri desin ki, olmayacaq.

Üçüncüsü isə müharibə şəraitində prezidentin müddətinin artırılması məsələsi refendumla qəbul edilib.

Maddə 101
V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Yadınıza salıram ki, 2013 cü ildə Prezident seçkiləri olmalıdır.

Siz hələ də müharibə istəyirsiz?

Ps. Mən Hələ müharibədə öləcək insanları, anaları, ataları, dul qalacaq qadınları, yetim qalacaq uşaqları demirəm…

Pss. O xəbəri yazan Allahverənin profili gecəynən hack edildi deyəsən…Status silindi, yerinə başqa bir status yazıldı, təkzib edildi döyüş xəbərləri. Və bir saat əvvəl Qarabağı qaytaranlar o statusu söyüş yağmuruna tutdular…

Etibar Salmanlı ( Etibarlı )

Müharibə panikası…” üçün 2 cavab

  1. Bezi Veldeyinler ogullarni esgerleye gonderende Istirahete gonderirmish kimi secim edirler.Belkede o gunlerde olen oglanlar Bezi Bakidaki herbi hisseler de kef eden oglanlardan coox yaxsi oglanlar idi.Allah rehmet elesin. Veten sag olsun

  2. Geri bildiriş: REAL PARLAMENTİN QARŞISINDA AKSİYA KEÇİRDİ « Haqqını Qoru·

cemil555 üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma