Günə bir yazı


Bloqosfer son zamanlar sakitləşib.

Bloqqerlər müəyyən vaxtlarda ancaq sevgidən yazırdılar.

Sonralar sevgi mövzusu daha fəlsəfiləşdi.

Bəzən elə olurdu ki, yazıları oxuyub heçnə anlamırdım.

Özümü fəlsəfi cəhətdən zəif saymasamda o yazıları anlamaq üçün az idi savadım.

Yadıma gəlir ki, Bloqosfer 2011-in başlamasına az müddət qalmış aylarla bloqun ünvanını yaddan çıxaranlar az qala günə 2-3 yazı yazıb paylaşırdılar. O zaman yazmışdım ki, tədbir üçün, tədbirə seçilmək üçün yazılan yazılardır. Tədbirdən sonra sakit dayanacaqlar yenidən. Sözün əsl mənasında elə də oldu. 

İndi bloq yazısı tapmaq üçün əziyyət çəkirəm desəm yanılmaram yəqin ki.

İndi bizim bloqlar əsasən söz atmaq üçün tribunaya çevrilib. Kimin içində qaldısa açır bloqunu başlayır döşəməyə. Məhlə uşağım Taleh Məmmədov etiraf da edib ki, paz yazısı yazmasan oxumayacaqlar. Yəni ki, yazını sənə görə yox o “pazladığın” adama görə oxuyurlar. Taleh o cümləsiylə özünü yandırıb. Yekə oğlansan onun bunun hesabına toy tutma…

Digərləri də özlərini qaldırıb qoyublar şeyin başına yəni ki dağın başına.

Deyən lazımdır ki, hssktr git…)))

Nəisə bu mövzuları qoyaq qırağa o adamlara təklif edirəm ki, ən azından gündə bir yazı yazsınlar. Avtobusda yer verdikləri-vermədikləri haqqında, yedikləri dönər haqqında, getdikləri yerlər haqqında. Nə haqqında olur olsun ancaq yazı olsun.

Günə bir yazı yazmaq həm də onun üçün lazımdır ki, sənin bloquna girən gündəlik izləyicilərin sənin yatmadığını, onlara hörmət etdiklərini görsünlər.

Ona görə günə bir yazı yazaq!

Hamıya uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Günə bir yazı” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma