Zaqatalada Eurovision və zəlzələ (FOTO-lar və VİDEO)


Ölkə hazırda ciddi şəkildə Eurovision 2012 – yə hazırlaşır. Şəhərdə camaatda “bayram” əhval-ruhiyyəsi var. Avtobuslarda, metroda, taksilərdə, reklam bannerlərində hər yanda bunu görə bilirik.

Ölkədə bütün nəfəslər tutulub, gündəm ancaq Eurovisiondur.

Ancaq əsas bir məsələ yaddan çıxıb yaxud çıxarılıb məqsədli şəkildə.

Zaqatalada zəlzələdən sonra

Ölkənin bir sıra regionları təbii fəlakət(zəlzələ)in fəsadları ilə mübarizə apardığı zamanda paytaxt mediası bu ciddi məsələnin üzərinə getmir. Müşahidəçi rolunu oynayır.

Zaqatala və Şəkidə xalq zəlzələdən əziyyət çəkir.

Zaqatalaya nisbətən Şəkidə dağıntı azdır.

Fikirimizi, diqqətimizi Zaqatalaya cəmləmək zamanıdır artıq. Gecikirik!

O regionda zəlzələdə camaat əziyyət çəkir, soyuq hava şəraitində evlərində yox küçələrdə tonqal qalayaraq oturur. (Hansı ki, heç evlərə daxil ola bilmirlər. 

Bölgədən ölüm xəbərləri gəlir. Zəlzələ sonrası ölən şəxslər var.

Ancaq televiziyalar heçnə olmayıbmış kimi hadisəni ikinci bəlkədə sonuncu plana atıb.

Ölkə hərzamanki kimi öz dərdlərini, problemlərini görməzdən gəlir. Eurovision keçiriləcək deyə Bayılda nə qədər ailəni küçələrdə qoydular. Qış bulvarı tikəcəkdilər bütün Basin küçəsini şumladılar.

Məsələnin digər bir tərəfi də var.

Sosial şəbəkələrdə bir ara Somali aksiyası var idi. Bizə Hər yer Somali, Hamımız Somaliliyik! , Sən yeməyi bəyənmirsən Somalidəkilər yeməyə heçnə tapmır tipli zadlar yazırdılar. Dirəşmişdilər Somali xalqını ağ günə çıxardacaqdılar. Psevdoxeyriyyəçilər. Çıxartdılar, çıxartmadılar daha orasını bilmirəm.

Ardınca Türkiyənin Van şəhərində təbii fəlakət baş verdi. Yeni xeyriyyəçilərimiz işə düşdülər, qanlarında olan insan sevmək hissi oyandı. Başladılar Van üçün dəstək aksiyaları etməyə. Səmimi idi deyildi bilmirəm. Ancaq etdiklərini görürdüm.

İndi niyə etmirlər görəsən? Niyə indi Zaqatala, Şəkidə təbii fəlakətdən əziyyət çəkən ailələrə yardım etmirlər. 4-5 ailəyə bir çadır verirlər. Bunu niyə həll etmirlər? Yoxsa insanlıq üçün nəsə edilməli işlərə Azərbaycana yer yoxdu? Hərhalda orda ciddi problemlər var. İşiqlandırılmaya ehtiyacı var, insanların yardıma ehtiyacı var.

Ancaq bizim başımız deyəsən hakimiyy-ƏT, siyas-ƏT, mühacir-ƏT, piket, Eurovision-a qarışıb…

Nəisə fotolara baxın.

Bu fotolar Zaqatalanın Gözbarax və Mamrıx kəndlərindən Facebookdan olan dostum İlkin Əxmədzadə tərəfindən çəkilib.

Fotolar :

VİDEO:

PS. Yerli QHT-lərdən 200-250 azn maddi yardım eləyən 0lsa idi 4-5 bloqqerlik komanda qurub o ərazilərə baxıb, fotolar çəkib, camaat ilə danışardıq.

Zaqatalada Eurovision və zəlzələ (FOTO-lar və VİDEO)” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma