Evləndirəbildiklərimizdənsinizmi?


Bu yaxınlarda İçərişəhərdə parkların birində oturmuşduq dostlarla. Ordan burdan müzakirə edirdik. Arada Eurovision 2012 nin gəlişi ilə əlaqədar İçərişəhər vifindən də istifadə elədik.

Bir “interesni” xasiyyətim var. Avtobusda, metroda, parkda harda olsam gözlərim maraqlı nəsə axtarır xalqımızda. Bir balaca müşahidə etmək qabiliyyətim var.

Nəisə.

Parkda oturanda bir biriylə söhbət etməyə çalışan 1 cütlük, onlardan danışan trio və bu 5 nəfərə baxan daha bir trionu gördüm. Diqqətimi cəmləyib söhbətlərə biraz qulaq verdik.

21 ci əsrdə 2012-ci ildə bir oğlanı bir qızla tanış eləmək üçün ailələr arası görücü, baxıcı məsələsi bitməyibmiş heç.

Biz də inkişafdan, seksual inqilabdan zaddan danışırıq.

Qız ilə oğlan bir az söhbət etdilər. Qız tərəfi qızını, oğlan tərəfdə oğlanı təriflədilər. Sonra trionun biri qız və oğlan tərəflər bir də hakim rolunu oynayan ara düzəldən parkın bir qırağına çəkilib nədənsə danışdılar.

Gəldilər sağollaşdılar və getdilər.

Bir ailə quruldu, özülü atıldı-atılmadı daha bilmədik…

Ps. 5 nəfəri izləyən 3 nəfər isə oğlan tərəfdən gəlmişdi 95 faiz və “gələcək” gəlinlərinə baxırdılar.

Nəsə belə bir biabırçılıq…

Ardı olacaq…

Etibar Salmanlı (Etibarlı)

Evləndirəbildiklərimizdənsinizmi?” üçün 6 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma