EuroTikinti və söküntü (Bakı, I yazı, foto və video)


Eurovision taksisi, yol tikintisi və dağıntısı

Son zamanlar hardasa son 1 ildə Azərbaycan daxilində tikinti, söküntü işləri davam edir. Qeyd edərdim ki, daha da güclənib. Eurovision 2012 yarışmasının Bakıda keçirilməsi bu işə daha çox sürət verdi.

Ancaq bu tikintinin fonunda söküntü, dağıntını da yaddan çıxarmaq lazım deyil.

Şəhərin mərkəzində açıq bir kanalizasiya girişi…)))

Yenə ani olaraq yadıma Facebookda yazılmış status düşdü.

Hökümət = Sökümət. (Səhv etmirəmsə Erkin Qədirlinin profilində görmüşdüm bu statusu)

28may metrosunun yaxınlığında avtobus dayanacağı

4-5 il bundan qabaq başlamış göydələn tikmə ənənəsi qlobal böhran səbəbindən səngisə də, bir sıra tikinti firmaları yarımçıq saxlasa da göydələnləri Akkord o yarımçıq binaları da alıb öz balansına qatdı. Yəni ki, böhrandan xeyirlə çıxdılar. Neft pullarının hesabına. Arada FHN də məsələyə daxil olub 1-2 bina söküb puldan pay aldı.

Nəisə.

Son günlər Bakıda və regionlarda olarkən söküntünün miqyasının daha da artdığının şahidi oldum. 

Ona görə də Bakı və region şəhərlərindən söküntü, tikinti və dağıntı fotolarını bloqumdan paylaşacağam.

Bakı fotolarını, videolarını özüm və digər bloggerlərin, regiondakı fotoları isə regionlarda yaşayan bloqqer dostlarımızın köməyi ilə əldə edirik…

FOTOLAR :

Fotolar Günel, Nərmin və Aygünə məxsusdur! 

VİDEO :

Video N!DA Bloqqerlər Komandasına məxsusdur!

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma