Əyləncə vəya əyləncəsizlik!


Bu yazını nə zamandır yazmaq istəyirdim.

Sadəcə son zamanlar  mövzular üzərində çox düşünməm yazı yazmaq sürətimi bir az azaldıb.

Ancaq yazı yazmadığım günlər belə bloqumu izləyən, əsasən,350-450 nəfərə hörmətsizlikdir düşünüb gündə bir yazı tempimi özümə-bloquma qaytarmağı planlaşdırmışam. Bacardığım qədər də sözümü tutacağam.

Yazmaq istədiyim mövzuya qayıdaq.

Facebookda dost siyahımda olan dostum Üzeyir Məmmədli-nin aşağıdakı statusundan sonra bu barədə mən də yazmağı qərarlaşdırdım.

Bugün axşam şəhərdən qayıdanda marşrut avtobusu bulvarda konsertdən qayıdanlarla dolu idi. Qadınlar və uşaqlar idi çoxu və əksəriyyəti də Əzizbəyovda düşdü, demək ki, kənd əhalisi idi. Danışıqlarından eşidirdim ki, hər il bu konsertlərə gəlirlər. Bu konsertlər onların bizim “ulduzları” görmək üçün yeganə imkanlarıdır, yeganə əyləncə vasitələridir. Arada onlara gülürük, onları söyürük, amma biraz fikirləşəndə mən onları ittiham edə bilmirəm. Bizim insanımızdı hamısı və onların böyük günahı yoxdur. Bəziləri deyir ki, onlar üçün mübarizə aparmağa dəyməz, amma mən deyirəm ki, məhz onlar üçün mübarizə aparmağa dəyər.

Həqiqətən də Üzeyir gözəl müşahidə edib. Mən özümdə son Gül “bayramında” bunu müşahidə etdim. Ayın 10-u şəhərə (bayramın qeyd edildiyi 28may metrosu ətrafına) getməsəm də evə qayıdanda və sonrakı 1-2 gündə Gül “bayraminin” izləri camaatda görünürdü.

Ayın 11-i Media Hüququ İnstutuna getmək üçün Respublika Sarayının yanından keçirdim. Bütün Oğuz elinin oğul və qızları orda idi. Üzərimdə fotoaparatın olmaması və camaatın anasını- bayısını, atasını-qardaşını çəkib bloquma yerləşdirmək istəmədiyimdən indiki yazı fotosuzdur.

Bir neçə gənc qızın geyimi gözümə sataşdı. Sanki qızlar glamour bir gecəyə və yaxud toya gəlmişdilər. Diqqətlə bir də parka baxdım. Gördüm yox “ümummilli lider” adlandırılan eks prezidentimizin ad günüdür. Onu qeyd edirlər.

Sonra gözüm Oğuz elinin qırmızı makasinli, eurovision maykalı igidlərinə sataşdı. Əllərində semiçka və siqaret ilə parkdakı “güllərə” tamaşa edirdilər. Bərkdən gülə-gülə, qızlara söz ata-ata. Qızlar da gülüşlə cavab verirdilər. Təxmini belə bir şey.

Gözümə daha çox ailəsini, anasını, həyat yoldaşını uşaqlarını hətta uşaq arabasında olan körpəsini də ora gətirən ailə başçılar da sataşdı. Hamılıqla bayramı qeyd etməyə gəlmişdilər.

Yenə yadıma Üzeyir Məmmədlinin statusu düşdü.

Üzeyir yerində və dəqiqliklə yazmışdı statusu.

Mən bunu əyləncəsizliklə bağlayıram.

Həqiqətən də o insanların əyləncəsi yoxdur. Ev-iş, iş-ev rejimi ilə yaşayır bu dəqiqə xalqın böyük əksəriyyəti. Mən hələ ailə başçılarının işləməyə icazə verməyib evə, ev işlərinə həbs etdikləri xanımları demirəm. Onların əyləncəsi lap dəhşətlidir. Ev işləri, uşag(lar)a baxmaq seriallar və” keyfiyyətli” azəri tv şouları.

Onları anlayıram, onların bu keyfiyyətsiz – səviyyəsiz şou – konsertlər  “şəhərə”, mərkəzə sözün əsl mənasında evdən bayıra çıxmaq üçün yeganə şanslarının olduğunu çox yaxşı anlayıram.

Günlərinin mütləq əksəriyyətini çayxanalarda, pivəxanalarda, Topaz kafelərində keçirən, qəlyan çəkən, pivə – çay içən gənclər üçün də bu cür “bayramlar” , salyut atma mərasimləri ictimaiyyət arasına çıxmaq üçün tək-tük şansdır. Onlar da bundan istifadə edirlər. Ancaq necə edirlər bunun cavabını tapmaq üçün elə zamanlarda şəhərə çıxmaq, oturub onları izləmək  lazımdır.

Digər bir məsələni də qeyd edim. Çünki indi yazacağım problem də əyləncədən vəya əyləncəsizlikdən yaranıb. Son günlər diqqət edirəm ki, camaatımız ciddi şəkildə aqressivləşib. Oğuzdan təlimdən gələndə küçədə siqaret yandırmaq üçün yoldan keçən bir gəncdən alışqan istədim. Alışqanı verməyinə verdi ancaq elə reaksiya göstərdi ki, peşman oldum siqaret çəkməyimə də, alışqan istəməyimə də. İlk gördüyüm dükandan özümə alışqan aldım. Ardınca axşam metroda çiynimdə idman sumkası ilə qatarın içində  dayanmışdım. Nisbətən əhalinin çox olduğu bir zaman idi. Xalalardan biri sumkana yiyə dur deyə bir reaksiya verdi. Hansı ki, sumka çiynimdə idi. Yanımda dayanmış dostuma “Bu son 4-5 gündə camaat aqressivləşib yoxsa mənə elə gəlir?” sualını verdim. Cavab: aqressivləşmişik -oldu.

Hər halda bu  aqressivliyin əsas səbəbi məhz əyləncənin olmaması, camaatda yığılıb qalmış enerjinin aqresiyyaya çevrilməsidir.

Son bir qeyd edim əyləncə, əyləncəsizlik deyirik. Ancaq “xırda” bir nüansı yaddan çıxarırıq. Əyləncədən qabaq bizə mənim fikrimcə də əyləncə – əylənmə mədəniyyəti də lazımdır. 10 mayda salyut atılan , musiqi səsləndirilən zamanda camaatın göstərdiyi mədəniyyəti youtubdan izlədim və söz tapmadım deməyə.

Ancaq hələ görəcəklərimiz qabaqdadır. Qarşıda “Gül bayramından” sonra “Eurovision 2012” bayramı da gəlir.

Uca Şirvin bizi qorusun!

Amen! 

və Hamıya uğurlar...

Etibar Salmanlı (Etibarlı)

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma