Gül bayramına fərqli baxış


Yadıma gəlir kefimin olmayan bir vaxtında şəhərdə gəzərkən bəzi epizodlar kefimi ümumiyyətlə dağıtmışdı. Evə gəlib fikrimi bloq yazısına yazmışdım. ( OXULİNK ) . Bəzi dostlar o yazını oxuyub mənim yazımdan intihar iyi gəldiyini də demişdilər. Ancaq səhv ediblər çünki mən hələ də salamatam və mən hələ də yazıram.

Yazımda bir çox nüansları qeyd etsəmdə yazının  son abzaslarının birində İlhamın diktaturasının uşaqlarını təsvir etmişdim. Çox dostlarım məni vecsiz, poxuist biri olduğumu bilsələr də uşaqlara qarşı ciddi zəifim olduğunu da bilirlər. Qız uşaqlarına ümumiyyətlə. (İlk yazdığım hekayənin də mövzusu balaca bir qız uşağına həsr edilib).

Bu gün evdən çıxarkən Rəşad Həsənovun paylaşdığı iki şəkili gördüm. İstədim girim Rəşada yazım ki, silsin fotolara verdiyi adları. Hər iki şəkilin üstünə QUL yazıb paylaşmışdı. Fotolarda isə bir balaca qız uşağı var idi paltarına güllərlə bəzək verilmiş.Adım kimi əminəm ki, o uşağın heç bir günahı yoxdur. Onu bu cür geyindirib “bayram”a gətirənlərdə günah var. O uşaq  anlamır niyə onu elə geyindiriblər. Necə ki, baxçada heydər bizim bobamızdır şeirlərini uşaqlara öyrədirlər. 

Günah valideynlərdədir. Günah böyüklərdədir. Qorxaq böyüklərdə. O böyüklər uşaqları qorxaq öyrədir, tərbiyə edirlər. Sistemə qarşı çıxanlara min dənə ad qoyurlar. Etməyin, eyləməyin deyirlər. Qorxularını uşaqlara, balacalara özlərindən balacalara aşılayırlar. Bu isə indi hakimiyyətdə olan qeyri-legitim olanlara sərf edir. Onlara qoyun lazımdır, çobanlar da ailələrin başçıları olaraq seçiliblər. Bir qarın yemək üçün gələcəklər satılır, qaraldılır.

Dəyişikliyi istəyənlər hər zaman azlıqda olublar. Məhz o azlıq çoxluğa utopik görünən arzu istəkləri reallaşdırıblar. Reallaşdıra bilməyənlər isə ölümə vəya repressiyaya alnıaçıq şəkildə gediblər.

İlham atasının ad gününü qeyd edir. Hollandiyadan gətirilmiş güllər ilə. Bir neçə milyonlar xərclənir ad gününə. Elə bu böyüklər də o İlhamdan geri qalmırlar. Uşaqlarına toy çalmaq üçün 1000 nəfərlik restoran düz-qoş edirlər. Özlərinin yubileylərini qeyd etmək üçün yenə restoran tuturlar. Fərqləri nədir İlhamdan ki ?

İlham Azadlıq, Demokratiya istəyəni zindana salır. O böyüklər isə ailədə azadlıq istəyən uşaqlarını. Yenə də fərq tapa bilmirəm böyüklərlə İlham arasında.

Elə ona görədə bu böyüklərə elə 85 manat pensiya yaxşıdır.

Körpü altında, qocalar evində gələcək tənha ölümlər yaxşıdır.

Başına dəymədikcə dubinkanın ləzzətini və yaxud ağrısını hiss etməyəcəksən.

Elə ona görə də dəysə yaxşıdır.

Elə ona görə də bir tikə çörəyə möhtac qalmaq yaxşıdır.

Bu zibillər yaxşıdır.

Bu zibilləri yaşayıb, dadmaq yaxşıdır ki, haqqını tələb edə biləsən.

Yoxsa bunlara söz, fakt keçərli deyil.

Qılınc müsəlmanı ifadəsini dəyişib “Paz müsəlmanı” edirəm. Bizimkilərə Paz lazımdır.

Yoxsa Paz girmədikcə pazın yaxşı şey olduğunu düşünəcəklər .

Etibar Salmanlı (Etibarlı)

Gül bayramına fərqli baxış” üçün 3 cavab

ikivuriki üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma