Gender Akademiyası 2012 (Oğuz)


Hamı bilir traininglərdən, tədbirlərdən çox həzz alıram.

2011-ci ili demək olar bütünlüklə trainglərdə keçirtmişdim.

Bakı, Novxanı, rayonlar arada Gürcüstana səfərlər vəs.

Son aylar tədbirlərə gələn dəvətlərdən də imtina edirdim.

Ancaq dostların təklifi ilə Gələcəyə Körpü İctimai Birliyinin Oğuzda keçirəcəyi Gender Akademiyası tədbirinə CV -mi yolladım. Nə yalan deyim inanırdım ki, seçiləcəyəm. Cəlil Cavanşirlə AFRA otelə gedəcəyimizi düşünürdüm ancaq son anda yaranan problemə görə Oğuza tək getdim. Yolda düşünürdüm ki, AFRA-nın “adı pis çıxıb”, özümü lider tv-nın porno seansından qorumağı falan planlaşdırırdım. Hətta  yola çıxarkən videon çəkilərsə Bakıya qayıtma sözləri yolboyu qulaqlarımda idi. 

Oğuz bizi daha doğrusu məni şıdırğı yağışla qarşıladı. Oğuzda 9 günlük Yaddaş İctimai Birliyinin keçirdiyi trainingdə iştirak etdiyimdən tanış bir regiona gedirdim. Otelə çatanda tək otaqda qalmaq istədiyimi bildirsəmdə bir nəfərlik otaq olmadığından Tofiq Məmmodovla olan otağı seçdim. Beləcə 5 günlük tədbiri açıq elan etdim özüm üçün.

Səhər tədbir başlayanda 20-22 qız 7 oğlan görəndə ağlıma birinci o fikir gəldi ki, hanı gender bərabərliyi. Bərabərlikdən, huquqların birliyindən danışacaqdıq ancaq kişilərin say azlığı rahat gözə çarpırdı.

Tədbir lektorlarının çox maraqlı seçilməsi və QHT-işniklərin orda olması tədbiri çox maraqlı etdi.

Bundan sonra mümkün qədər çalışacağam ki, Gələcəyə Körpünün tədbirlərində iştirak edim.

Qısaca deyə bilərəm ki, tədbir çox maraqlı keçdi, yeni tanışlıqlar, yeni biliklər verdi mənə.

Nə zamandır beynimdə olan bir layihəni ictimaiyyətə təqdim etdim. Günel Səfərovanın dəstəyi ilə inanıram ki, yaxın zamanlarda onu reallaşdıra biləcəyik.

Həmçinin Oğuzda 25 illik həyatımda ən böyük sürpriz ilə də rastlaşdım. Statusumda qeyd etmişdim burda da qeyd edirəm ancaq ki, açıqlamaq fikrim yoxdur məsələnin detallarını. Vaxtı gələndə yazaram onu.

Bu training üçün Orxan Abbasova xususi təşəkkür etmək lazımdır böyük bir tədbiri bir səhv olmadan təşkil etmək hər oğulun işi deyildi. Ancaq Orxan bunu bacardı. İnanmıram ki, kimsə Oğuzdan, Gender Akademiyası 2012 – dən narazı qayıtdı öz regionuna. Şəxsən mənə təəcüblü gəldi ki, bir işi belə dəqiqliklə görmək necə olur görəsən…Hər halda təcrübə öz sözünü dedi. Cem Yılmaz demişkən : Eğitim Şart…)))

Ps. AFRA-nın oyun zalında PES-2012 oynayırdım tək kompyuterə qarşı. Otel işçisi Elnur 1 oyun oynayaq təklif edəndə razılaşdım. Otel işçiləri Elnuru tədbir iştirakçıları isə məni dəstəkləyirdilər. İlk hissədə Elnur 2 top qabaqda idi məndən və mənim dəstəkləyənlərim azalırdı. Ancaq ikinci hissədə 3 top vuraraq oyunu qalib kimi başa vurdum. Ancaq qələbəni heçkim görmədi tədbir iştirakçılarından…)))

Bakı 2012 

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma