Kürdəmirdən Daşkəsənə qədər


14 fevralda Kürdəmirdən Bakıya “sevgililərinin” yanına “qaçan” 3 qız haqqında 2 yazı yazmışam. (Oxu1, Oxu2) Hətta dostlarımın bəzisi zarafatcan deyirdilər ki, o qızlardan yazma daha. Qızların atası gəlib qızın birini sənə “verəcəklər”.

Hələ də fikrimin üstündəyəm. O qızların taleyindn narahatam. Onlar nə vəziyyətdə yaşayırlar, hazırda ev daxili ab-hava necədir? Valideynləri onları hansı şəraitdə “saxlayır”? Artıq ev şəraiti “ciddi rejimli həbsxanaya” çevrilibmi ? Mobil telefonları özlərində mi ? Məktəbə, hazırlığa getməyə icazə verilir mi? Daha irəli gedirəm evləndirilməyiblər ki, yada intihar etməyiblər ki?

Hansısa sayt, layihə,qazet maliyyə ayırsa idi bu məsələ ilə şəxsən  Kürdəmirə gedib vəziyyət haqqında maraqlanardıq bu məsələ ilə bağlı.

Nəisə hər halda yuxarıdakı sualların heç birinin cavabı yoxdur.

Bu yaxınlarda qazetlərin birində “Nişanlı qız evdən qaçdı” adlı bir xəbər gördüm. Siyasi yönümlü qazetin o səhifəsini açıb xəbəri oxudum. Xəbərin daxilində təxminən belə bir məlumat var idi. 15 yaşında “nişanlanmış” bir qız 2 ildən  sonra evdən qaçıb. Evdən qaçarkən isə məktub yazaraq bildirib ki, nişan qaytarılmasa evə qayıtmayacaq. Məktubun mətni bütünlüklə bu tip sözlərlə yazılmış olmasına baxmayaraq, xəbəri hazırlayan jurnalist mətnə bəzi əlavələr edərək xəbərə şərh vermişdi ki, qızın başqa bir sevgilisi var və qız onun yanına qaçıb. Araşdırmadan, sübutlar olmadan fikir bildirir. Məsələnin bu yöndən müzakirəsi yaxud müzakirəyə çıxarılması cəmiyyətdə olan problemləri göz önünə çıxarır.

Jurnalist qızın 15 yaşında (qanuna evlənmə yaşına çatmadan) özüdə ailə-valideyn nişanlanması yaxud evləndirilməsi problemini, cinayətini qabartmır. Qabartdığı mövzu daxili, mənəvi, mentualet məsələləridir. Anlamaq istəmir(ik) ki, hər kəsin fikrinə hörmətlə yanaşmalıyıq, kimisə zorla evləndirmək mümkün olası bir iş deyil.

Ölkədə baş verən boşanmalar, intiharlar məhz bu təzyiqlərin nəticəsidir. Ailənin qızına “ər tapması” vəya valideynlərin oğlunun gələcək həyat yoldaşını seçməsi gələcəkdə problemlərin yaranması üçün zəmin yaradır.

Valideynlər övladlarına ancaq öz şəxsi mənafə, biznes plan, imic yada problemlərin həlli kimi baxması bu tipli problemlərin (Kürdəmirdə, Daşkəsəndə) üzə çıxmasına səbəb olur.

Ailələr, cəmiyyəti təşkil edənlər bu problemlərə tolerant, loyal, dözümlə münasibət göstərməsə və övladlarının şəxsi seçimlərinə hörmətlə yanaşmasa cəmiyyət bugünki kimi bərbad, biabırçı vəziyyətdə olacaq. Qızlar “sevgililəri” ilə “görüşmək” üçün hazırlıqdan qaçacaq, zorla nişanlanan qızlar ya evdən qaçacaq yada intihar edəcək. Valideynlərin təzyiqi ilə evləndirilən ailələr dağılacaq. Gənclər problemlərdən çıxış yolunu alkoqolda, narkotikdə vəs. görəcək.

Və Biz bu gün gördüyümüz “ana-bacı” söhbətləri, bıçaqlanmalar, kütləvi şəkildə qırmızı makasın, remen taxmalar, Fəvvarələr meydanındakı qız ilə, qəlyanla, maşınlarla şəkil çəkdirmələr, yolda hər keçən qıza söz atan tiplər, “glamur civilər” vəs-i hələ çox görəcəyik.  

Sonra da ümid edəcəyik ki, nə zamansa bu problemlər düzələcək və biz “adam kimi” yaşayacayıq.

Bir sürü “qoyun” kimi yox.

Ps. Gəl sənə təsəlli verim darıxma düzəlməyəcək. (c) Salam Sarvan

 

Etibar Salmanlı (Etibarlı)

 27/04/012

Oğuz

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma