Mənim fikrimcə…


Bir neçə gündür yazı yaza bilmirdim.

Yazmağa həvəsim olmurdu. İndi də heç yoxdur.

Yazmaq xatirinə yazıram.

Yada ki, səhv dedim.

Yazı yazmadığım gün bloquma girən izləyicilər üçün yazıram.

Bəlkə O -nun üçün yazıram !?

Hər halda nəisə davamını oxu…

Qısa yazacağam deyirəm hər yazının ilk abzasını yazanda. Ancaq alınmır uzun bir “şey” alınır.

Ümumi planda söz – söhbətdən bezmişəm.

Araqdan, pivədən, xingaldan, cız-bızdan vəs-dən bezmişəm.

Hər gün Arazdan, El-Torodan, Sultandan bezmişəm.

Statuslardan, like-lardan, share-lərdən, videolardan, bezmişəm.

“İcazəli” mitinqlərdən, aksiyalardan, plakatlardan, şüarlardan bezmişəm.

Siyasi yazılardan, siyasi – sətiraltı söz soxmalardan bezmişəm.

Bütünlüklə bütün “izm” – lərdən bezmişəm.

“Səmimiyyətdən”, “dahilikdən” və buna oxşar digər “zad”-lardan bezmişəm.

Sırf o səbəbdəndir ki, hər zaman səmimiyyəti dəstəkləyənlərdən biri olduğum halda indi bir çoxunun üzünə qeyri-səmimi şəkildə gülümsəyib, yola verirəm.

Bezmədiyim bir dənə O  – var.

O – nun üçün yatıram, O -nun üçün yuxudan dururam, işlərimi planlayıram, yaşayıram.

O -nun üçün maraqlıyam daha doğrusu O – dur məni maraqlı edən.

O – olmasaydı indi sıradan biri idim. Sizə oxşayırdım.

O – da olmasaydı otur ucuz Bakı arağından xingal yada cız-bız ilə yıxılana qədər içib düşərdim alkoqol komasına bir daha durmamaq şərti ilə.

Oğraşdı yalan deyən…

Hamıya uğurlar.

Etibar Salmanlı (Etibarlı)

Mənim fikrimcə…” üçün 4 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma