Nihadın 15 sutka istirahəti


Nihat Hüseyn Türkqan

Hər zaman adrenalin, action (əkşin – Ans Toofiy) sevən biri olmuşam.

11mart (2011) ərəfəsində adrenalinin ən yüksək həddinə çatmışdıq.

Hər gün fb-u fərqli-fərqli məkanlardan açıb birinci baxırdım ki, kim polis tərəfindən saxlanılıb.

Həmin dövr elə özümdə günlərlə evdə olmurdum.

2011-i yola verib 2012-yə başlayanda yenidən adrenalinli günləri qaytardıq. 

Arada lap irəliyə gedib Səbayel MSK (Müvəqqəti Saxlama Kamerası)-da 5 sutka dincəldim də.

Söz onda deyil.

7apreldə facebooka nəzər yetirəndə Nİhad Hüseyn Türkqan-ın polis tərəfindən saxlanıldığını gördüm. Bəyim Həsənli vermişdi məlumatı fb əhlinə. Yəni ki, məlumatın dpğruluq payı böyük idi. Telefonumu tapıb zəng edəndə Nihata zəng çatmırdı. Demək ki, doğru idi məsələ.

Nihadın 8 aprel mitinqi üçün vərəqə paylayacağından xəbərim var idi. Ancaq vərəqə paylanmasının özüdə icazəli/razılaşdırılmış mitinqə saxlanılma üçün bir səbəb olacağını düşünməmişdim.

Ardıyca xəbər gəldi ki, Nihada 15 sutka (yarım ay) həbs cəzası verilib.

15 sutka lap ağ oldu mənim fikrimcə.

Artıq hərəkətlərin dozasının itdiyinin, yuxarıda oturanların çəkinməsinin nəticəsidir bu.

Razıyam Nihaddan, məndən, bir çoxumuzdan çəkinmirlər.

Ancaq ümumi prosesdən çəkinirlər.

Bu özü göstərir ki, yolumuz Binəqədi, Səbayel vəya Kürdəxanıdan keçsə də düz yoldur.

Hər halda  Nihad yaxın günlərdə çıxacaq və biz yenə də, bir yerdə oturub çaydan, tekiladan vurub bu hakimiyyətlə məzələnəcəyik.

Onlara qalan isə yap gənclər təşkilatı, sabun, rauf gay və “g”irəli gənclər təşkilatı olacaq…

Nihadın 15 sutka istirahəti” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma