Kürdəmir qızları və şəhər…


14 fevraldan sonra 8 martı da yola verdik keçdi getdi. Sözün əsl mənasında yola verdik. 8 mart Beynəlxalq Qadınlar gününü düşünəndə anidən 14 fevral Ümummilli sevgililər günü Kürdəmirdən Bakıya qaçan qızlar yadıma düşdü. O qızların taleyindən onsuz da narahatam 8 mart Beynəlxalq Qadınlar günündə daha da narahat oldum.

Onların hüquqsuzluqlarından narahat oldum. Hüquqlarını qoydum bir qırağa öz həyatlarından narahat oldum. Heç kim mənə söz verə bilməz ki, keçən həftələr ərzində o qızların vəziyyəti yaxşı olub.

Deyərdim ki,o  qızların taleyilə heçkim maraqlanmadı. Kürdəmir elə də uzaq deyil. Bakıdan200 kmaralıda yerləşir. Hansısa media orqanı özünə əziyyət verib 3 saatlıq yolu qət edib uşaqların, qızların taleyi ilə maraqlanmadı. Hər halda mətbuatda o məsələdən sonra ancaq 2-3 bloq yazısından başqa material tapılmır. Inanmayanlar yollarını google saytına salıb axtarış verib baxa bilərlər.

Məsələ haqqında məlumatı olmayanlara bir az xəbər verim ki, fevralın 14-də  Kürdəmirdə yaşayan 14-16 yaşlı 2 bacı, həmyaşıdları olan bir rəfiqəsi ilə hazırlıq adı ilə evdən çıxıblar və Bakıya qaçıblar.

Deyilənə görə sevdikləri oğlanlarla görüş üçün…

Kürdəmir kimi bir yerdən,200 kminterval, ailə-mentalitet qorxusunu nəzərə almadan…

Sonradan qızlar polis tərəfindən 3 günlük axtarış nəticəsində tapılıb və ailələrinə təhvil veriliblər.

Məsələdə əsas günahkar tərəfin hələ də  ailədə olduğu fikrini dəstəkləyirəm. Bu məsələnin baş vermə səbəbkarları kimi qızların valideynlərini görürəm

Bir az fikrimi açıqlayım ki, o uşaqları tam olaraq da olmasa 70-80 % anlayıram. Onların düşdüyü o vəziyyət bir çoxumuza tanışdır. Məsələnin birinci tərəfində heç regionda yox elə paytaxtın özündə olan halları yada salmaq bəsdir. Ailələrin qız uşaqlarını ciddi şəkildə həbsxana rejimində yaşatmaları bir az sonralar artıq evdə böyük mübahisələrə yol açır. Ölkədə baş verən intihar və qadın alverinin səbəbkarı,əsasən, bu rejimdir, belə məsələlərdir.

Digər bir halda region məsələsinə qayıdanda qarşımıza maraqlı bir panorama açılır. Kürdəmirin hansısa bir kəndi, əyləncə yox, internet yox(mobil interneti nəzərdə tutmuram), publar, diskolar, konsert salonları yox, gənclərin bir mərkəzdə yığışdığı hansısa təşkilat yox. Gəzməyə yəqin ki, Heydər Əliyev parkından başqa bir yer yox. Bunların üstünə ailələrin uşaqların üzərində yaratmış olduğu təzyiqi və məhrumiyyətləri  gələndə o uşaqların niyə ordan qaçdıqları aydın olur.

Məncə,valideynlərin ciddi şəkildə günahı var bu məsələdə. Məhz onlar qızlarının evdən qaçıb200 kmuzaqlıqdakı mərkəzə- “şəhərə”ə gəlməsinin, hətta, qaçmasının günahkarıdır.

Bir tərəfdə gənclərin toplaşdığı, mədəniyyətə yön vermək uğrunda mübarizə apardıqları, təşkilatlar qurduqları, internet şəbəkəsinin inkişaf etdiyi, əyləncə sektorunun genişləndiyi, asudə vaxtın keçirilməsi üçün çoxlu imkanların olduğu bir məkan var,digər bir tərəfdə isə yuxarıda sadaladıqlarımın olmadığı üstəgəl ailə baskısının daha da şiddətləndiyi bir məkan.

Ailələrin bu vəziyyətdə uşaqlarını mümkün qədər dünyadan təcrid etməsi sonda faciəvi duruma gətirib çıxarır.

Gənc yaşda evliliklər, narkomaniya, qumar və ən əsası intihar xəbərləri….

Ciddi şəkildə düşünəndə məsələnin bir-biri ilə çox bağlı olduğunu görmək olar.

“İnsan o vəziyyətdə hansı addımları atar?”- sualını versə əgər cavab göz qabağındadır. Cavab o kürdəmirli qızlardır. 14-16 yaşında bir çoxunun ağlından belə keçirməyə qorxduqları addımı atıblar. Ailələrinin nə edəcəklərini düşünmək istəmədən gəliblər mərkəzə. Normal həyata addımlarını atıblar. Hansı ki, mərkəzdə də durum ürəkaçan deyil ancaq ki, regionların durumunun yanında Bakı toya gedəsi vəziyyətdədir.

Valideynlər çox demirəm ayda bir dəfə uşaqlarının əlindən tutub paytaxta gətirsəydilər, dənizkənarı parkda gəzintiyə çıxartsaydılar, Avropa şəhərlərinə çatmaq üçün mübarizə aparan Bakını gəzdirsəydilər bu problemlərin heç biri olmazdı və mən də bu yazını yazmazdım….

Evdə bir az sərbəstlik uşaqların türk seriallarından başqa vaxt keçirməyə imkanları olsaydı onlar bu addımı atmazdılar.

Hər halda bu məsələnin əsas günahkarı valideynlər və azərbaycan xalqının orta əsrlər adət-ənənəsi olduğuna heç kim şübhə etməsin. Məhz  bu səbəblərə  görə bugün o uşaqların taleyindən çox insan narahatdır. Hər halda yazdığım cümləyə özüm də elə çox inanmıram.

Kiməsə ağıl öyrədəsi statusum olmasa da, ən azından valideynlərin bu məsələ barədə düşünməsini çox istərdim. Hər halda biz indi orta əsrlərdə yox analoqu olmayan inkişaf edən Azərbaycanda yaşayırıq.

Yazını Sevinc Pərvanənin “Şəhər” romanından bir hissə ilə bitirirəm…

“Mənim yaşadığım yerdə qızların xəyalındakı ağ atlı oğlan şəhərdən gəlməli idilər. Yaxında yox idilər. Onların şəhər haqqında öz xəyalları vardı. Orda yaşayan bütün insanlar daha yaxşı, daha mədəni və xeyirxah olmalı idilər. Oğlanlar daha müasir idi. Onlara televizorda gördükləri müğənnilər kimi  geyinməyə icazə verəcək, dənizkənarı bulvara aparacaq, şeytan çarxına mindirəcəkdi. Uşaqları da şəhərdə adam balası kimi doğulub adam kimi yaşayacaqdı. Bu xəyallardan vaz keçmək imkansızdı əyalət qızları üçün”…

Hər halda bu məsələni bird aha düşünməyə dəyər

Ən azından gələcəyimiz üçün…

Etibar Salmanlı (Etibarlı)

Kürdəmir qızları və şəhər…” üçün 2 cavab

  1. Təkcə region məsələsi deyil, Bakının özündə (kəndlərində) də belə bir problem var. İnkar eləmirəm, lap burda qeyd elədiyləriviz kimi dəhşətli bir təzyiq deyil ailələr tərəfindən qızlara göstərilən, ama o təzyiq yoxdu cümləsini də deməy olmur. mən o təzyiqlə böyümüş bir qızam, Bakının bir kəndində. hələ də görürsən ki arada o təzyiqlərlə üzləşməli oluram. Bu vəziyyət məni təngə gətirirsə (əlimin altında internet ola-ola, valideynlərimlə də olsa, kinoya, teatra, ümumiyyətlə gəzməyə gedə-gedə, universitetdə qiyabi şöbədə təhsil alsam da…), gör onlar nə vəziyyətdə olublar və hal-hazırda da o vəziyyətdədilər…
    Ailələr artıq övladlarına, xüsusən də qız, bu qədər təzyiq göstərməsinlər. Uşaqlıqdan mənə oğlanlarla oynama, onlarla danışma deyilərdi. Mən də bunu eşidib oğlanlara düşmən gözüylə baxardım. Nə mənası var? Uşağı geridə qoymağın nə mənası var? aım deil. Hər belə xəbər oxuyanda iki cür hiss keçirdirəm, bir üzülürəm bu xəbərlərin -qəhrəman-ları üçün, bir də o vəziyyətdə olmadığım üçün qismən şükr eliyirəm…
    Yazı maraqlı idi. Ürəyimi azca da olsa, boşalda bildim. Təşəkkürlər…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma