Omeqa qonaqlığı vəya #Cəlileşidirsənməni?


Bu yazını əslində tumblr-da olan bloqumda yazıb, paylaşacaqdım. Sadəcə olaraq sonradan fikrimi dəyişdim və əsas bloqumdan yazmağı qərara aldım. 17 Mart razılaşdırılmış-icazəli mitinqində saxlanılaraq 5 sutka həbs cəzası (!) alandan sonra evə  qayıdanda uşaqlar yazar- şair dostum Cəlil Cavanşir – in mənim üçün gözəl bir şeir yazdığını bildirdilər. ( OXU ) Şeiri tapıb oxudum. Çox xoşuma gəldi. Cəlil hər zamankı kimi öz beynini gözəl şəkildə işə salıb hisslərini biruzə verib. Mən də o şeiri oxuyanda çox kövrəldim.

Şeirdə deyilir ki, bir Omeqa alıb yanına duz, limon, kitab və “Dostlar səninlədir!” mesajını qoyub yollamaq istəyirəm saxlanıldığın kameraya. Ac polislər Omeqanı  limon və duzla yeyəcək, kitab yolda itəcək sənə isə ancaq Dostlar səninlədir mesajı çatacaq. Gözəl düşünüb çünki bizə çatmalı olan 1manat 30 qəpiklik Kent siqaretlərimizi dükana satanlarla üz-üzə idik. Omeqa şübhəsiz ki, bizə və ya mənə çatmayacaqdı. Lap çatsaydı belə mən Dostlarsız o içkini içə bilməyəcəkdim.

Söhbətin ardında (şeirin) Cəlil deyir ki, eybi yox  5 sutkanı bitir gəl içərik.Məsələ belədir ki, nə zamandır mənə gələn içki qonaqlıqları dəvətlərinə yox deyirəm. Əsasən içkini azaldaraq bədənimə istirahət verirəm.

Dünən isə verdiyimiz bir qərarla, ümumiyyətlə, içkini çox azaltmışam. Hətta içmirəm. ( Mini Tövbə )Yəni ki, Cəlil Cavanşirin Omeqası düşmədi mənə kimi də düşünə bilərsiz. Yəni ki, mən içmirəm.

Ancaq mənim Cəlil Cavanşirin çəkdiyi zehni əziyyəti yerə vurmaq kimi bir fikrim yoxdur! Cəlilin Omeqasını gözləyirəm…

#Cəlileşidirsənməni? ))))

 

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma