Biz gəlirik!
(Bu bayramı zindanda keçirəcək əziz dostum Etibar Salmanlı-ya və bütün vicdan məhbuslarına…)
Sənin azadlığını əlindən alanlara,
ən böyük etirazdır sənin varlığın.
zindandan kənardakı
yalançı azadlığın…
baş qoyduğun bu yolun,
sonu işıq, sonu nur
Sənin ki, oğullar
Bu savaşdan yorulmur!
Soyuq divarlı zindan çətin ki, əysin səni
Əminəm əziz dostum,
Zindan səni qorxutmur!
Sənə bir-neçə kitab,
bir şüşə “Omega”
bir-iki limon və
“dostlarını unutma” mesajı yollamaq istərdim.
Amma bilirəm ki,
limonu
ac polislər “Omega”yla içəcək
Kitablar yolda itəcək,
Sənə isə bir quru söz,
“Dostlarını unutma” mesajı yetəcək.
Ən yaxşısı sənə mesaj yollayım
“Salam dostum,
başın önə əyilməsin,
soyuq zindanda ruhunu soyutma,
bir də, biz sənin yanındayıq,
unutma dostum, unutma!”
Azadlığını bir şüşə “Omega” və limonla
Və mübariz dostlarla qutlayarıq…
Nə olur, olsun..
üzülmə bu bayramda
Biz ruhən yanındayıq!
Sənin azad ruhun
Zindan və qandaldan böyük!
Sənin ruhun, qəlbin azad!
Sənin həbs edib zindana atanlar,
Ruhu kölə, ruhu sönük!
Biz haqq nədirsə bilirik,
Biz ədaləti sevirik!
Biz bu xalq ilə ağlayıb,
Biz zalımlara gülürük!
Bağır cəlladın üzünə, bağır zalımın üzünə…
Biz o doğma torpaqları
Qarabağı istəyirik!
Biz təhsilə rüşvət,
Bu rejimə yox deyirik!
Biz azadlıq istəyirik!
Bağır soyuq zindanlara
“Çəkil, yol ver
Biz gəlirik !!!
Geri bildiriş: Omeqa qonaqlığı vəya #Cəlileşidirsənməni? « Etibarlı Mənbə…·