5 günlük Təcrid-i Dövr-ü Səbayel… (I yazı)


Etibar Salmanlı, Camal Əli, Natiq Kamil

Neçə zamandır icazəli mitinqə hazırlaşmaları izləyirdim. Özümdə hazırlaşırdım. İcazəli mitinq, gənclərin təşkilatçılığı vəs…

Söhbət mitinqdən getmir o haqda yazı çoxdur. Mən çoxuna maraqlı olan mitinqdə özüdə icazəli mitinqdə tutulmağımdan biraz yazım.

Səbayelin 8 ci bölməsinin ya rəisini yada rəis müavinini tribunadan aşağı atmışam. Hər halda üzləşdirmədə özü dedi ki, “Bu idi məni tribunadan aşağı atan”. Birbaşa məhkəməyə və məhkəmənin 5 sutka inzibati tənbeh edici həbs qərarı. Ardıyca isə Səbayel təcridxanasının kameralarına bir salam verdim.

Uzun müddət idi ki, rayonların birinə gedib 4-5 gün beynimi dincəltmək fikrim var idi. Sağ olsun hakimiyyətimiz mənə şəhərin ən hündür nöqtələrindən birində 5 günlük istirahətə imkan yaratdı.

İstirahət edəcəyimi düşünmüşdüm. 

Hər zaman sutkalıq həbs cəzası vəya uzunmüddətli həbs cəzasını istirahət, mütaliə, yazmaq üçün ideal sayırdım. Ancaq mən fikirləşən kimi olmadı. Səbayelin təcridxanası təmirdən yeni çıxıb, isti-soyuq su, isitmə sistemi, yeni kravatlar, yeni döşəklər, yorğan/balış hər şey yerində.(özüm ölüm zarafat etmirəm) 4 nəfərlik kamerada tək qaldığımdan 2 döşəklə yatırdım. İşimin adı yatmaq, durmaq, fikirləşmək, yenə də yatmaq idi. 3 sutkadan sonra artıq hərəkətsizlikdən bədənimin necə yorulduğunu rahat hiss edirdim. Kitab və siqaret olmaması ciddi problemlər yaratdığını deyə bilərəm.

Suliddin Qasımlının Səbayel təcridxanasında nə işi? 

Kitab olmaması vaxtın keçməməsinə şərait yaradırdı. Kameradan bir kitab tapdım. Suliddin Qasımlı – “Pərvanəmin işığına gələn” adında. 1991ci ildə çap edilmiş bir kitab, kiril dilində, üz qabığı RPG oyunlarındakı qızlara oxşayan bir qız şəkli, arxa hissədə isə bir incə qız əli, əlin içində yanan şam, barmaqlarında qərənfil, biləngdə isə qandal. Fotolara baxıb düşündüm ki, normal bir kitab olar bu. Ön sözünü riyaziyyat elmləri doktorunun yazmasını görəndə ümidlərimi itirmək istəmədim ancaq deyim ki, 400 səhifəlik kitabı 4-5 dəfə oxudum və düşündüm ki, hakimiyyət fiziki işgəncəni keçib mənəvi zorakılıq edir. Kişinin iki də poeması var idi. Birinin adı “Vətən Əsgəriyəm” digəri isə “QaraQoyunlu Qara Musa, dəyirman və pərilər” idi. Vətənə aid olan poema normal idi anlaşılan idi ancaq Qara Musanın nə elədiyini 4-5 dəfə oxudum anlamadım. Qələm yox idi yoxsa kitabın bir qırağına yazardım ki, kimin əlinə düşsə oxumasın…)))

Mövqe qazetinin korrektor, redaktoruna eşq olsun.

Kamerada birdənə də martın 10u çap edilmiş Mövqe qazeti var idi. Qazetin materiallarına sözüm yox ancaq deyim ki, bekarçılıqdan 20-30 dəfə oxudum hətta reklamları da oxudum birdənə də olsun hərif səhvi tapmadım. Ancaq deyim ki, qazetin 10 xəbərin 7sində modern.az-a istinadla verilməsi mənə maraqlı gəldi.

Fərqli Novruz Bayramı

Tanıyanlar bilir mən 31dekabr yeni ildən başqa heçbir bayram, matəm günü qeyd etmirəm. Novruzu da həmçinin qeyd etmirəm. Bu dəfə Novruzu qeyd elədim deyə bilmərəm ancaq ki, fərqli bir gün oldu. Bizə uşaqların yolladığı vetçina, dolma, bir dənə şəkərbura, birdənə paxlava, bir stakan da kola. Kameram nəzarətçilərin otağı ilə eyni divarda olduğu üçün musiqini də eşidirdim. Bahar nə xoş gəlir Azərbaycana musiqisi sədası altında qeyd edim martın 21-ni.

6 gün internetsizlik, məlumatsızlıq

5/6 gün internetin olmaması, qazetlərin verilməməsi, yanımıza gələnlərin içəri buraxılmaması nəticəsində məlumatsız qalmağımız bəzi hallarda narahatçılığa səbəb olurdu. Hər gün gecə oturub düşünürdüm ki, görəsən uşaqlar mitiqinqdən sonra necə çıxıblar, bizi niyə Binəqədiyə yox Səbayelə gətiriblər, bu xalq hardadır vəs. Yaxşı ki, vəkilimiz Anar Qasımlının appleyasiya verməsinə görə yenidən məhkəməyə 4 gün sonra aparıldıq və orda uşaqların əksəriyyətini salamat olduğunu görəndə rahat oldum.

17/18 mart 2011 

17/18 mart 2011-də axşam saatlarında biz Binəqədi təcridxanasının qabağında idik yadıma gəlir, Ülvi Hipermilli, Təbriz Önər, Rüfət Abasovun və digər uşaqların sutkalarını bitirib çıxmasını gözləyirdik. Bundan 1 il 4-5 gün sonra  uşaqlar mənim çıxmağımı gözləyirdilər. Həyat davam edir…

5-6 gün Fikir sexi 

Sonda deyim ki, məhkəmədə mənim tez buraxılmaq qərarının hakim tərəfindən qəbul edilməməsinə sevinməm kimi fikirləri eşidəndə güldüm. Hər halda 5gün ancaq düşünməklə keçmişdi və artıq sıxıntıdan, darıxmaqdan gic olmaq həddinə çatacaqdım. Yaxşı ki, arada Natiq  və Camal ilə bir təhər danışırdıq. Qeyd edim ki, 5 günün mənim üçün bir xeyri oldu ki, oturub uzun-uzun düşündüm elədiklərimi və eləcəyəklərimi.Yerdə qalan heçnə 5 gün vaxt itkisi, yolumuzu gözləyənlərin narahatlığı vəs…

 

Hər nə olsa da Yola davam…

Qeyd edim ki, bu yazının bir digər hissəsini yaxın günlərdə yazacağam. Şəxsi hissəsini…

PS.Bu gün artıq Natiq də azad edilib. Qaldı birdənə Camal Alinin çıxması.

Etibar Salmanlı (Etibarlı)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma