Halımız Duman…


Duman qrupuna ilk dəfə universitetdə oxuyanda qulaq asmışdım. Ancaq hansı mahnısı idi yadıma gəlmir sözün düzü. Səhv etmirəmsə “Beni yak, kendini yak” idi. Fərqi yoxdur çox xoşlamışdım onların ifa tərzini. Dumanla başlayaraq Türk Alternative Rokunu izləməyə başladım. Universitet zamanlarımda yadıma gəlir ki, rokdan çox da xoşum gəlmirdi əsasən rep musiqinə qulaq asırdım. Ancaq Dumanla başlayaraq əsasən türk rokuna qulaq asmağa başladım. Ancaq yenədə indiki kimi Dumanla yatıb durmurdum.

Türk rokunun əsas xoşuma gələn məsələsi odur ki, onlar coverlərə üstünlük verirlər. Cover-in nə olduğunu qısaca deyim ki, əsasən köhnə mahnını götürüb öz bildikləri kimi oxuyurlar.

Türk rokunda bu çoxluq təşkil edir. Bəlkə ona görədir ki, çox adama xoş gəlir bu tərz.

Türk rokunun olduqca çox əfsanəvi siması var, Cem Karaca, Erkin Koray, Moğollarla başlayan bir era hələ də davam edir. Teoman, Barış Akarsu (RİP), Gripin, Emre Aydın və adını çəkmədiyim bəlkə 100-lərlə qrup.

Son aylarda parlayan Can Bonomo…

Ancaq bunlar hamısı Duman tipli bir musiqi ortaya qoymur. Hər birinin çox izləyicisi, dinləyicisi olsa da stil Dumandan fərqlənir.

Etiraflar yazımda bildirmişdim ki, Duman Bakıya gəlsə mütləq gedəcəyəm. Və qeyd edim ki, Duman Bakıya gəlir. Son zamanların ən maraqlı xəbərlərindən biridir ki, hər zaman tvdən izlədiyin qrupu indi Bakıya gəlir və səndə izləyici qismində olacaqsan.

Duman qrupunun fəlsəfəsi mənim xoşuma gəlir. Onlar haqqında “kafaları güzeller” ifadəsi deyilir Türkiyədə. Bu qrup içki içərək konsertlərinə çıxıblar. Musiqinin ən yüksək nöqtəsindən çıxış eləmələridir. Rock-N-coke festivalında eyni anda ayrı ayrı səhnələrdə çıxış edən 50Cent və Duman konsertlərində camaatın əksəriyyəti Dumana qulaq asırdı. 50Cent-in İnda Club tracki ilə bütün dünyada məşhurlaşdığı zamanlarda.

Aprel ayının 14ündə Dəniz Vağzalında “Ssenari Ad & PR Agency” nin təşkilatçılığı ilə Dumanın konserti baş tutacaq. Səhərə qədər davam edəcək gecənin necə olacağı barədə Nostradamus da fikir bildirə bilməz. Hamı, kimlər ki, bir ağızdan “Senden Daha Güzel” demək istərsə buyursun gecənin qonağı olsun.
Bilet almaq istəyən olsa “Cafe El Toro” ya müraciət edə bilərlər. İnanıram ki, çox gözəl gecə olacaq. 14 apreldə mənim üçün ikili möhtəşəm gündür. Həm Məhəmməd İlyasoqlunun ad günüdür həm də Duman gəlir.

Ünvan : Əhməd Cavad 4. Axundov bağının yanı

Əlaqə telefonu : 051 827 51 01

Tədbirin Facebookda eventi… LİNK!

Halımız Duman…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma