Guya 8 mart guya bayram…


8 mart üçün durub nəsə yazmaq fikri belə özümə pis gəlir. Fikrim də yox idi yazmağa.  Sadəcə iki gündür şəhərdə, nəqliyyatda gördüklərim vadar elədi ki, 5-6 cümlə həsr edim.

Nəyi bayram edirik vəya edirlər  anlamıram.

Sevgilini, ananı yada ümumən kimisə təbrik etmək üçün mütləq bir gün lazımdır ki?

Mən anlamıram ki, kimisə təbrik etmək üçün, onu çox sevdiyini, onsuz həyatının maraqsız olduğunu demək üçün, hədiyyə etmək üçün mütləq 8 martı, 14 fevralı yada ki, ad gününü gözləmək kimi axmaq fikiri ilk dəfə hansı “ağıllı” verib görəsən?!

Yəni ki, mən özümdən nümunə verirəm ki, belə günlər adi gündür mənim üçün, xususən hazırlaşmaq kimi fikrim olmur. Qısacası bayram və matəm günlərinin heç birini keçirmirəm.

Digər bir məsələ isə bizim xalqın səmimiyyətsizliyidir.

Həyat yoldaşına insan münasibəti bəsləməyən “arvad” ifadəsi ilə səslənən adamlar olan toplumun üzvləriyik.

Hər gün filan rayonda filankesov filankes öz arvadını bıçaqlayaraq, güllələyərək, boğaraq öldürdü kimi xəbərləri oxuyan, yazanlar da bizik.

Kaş oğlumun  vəya qızımın oğlu olaydı arzu edən, qurban kəsən də bizlərik.

Gəlinlərinə qız uşağı dünyaya gətirdiyinə görə pis münasibət göstərən hətta boşanmağa məcbur edənlərdə özümüzük.

Öz qızlarını tanımadığı, görmədiyi insanla zorla evləndirən, qız uşağını evdə ziddi rejimli həbsxanada yaşadar kimi yaşadanlar da bizlərdir.

Sevdiyi insanla gedən qızlara namussuzdur deyənlərdə bizim valideynlərimizdir.

Övladlarına şəxsi kapital kimi baxanlarda həmçinin…

Döyürəmsə sevirəm kimi xiyar fikri deyənlərdə bizlərik.

Nə gözəl bu gün bayramdır, təbrik edək, gül alaq, restorana dəvət edən ilin digər günlərində isə istismar edək. Budur müşahidəm…

Ps. Fəaliyyətinə görə martın 7-si axşam jurnalist Xədicə İsmayıla fəaliyyətinə görə (8marta saatlar qalanda) təhdid, şantaj məktubu yollayan millətin nümayəndələrik…

Milləti Azadlıq meydanına düzəsən güllələyəsən hamısını…Başqa yolu yoxdur artıq…

Etibar Salmanlı (Etibarlı)

Guya 8 mart guya bayram…” üçün 5 cavab

  1. Məqaləni bəyənmədim açığı. Qadınları o saydığın problemlərlə üzüzə qoyanlar heç 8 martda və ya digər günlərdə də onlara fərqli münasibət göstərmir. Bir də Xədicə xanımın təhdid olunması qəti pisləyirəm amma “Fəaliyyətinə görə martın 7-si axşam jurnalist Xədicə İsmayıla fəaliyyətinə görə (8marta saatlar qalanda) təhdid, şantaj məktubu yollayan millətin nümayəndələrik” fikrinə gəılmək gülünc səslənir mənim üçün. Əgər hansısa hakimiyyət əlaltısı bunu edirsə bunu bütün millətə şamil etmək nə dərəcədə doğrudur.

Jamal Chelsea Jamaev üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma