Avtobus və həyat


Əslinə qalanda mənim belə bir yazı yazmaq kimi fikrim yox idi. Avtobuslar ümumilikdə nəqliyyat barəsində statuslar, tvitlər bəzən isə yazılar yazmışam. Ancaq bugün səhər evdən çıxanda belə bir yazını düşünmürdüm. Nə edək ki, hər zaman gözlədiyin kimi olmur heçnə. Fikirlər ani dəyişir, istəmədiyin şeyləri edirsən vəs.

Son 2 ildə ilk dəfə idi ki, saat 7 də yuxudan durmuşdum. Kefsizlik falan bunlar başqa yazının mövzusudur. Evdən saat 8 də çıxdım ki, işə gedim. Evdəkilər də təəcüblə mənə baxırdılar ki, nə əcəb mən tez gedirəm.

Avtobus dayanacağında fikir verdiyim o idi ki, həddən çox adam var. İşə gedənlər və tələbələr. Tələbələr azlıq təşkil edirdi. Sonra da deyirik ki, işsizlik var ölkədə. Səhər 7-30 / 8-15 intervalında gəlin bizim avtobus dayanacağımıza baxın, hamı işə gedir. Nəisə 2avtobus keçdi minmək mümkün olmadı. 3cüsündə birtəhər daxil oldum avtobusa. O qədər çox adam var idi qarşımdakı dayının ən azı 1 həftədir hamamı ziyarət etmədiyini və arxamdakı qapının da məni necə sıxdığını rahatlıqla hiss edirdim.Qeyd edim ki, məsələ indiki 184 əvvəlki 84 nömrəli avtobusda baş verirdi.

Sabunçuya çatmağımıza az qalanda fikir verdim ki, ZAT-i Ailələri də işə gedir deyə yolu bağlayıblar. Bütün ailəsinin zatını yadıma saldım.

İndiki Koroğlu əvvəlki Əzizbəyov stansiyası yaxınlığındakı dayanacaqda isə avtobus gözləmədiyim halda boşaldı və mən boş oturacaqların birində əyləşdim.

O an bu yazını fikirləşdim.

Avtobusun həyata oxşar olduğu ideyası gəldi beynimə. Həyatda da ağır günlər, problemlər, keçilməsi çətin olan maneələr olur. Düşünürsən ki, həll edilməzdir vəya mümkünsüzdür.(Mən həyatda mümkünsüzdür fikrini qəbul etmirəm) Məsələn mən avtobus gələndə minə bilməyəcəyimi, mindikdən sonra presslənmiş vəziyyətdə işə gedə bilməyəcəyimi düşünmüşdüm. Ancaq olmadı hətta arada tıxacda da dayandım. Sonda amma yolun böyük bölümünü rahat şəkildə getdim.

Sırf ondandır ki, çətinliklər, problemlər, sıxıntılar vəya digər maneələr səni, məni, bizi, sizi, onları qısası heçkimi qorxutmasın. Mütləq hər çətinliyin bir asan yolu da var. Sadəcə gözləmək daha doğrusu gözləməyi bacarmaq lazımdır. Səmimi mübarizə aparın, qələbə və yaxud  istədiyiniz məsələ özü həll olunacaq…

Hamıya uğurlar!

Etibar Salmanlı (Etibarlı)

Avtobus və həyat” üçün bir cavab

  1. Mən həyatda mümkünsüzdür fikrini qəbul etmirəm
    ,Men seni bax ele bu fikirine gore 1 daha cox istedim.neden fikir ayrligimiz olsa da bunda 1 noqteye vururuq.Heyatda hersey mumkundu.cailsmaq ve istemek yeterlidir

qabil üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma