Yazılmalı olan yazı…


Photo by Elkhan Alieff

1-2 gün bundan qabaq yazar dostum Cəlil Cavanşir ilə bir iki məsələnin müzakirəsi üçün axşam saatlarında Krivetka Pub-ında görüşmüşdüm. Puba girəndə Cəlilin tək olmadığını adını çox eşitdiyim bir türk dostu ilə oturub pivə içdiyini gördüm. Altıma bir stul çəkdim, pivə sifariş etdim, görüşdüm və söhbətə qulaq asmağa başladım.

İlk dəqiqələrdə Cəlil ilə türk dostunun nəyəsə görə şirin şirin mübahisə etdiklərini, mərc girdiklərini heç anlamadım. Diqqətimi cəmləşdirdim, mövzunu açmalarını xahiş etdim. Açıqladılar da sağ olsunlar. Yoxsa 2 saat mövzuya, söhbətə fransız qalacaqdım.

Türk dostumuz Türkiyədə çox normal imkanının olduğunu, ancaq Bakıda yaşadığından da arada danışdı.

Qayıdıram mübahisə mövzusuna.  Türkün sevgilisi nəsə etmişdi, ya gec zəng etmişdi, ya da zəng etməmişdi nəsə belə bir şey idi. Cəlil ilə bir litr Jack and Daniels-dən mərc girdilər. Cəlil deyirdi ki, o qız səni yenə də başdan çıxaracaq. Türk isə deyirdi ki, yox, mümkün deyil. Mən adamı sildimsə birdəfəlik silirəm. Mənim üçün səhvi bağışlamaq anlayışı yoxdur. Səhv varsa silərəm o adamı həyatımdan. Əsəblərim üçün, həyatım üçün.

Həyatda parazitlərin insan əsəbinə ciddi xəsarət yetirdiyindən filan danışdı. Əlavə etdi əgər sevgilisi bir də zəng eləsə götürməyəcək, o olduğu məkana gəlsə çıxıb gedəcək…Hətta qeyd etdi ki, sevgidə uduzsam da wisky uddum. Cəlil də boynuna aldı ki, wisky-ni alacaq türk dostumuza. Yəqin türkün xarakterini yaxşı bilir ki, uduzduğunu boynuna aldı.

Vətəni, valideynləri və doğumu hesablaya, seçə bilmərik ancaq ki, ölümümüzü hesablamaq mümkündürünü də qeyd etdi.

Mən bir xeylam qulaq asdım, əslində bir çox fikri ilə razı da olurdum. Ancaq bəzilərində  etirazlarım olurdu.

Əsas fikirlərindən biri o idi ki, qadınların bir xeyri yoxdur. Mən bununla razı deyiləm.

Sevdiyin insanın sənə verdiyi dəstəyin, gücün qarşılığı yoxdur. Fiziki yorğunluq ilə mənəvi yorğunluğun nəqədər fərqli olduğunu açıqlamaq elə də çətin olmaz hər halda. Ya da ki, mən fərqli düşünürəm, mən o istisnadır nədir ondanam. Ancaq yenə də mənə ciddi şəkildə güc verən qadınlar vəya onların əsas da O-nun sevgisidir. Mənəvi gücü mən fiziki gücə çevirməyi bacara bildiyimə inanıram. Hər halda olmasa idi bunu yazmazdım…

Mənim fikrimcə insan mütləq nəyəsə ümid etməlidir. Etmədiyi müddətcə işlərinin zəifliyi vəya özünün zəifliyi fonunda özünün uğursuzluğu gözləniləndir.

Mən özümdən danışa bilərəm ki, bəzən heç bir faiz də həvəsim, kefim olmayıb ancaq ki, bir zəng və ya smsin kefimi düzəltdiyinin də şahidi olmuşam.

Bunun belə olması subüt edirki, adını qoya bilmədiyin, toxuna bilmədiyin bir bağlılıq yaranıb. Onun yaranması bir günün içində də ola bilər, bir dəqiqənin içində də, uzun illər müddətində də.

Məhz ona görə türk ilə razı deyiləm.

Öz bugünki halım onu sübut edir mənə…

Məsələnin digər tərəfində isə dostlara olan münasibət durur.  Mənim üçün dostlarım ciddi şəkildə önəmlidirlər. Hər halda istər pis istər yaxşı günümdə zəng edəsi insanlarımın olması mənə ikinci əlavə güc verir. Amma ki, qeyd edim daxili(şəxsi) probləmlərimi dostlarım həll edə bilməz.

Bu yaxınlarda bir fikir gəlmişdi beynimə. Mən insanların pis günlərində yanlarında olmağı çox sevirəm. Çünki yaxşı günlərdə olanlar pis günlərdə olmaya bilərlər. Praktika bunu göstərir.

Və ya mən insanların mənə elədikləri yaxşı hərəkətləri yadda saxlayıram. Pis hərəkətləri isə beynimdən, yaddaşımdan silməyə çalışıram. Çünki pis hərəkəti hər kəs bacarır. Yaxşılıq isə hər adamın edə biləcəyi, görə biləcəyi bir şey deyil…

Dostlarım da bilir bunu. Mən əsasən mənəvi əlaqələrə üstünlük verirəm. Fiziki, maddi əlaqələr mənim üçün  ikinci, üçüncü bəlkə də daha sonrakı plandadır. Dost tanışlarım bilir, onlar üçün hər şeyi edəcək bir beyin varımdır. Dostumla əlaqəni kəsməyim üçün gərək iki hal olsun, birincisi mənə şəxsi məsələdə zərbə vursun, ya da etdiyim şəxsi seçimə aqressiv münasibət göstərsin. Hər halda ailəm mənim heç şəxsi seçimlərimə qarışa bilməz. Onlar qarışa bilməzsə, başqa heç bir kəs qarışa bilməz. Sildiyim insanın yaxşı günündə yanında olmuram heç vaxt. Ancaq nə zamansa onun vəziyyətinin gərginləşdiyini, onun üçün nəyisə edə biləcəyimi anlayanda var gücümlə yanında olmağa çalışıram…

Nəisə hər halda bunları yazdım. Ona görə ki, ürəyimdən keçdi. Bədiiləşdirmədən. Sadəcə beynimdən necə gəlirsə elə yazdım…

Biriniz soruşsaz ki, Cəlil ilə Türk dostumuzun sonu nə oldu. Deyim də, durduq, çıxdıq Pub-dan, mən evə tərəf yol aldım. Onlar isə getdilər Kaybedənlər Klübü – nə baxmağa…

Ps. Bir sonuncu məsələni də qeyd edim ki, son zamanlar siyasi yazılar yazmıram deyə fikirləşə bilərsiz. Ancaq ki, yanılmağınızı istəmərəm.

Azadmekan.org saytına daxil olun orda siyasi/ictimai yazılarım çap olunur və yaxın 1 ildə də çap edilməyə davam edəcək…

Uca Şirvin feat. Kosmos bizi qorusun!

Etibar Salmanlı (Etibarlı)

Yazılmalı olan yazı…” üçün 3 cavab

  1. Mənim fikrimcə insan mütləq nəyəsə ümid etməlidir. Etmədiyi müddətcə işlərinin zəifliyi vəya özünün zəifliyi fonunda özünün uğursuzluğu gözləniləndir.

    Sherh: Bir sheyin qeyri-mumkun oldugunua inansaniz, agliniz bunun ne ucun qeyri-mumkun oldugunu size isbat etmeye calishar. Lakin bir sheyi ede bileceyinize inandiginiz zaman agliniz onu etmek ucun yollar axtarmaqda size komek etmeye bashlar.

    Beynimizin qebul ede bilmesi ucun evvelce ureyimizin inanmasi gerekdir.

  2. Geri bildiriş: Yazılmalı olan yazı II « Etibarlı Mənbə…·

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma