Hər şey yaxşılığa doğru O-nunla…


Photo by Elkhan Alieff

Son zamanlar  qıraqdan özümə baxıram.

Özümdə ki, fərqi özüm hiss edirəm.

Düzdür hər zaman düşünmüşəm, xoşlamışam etdiyim hərəkətlər (düz vəya səhv) barəsində ətrafımdakı insanlar fikir bildirsin.

Tənqid vəya tərif etsinlər.

Hər ikisini çox sevirəm tənqidi sevirəm çünki onda daha yaxşı iş görməyə stimul yaranır məndə. Tərifi sevirəm ki, hansısa işi davam etdirməyə stimul verir mənə…

Ancaq indi qıraqdakı insanlardan nə düşünürsüz deyə soruşmuram hansısa məsələ ilə baqlı.

Ona görə ki, əsasən mən hərəkətlərimi kimlər nəsə deyir deyə etmirəm. Ürəyim istəyir, daxilim tələb edir deyə edirəm…

Son həftələr çox maraqlı şəkildə davam edir. 2011-in son aylarında ciddi şəkildə maddi problemlərin fonunda işsizlik problemi bərk sıxırdı məni boynuma alıram.

Qan Turalın Kulis.az lahiyəsində mənə yer verməsi azda olsa probləmlərin ən azından yol xərci, siqaret pulunu qarşılamasını unutmaq olmaz.

Dostlarımın Ali Reshin, Cəlil Cavanşirin, Samir Əsədlinin və N!DA-çıların maddi/mənəvi dəstəyini də unutmaq olmaz…

Son aylar isə tam fərqli keçir.

Məhz deyərdim ki, fərqli keçir. 2-3 layihədə iştirak üçün gələn dəvətlər, Yaddaş İ.B-nin Məsuliyyətli Vətəndaş Jurnalisti ol proyektində işimin başlaması son zamanlar hardasan niyə yoxsan, niyə görünmürsən sualına cavab işim çoxdur olur…

Səbəblər vəya səbəbi də bilirəm…

Səbəb O-dur. Daha doğrusu O-nun gəlişidir. O-nun uğurudur. Öz gəlişi ilə uzun müddətdir gözlədiyim yeni marağı, həvəsi, istəyi gətirib mənim üçün. Hər zaman eyni keçən ardıcıl içki məclislərindən bezən adama yeni maraq, həyəcan gətirib.

Bütün bu yaranmış imkanlar onun gətirdiyi uğurdur. Bunu özünə də etiraf  etmişəm…

Bütünlüklə şanslı, uğurlu olmağı, sabaha maraqla baxmağı yaradıb…

Gecənin bir vaxtı qar yağdığı vaxtlarda şəhərdə gəzəndə belə bir fikir istifadə edildi aramızda. Heçbir şey təsadüf deyil. Heç bir görüş təsadüfən olmur. Olan hərəkətlərin, görüşlərin mütləq ki, bir səbəbi var.

Hər son yeni bir başlanğıcdır. Hər yeni bir başlanğıc sonsuzluğa aparan bir yoldur… O yolda ki ancaq bir sözü tam səmimi, əminliklə qəlbdən demək olar…

Hər şey yaxşılığa doğru…

Hər şey yaxşı olmalıdır çünki başqa yolu yoxdur…

Ps. Sinan Çetinin bir qısa filminə baxmışdım. Orda başlanğıcda bir sitat var : Mutlu ol! Bu bir emrdir! Birdən yadıma o düşdü…

Etibar Salmanlı (Etibarlı) 

Hər şey yaxşılığa doğru O-nunla…” üçün 5 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma