Yollarımıza xərclənən milyonlar…


Foto Pərviz Həsənova məxsusdur

Belə başlıqı olan yazılar əsasən rəqəmlərə statistikalara əsaslanan yazılar olur. Dəqiq rəqəmlər, statistik araşdırmalara falan söykənir yazı. Sözün düzü statistik məlumatları araşdırma yazılarından götürüb bura yazmaq imkanım var idi.

Sadəcə onu etmək istəmədim.

Ziyalılar forumunda iştirak edirdim. Orda iqtisadçı Qubad İbadoğlu maraqlı bir çıxış etdi. Çıxışında bir çox məsələlərə toxundu. Ancaq mənim beynimə onun bir cümləsi həkk edildi. Qubad bəy bir neçə ildən sonra neft/qaz ehtiyatlarımızın tükənəndə vəya azalanda bu yolların, keçidlərin, körpülərin təmiri bizim boynumuza düşəcək. Həqiqətən üzərində düşünələsi məsələdir bu yolların müəyyən zamandan sonra təmiri məsələsi. Neft gəlirlərinin fonunda bütünlüklə gücümüzü tikintiyə sərf edirik bu son illər.

Hər il neft gəlirlərinin böyük əksəriyyəti tikinti lahiyələrinə yönləndirilir. Hər il Bakıda bir çox yeni keçidin, yol ötürücünün açılışı olur. Qırmızı lenti kəsilir.

Bu tikintilərin sonradan isə təmiri üçün büdcədən yenidən pul ayrılır. Nəzərinizə çatdırım ki, büdcə gəlirlərinin böyük hissəsi də neftdən gələn pullardır.

Şəhərin bütün parkları, yol kənarları demək olar ki, analoqu olmayan metlaxlarla, kafellərlə bəzədilib. Hətta magistral yollarda da istifadə edilib.

Hər yeni gələn icra başçısı öz şəhərində yenidən qurmanı ilk olaraq parklardan, yol qıraqlarından başlayır. Yeniləri ilə əvəzlənir yol qırağındakı bahalı daşlar.

Piyadalar üçün nəzərdə tutulmuş bu səkilərə bütünlüklə yeni daşların düzülməsi, parklarda yeni metlax örtüyü gözəllik üçün nəzərdə tutulsada əhalinin rahatlığı nəzərə alınmadan edilib.

Bakıya yağan qarın nəticələri haqqında yazmaq fikrim yoxdur heç bu yazıda. Neçə avtoqəza olub, neçə nəfər dəm qazından boğulub, neçə nəfər yolda gedərkən yolların, səkilərin buz olması səbəbi iıə yıxılaraq xəstəxanalıq olub vəs.

Parklara və səkilərə düzülmüş daşlar Bakıya yağan qardan sonra tamami ilə sürüşkən vəziyyətə düşdü. Gecələrin şaxtalı keçməsi nəticəsində xəstəxanalara gedən insanların böyük əksəriyyəti sırf bu yeni düzülmüş daşların sürüşkən olmasının nəticələridir.

Özüm bu qarlı, buzlu havada 4-5 dəfə sürüşüb yıxılmaq təhlükəsi yaşamışam Bakının analoqu olmayan küçələrində. Hər dəfə də düşünmüşəm ki, bu daşları küçələrə döşəyərkən heç qarı, qışı, buzu düşünməyib Bakı Şəhər Abadlıq idarəsi? Yəqin ki, düşünüblər ki, Bakıda qış olmaz heç vaxt…

Dünən Fəvvarələr meydanına yağan qarı təmizləmək üçün meydana nəzarət edənlər oraları təmizləyirdilər, yoldan keçərkən diqqətimi cəlb etdi ki, təmizlənmə prosesi  bir neçə daşın sınmasına, zədələnməsinə səbəb olmuşdu. Hansı ki, havalar yaxşı olan zaman fikir vermişəm mərkəzdə ən azı 3-4 nöqtədə məhz bu daşları “restavrasiya” edirlər. Məhz bu restavrasiyalar büdcəyə ayrılmış neft pullarının nəticəsində olur. Qubad bəy də məhz onu nəzərimizə çatdırır ki, gələcək də bu çox milyonluq tikinti işləri başımıza bəla olacaq. Bizim uzaqgörən siyasətçilərimiz, hökümət nümayəndələrimiz isə bunu anlamaqda çətinlik çəkirlər. Neft gəlirlərini insan kapitalına, təhsilə xərcləməkdənsə yollara, tikintilərə sərf edirlər. Bunun da nə zamansa zərərini indiki gənclik çəkəcək!

Etibar Salmanlı

Fotolar  Pərviz Həsənov-a məxsusdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma