Sevgililər gününün sonu…


14 fevrala aid yazı yazmaq fikrim var idi. Sadəcə, həmin gün haqqında deyilmiş yüzlərlə fikirdən sonra bu istəyimdən vaz keçmişdim.

Sırf insanların bu günü necə keçirdiyini bilmək üçün nəqliyyatda, parkda insanları müşahidə edirdim.

Səhər evdən çıxandan beynimdə “görəsən bu günü necə keçirirlər?” fikri ilə gəzirdim küçələrdə. Axşam evə qayıdanadək bir çox hadisənin şahidi oldum. Ancaq evə qayıdarkən avtobusda gördüklərim bu yazının yazılması üçün mənə kifayət qədər səbəb verdi.

Hər zaman gecə evə qayıdarkən avtobusdakılara fikir verirəm. Adətən qadınlar üstünlük təşkil edir avtobuslarda. Ancaq bu gün fikir verdim ki, avtobusda qadın çox azdır.

Yəqin ki, məlum “gün”lə bağlıdır. İşgüzar xanımlarımız bu günü ya sevdikləri ilə, ya da ki, istirahətlə keçirirlər.

Hər zaman olduğu kimi orta sıralarda özümə yer tapıb, kitab oxuyurdum. Qarşımda da iki sevgili əyləşmişdi. 10 dəqiqə ərzində istəmədən də olsa bəzi söhbətlərinin qulaq yoldaşı oldum.

Yaşları elə də çox olmazdı.

Heç əlaqələrinin də yaşı çox deyildi, mənim fikrimcə.

Hər halda indi məktəbdən başlayan sevgi hekayələrini ancaq “Yeşilçam” filmlərində görmək olar.

Aralarındakı söhbətlər fonunda avtobusun sərnişinləri də çoxalırdı. Bir qadın gəlib düz bizim başımızın üstündə dayandı.

Qadın həddən artıq gözəl olmasa da geyiminin onu gözəl göstərdiyini etiraf etməliyəm.“Sevgililərdən” güclü cinsə mənsub olanı ayaq üstdə dayanmış zərif cinsin nümayəndəsinə yer verdi. Özü də başı üstündə dayandı.

Arada baxırdım ki, oğlanın gözü yerini verdiyi qadının sinəsindədir. Maraqlı bir hadisənin baş verəcəyi qaçılmaz idi.

Deyəsən, oğlanın sevgilisi də bu hadisəni müşahidə edirdi.

Qəfildən qız ayağa duraraq sürücüdən avtobusu saxlamağı xahiş etdi.

Qapıya tərəf keçərək əlindəki qızılgülü oğlana verdi.

Aşağıda olarkən isə oğlanın arxasınca düşmək istədiyini görüb bir cümlə işlətdi ki, mən bu yazını yazmağa qərar verdim. Qız oğlana “hara gəlirsən? Get yerini verdiyin o qızın yanında otur” deməsi ilə avtobusun sürücüsü qapıları bağladı və yola davam etdik.

Ayaq üstdə qalmış oğlan da çox maraqlı bir ifadə işlətdi ki, onu da yaddan çıxarmaq insafsızlıq olardı.

“Sənə dedim ki, bu gün 14 fevraldır, bu dəfə taksi ilə gedək…”

Ümümilikdə bu günün fərqini anlamaq mənim özümə bir az çətin gəlir…

Məncə, hansısa bir günü daha çox önəmsəmək yersizdir.

Sevginin, insanın ürəyindən gələn hisslərin hansısa günə və ya çərçivələrə salınması onsuz da mümkün olan bir iş deyil.

Ona görə də günlərdən hansı gün olursa – olsun, mənim fikrimcə, o məhşur ifadədə deyildiyi kimi “Savaşmayalım, sevişelim”…

 Mənbə : Kulis.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma