Bəyanat – Fısqırıq İnformasiya Agentliyi-ndən…


Azərbaycandakı gənclər təşkilatları da bəyanat verdilər – SİYAHI

Azərbaycanda fəaliyyət göstərən bəzi gənclər təşkilatları “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar birgə bəyanat veriblər.
Bəyanatda deyilir ki, bəzi Azərbaycanı gözü götürməyən dairələr, o cümlədən bir sıra ermənipərəst qüvvələr yeni bir çirkin kampaniyaya əl atıblar. Həmin dairələr ölkəmizdə baş tutacaq bu möhtəşəm tədbirə kölgə salmaq, bununla yanaşı, Azərbaycanın siyasi imicinə xələl yetirmək üçün səfərbər olunublar. Biz bəyan edirik ki, “Eurovision” musiqi yarışmasına otveçatıq! Onun tükünə zərər gəlsə, ana-bacı söhbətini bir kənara qoyub, həmin dairələri kvadrat şəklinə salarıq! Lazım gəlsə “Eurovision” qeyd olunacağı günlərdə “Gey Parad”da da iştirak edəcəyik! Təki cənab, zatı-aliləri İlham Əliyev və onun möhtərəm xanımı Mehriban Əliyeva var olsun! Təki bizim Qarabağ boyda dərdimiz unudulmasın və davam etsin! Təki Azərbaycanın İlhamlı səsi bütün dünyaya yayılsın! Əks təqdirdə yenə qeyd edirik ki, həmin dairələrin başında təsbeh sındırarıq!

Bəyanat Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə aşağıdakı gənclər təşkilatları tərəfindən imzalanıb:

irGənc Vətənşüvənlər təşkilatı
Qaçqın və Məcburi Köçkünlərin Hesabına Dolanan Gənclər Təşkilatı
“İlham Əliyev yaxşıdır, ətrafı pisdir” Alyansı
“92-93də gəlmişdüz də, gördük də” 90-cı ildə doğulan Gənclər Təşkilatı
Azərbaycan Tüllablar birliyi
Gənclər üçün Rüşvət Mərkəzi
Azərbaycan Gənclərinin Absurdistana İnteqrasiyası İctimai Birliyi
Mübariz İbrahimovun adına açılan saytda qız tutan qaqaşlar təşkilatı
Qarabağın Deşiyini Ermənilərə Verib, Mentalitetin Keşiyini Qoruyan Gənclər Uğrunda Hərəkat
Gənclərin Manqurtlaşması Naminə İctimai Bir­liyi
“Robot” Gənclərin İnkişafı İctimai Birliyi
“Hər gün bir əsgər ölsün, xeyir Səfərə qalsın” Gəncləri Maarifləndirmə İctimai Birliyi
Azərbaycan Diktatura Tələbə Gənclər Təşkilatı
Gənclərin Manqurtlaşmasına və Cahilləşməsinə Dəstək İctimai Birliyi
Azərbaycanda Həqiqət Qoymayıb Bu Həqiqətləri Vedrələrlə Xaricə Daşıyan Gənclər Təşkilatı

Mənbə: Fısqırıq İnformasiya Agentliyi

Bəyanat – Fısqırıq İnformasiya Agentliyi-ndən…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma