Uzaqlardan , uzaqlara…


Gözlərimi yumub oturub düşünmək istədiyin vaxtlar olub əminəm.

Sən bunu edə bilmisən ya yox bilmirəm ancaq ki, bilirəm ki, sənə lazımdır bu.

Sən bəzən özündə olmayanda sevdiklərini incidə bilərsən, anlamamaları normaldır.
Anlayanları uzaqlaşdırmağın da normaldır. Ancaq düzdür ya yox ? Onu dəqiq bilmirəm.

Kiminsə hirsini kimdənsə çıxarmağın da düzdür ya yox onu da bilmirəm.
Sən irəliyə doğru gedirsən, bəlkə arxanda insanlar da var.
Bəlkə insanlar sənin arxanca gəlmir.
İnsanlar sənin ideyan, məqsədinə görə arxanca gəlirlər.
Sən səhradan keçirsən, heçkimin olmadığı səhradan.
Hansı ki o səhrada heç bir təhlükə yoxdur.

Ancaq ki , sən o səhrada təksən.
Sən səhranı tək keçirsən bütün təhlükəsiz yerləri.
Sonradan hansısa meqapolisə çatırsan, orda problemlər, maneələr, qadağalar.
Səhrada sənlə gələn ideyalarını deyirsən özünə, düşünürsən ancaq səsli şəkildə.
Heç kimə ünvanlamırsan ancaq ki, kimlərsə qəbul edir yanında olurlar.
Meqapolisin sonundaki dənizə doğru gedirsən. Sən də ideyalarında.
Sən də ideyalarında dərin dənizdə batmağa məhkumdur.
Hər halda heçkim ölümsüz deyil. Sən uzaqdan gəlmisən ancaq ki, uzaqlara gedirsən.
Dənizin suyunu hiss edəndə arxaya çönürsən və sənlə daha doğrusu ideyanla gələnlərə baxırsan.
Mütləq ki, gələnlər olacaq. Az və yaxud çox. Mütləq ki, olacaq.
Onlar sənin uzaqdan gəlib, uzaqlara getdiyini də anlayırlar artıq.
Ancaq ki, gəlirlər onlar ideyanın da sənin də suda qərq olacağını anlayaraq gəlirlər.
Məhz onlar səni sevirlər vəya ideyanı…
Məhz onlar sənin uzaqlardan gəlib uzaqlara getdiyini anlayırlar.
Ancaq onlar bilmirlər ki, uzaqlardan gəlmək olar ancaq uzaqlara getmək olmaz…

Uzaqlardan , uzaqlara…” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma