Ad günümə öz hədiyyəm


Bir dəfə ad günümə yazı yazmışdım sonra nəsə oldu sildim o yazını. Bu yaxınlarda fikirləşirdim ki, 25 yaşım üçün bir yazı yazmaq olar. Hər halda 25 il az müddət deyil. Uzun müddətdə deyil ama ki…

Punktlaşdıraraq yazmağı düşündüm. Məncə bu maraqlı olar…

Belədə ki, maraqlı özümə oldu bəsdir…

Ən yadımda qalan hadisələr:

1- İndiyədək yadımda qalan hadisələri yığsaq bir yerə 3-4 hadisə var ki, onlar yadımdan çıxmayacaq heç vaxt.

  • Əsgərlikdə hərbi bileti aldığım an hç unudulmaz mənim çünki qərarla “ÇP”-işniklər gec təxris ediləcəkdilər. Ancaq nə oldusa hər hissəni tərk edən ilk adamlardan biri oldum…
  • AFU-nun Qış Kampına seçilmisən məktubu gələndə də sevindiyim anda yaddan çıxmazlardandır.
  • 11mart(2011) ərəfəsində Mehman Hüseynovla çəkdiyimiz videodan sonra axtarışa verilməyim və həmin vaxt  Abbas Atillay, Hajı Hajiyev və Azər Cırtdanın gəlib mənim yanımdan ayrılmamaları.
  • N!DA-nın ilk İdarə Heyəti seçkilərində məni çox az tanıya-tanıya seçmələri də heç yadımdan çıxmayacaq.
  • Vəfa Nağı ilə Oğuza getməyimiz, sonra Şəkini gəzməyimiz falan da bu illərdə olan yaddaşın bir hissəsinə yazılmış hadisədir.
  • AGT-nin son partysində Günel ilə tanışlığımda yadda çıxmayacaq bir hadisədir. Çünki o tanışlıq təsadüfən oldu ki, mən təsadüflərə inanmıram. Hər hadisənin bir məqsədi, səbəbi olduğuna inananlardanam.

2-  Etdiyim səhvlər haqqında da bir az qeydlər eləmək lazımdır. Hansı ki, etdiyim səhv yada düz hərəkətlərin də sonuna dək arxasındayam…

  • İndiyədək elədiyim ən böyük səhv İngiltərəyə məktəb vaxtı getmək imkanım var idi təhsil üçün. Ancaq getmədim. Ölənə qədər yadımdan çıxmayacaq olan səhv hərəkətimdir.
  • Əsgərlikdə içki içməklə komandirin beynini xarab edib özüm özümə həbs verdirdiyim də səhv hərəkətlərimdən biri idi.
  • 250 km Oğuzdan gəlib 11.11.11 Party-sində iştirak etməməyim də səhv idi.

3- Düz hərəkətlərim barəsində bir az yazmaq olar…Hansı ki, çox azdırlar…

  • N!DA-ya qoşulmaq düz hərəkətlərimdən biri olub.
  • 4cü sinifdə məsciddəki Quran kursundansa , ingilis dilini öyrənmək istəyim də mənə görə düzlərdəndir.
  • AFU-ya birinci dəfə gəlməyim indiki vəziyyətə gətirib çıxardan amillərdən olduğuna görə düzdür.
  • N!DA-dan nə zamansa ayrılmağımda düz qərar olacaq…

4- Tanıdığım insanlar hansı ki onlar mənim üçün dəyərli və qiymətlidirlər. Bu insanlar aramızda gələcəkdə hansısa problem olsa da unudulmayacaqlar…

  • Zaur Qurbanlı – böyük qardaşım qədər çox istəyirəm xətrini nə olsun ki, depresiyyaya düşəndə birinci məni söyür…)))
  • Məhəmməd İlyasoğlu – tək tük inandığım insanlardan, dostlardan biridir. Onun üçün hər şey edərəm nə olsun ki o hərdən məni səhv anlayır, yaşı azdır sonralar anlayar…
  • Ali Novruzov – mənim bu gün blogging, yeni mediada nə öyrənmişəmsə Əlinin məsləhətləri əsasında olub…
  • Ali Resh – Qısaca onun kimi bir dostum, tanışım olduğuma özümü çox xoşbəxt hiss edirəm.
  • Pərviz (Pablo) Mamedoff – uzun müddətdir dostluğumuz var, yeganə adamdır ki, mənim beynimi oxuya bilir. Hər zaman yanımda olmasını istədiyim tək tük adamlardan biridir…
  • Samir Əsədli – onun haqqında heçnə yazmaq lazım deyil. Tolerant insan axtarırsansa ünvanı Xətai metrosunun yanında, VHP nin ofisi, 4 cü mərtəbə, qapısında təşkilati işlər yazılan otaqdır…
  • Aygün Aygül, Nazlı Pəncəliyevalar – mart ayında 1 il olacaq tanışlığımızın, cəsarəti, savadı qoyuram qıraqa , müharibəyə gedəsi insanlardır, çox yaxşı dostlardır. Xətirlərini çox istəyirəm. Aygül tez tez məndən incisə də…
  • Günel – son zamanlarda tanış olduğuma sevindiyim insanlardandır. Onu çox sevdiyimi rahat şəkildə çəkinmədən deyə bilirəm. O yanımda olanda bütün problemlər zadları yaddan çıxarıram. Bloqumdan və yazımın bu hissəsindən bildirirəm ki, istədiyi vaxt gedib anasından alajam onu… Heçnə təsadüf olmur, hər nə olursa hər şey yaxşılığa doğru olur. Qısası da odur ki , çox istəyirəm onu… Özü də bilir…)
  • Zemfira – indiyədək mənə çox hədiyyə verilib amma Zemanın verdiyi bir tablo var ki, evdə qapıdan girən kimi divara vurulub. O tabloya baxanda Zemka yadıma düşür. Gülüb keçirəm kompun qabağına…
  • Aygün Hasan Alvend və Nərmin Babanlı – Hər ikisinin xətrini çox istəyirəm,  Aygün üçün söz vermişəm Aristokrat insanlar yazısını yazacağam. Aygün amma xahişimi yerə saldı qar topuya apardı…  Nərmin Babanlı isə ilk dəfə sifarişli yazını onun üçün yazmışam. Yəni 6 fevralda yazdığım və notes paylaşdığı yazının müəllifi odur. Nərminə çox təşəkkür edirəm sevdiyim insanı onun yanında görmüşəm və çox istəyirəm onu da…
5- Xoşuma gəlməyən insanlar. Qeyd edim  ki , subyektiv fikrimdir.  Kimin xətrinə dəysə üzrlü saysın.
  • Rauf Mərdıyev – bu adamdan heç xoşum gəlmir. Bəlkə də ağıllı bir insandır ancaq hakimiyyətə yaltaqlanmasından heç xoşum gəlmir. Ancaq çox saq olsun ki, Tvitterdə cavab verdi…)
  • Ramin Hacılı – onunla bir məkanda olanda çox sıxılıram. Nəsə xoşum gəlmir ondan. Bəlkə yaxşı tanımıram ondandır.
  • Faiq bəy (VHP) – Bu kişidən sözün əsl mənasında zəhləm gedir. Moderator ola bilmir, sözün əsl mənasında tamadadır…
  • Əli Dayı – əvvəllər tez tez gedirdim məkanına ancaq suya pivə qatandan və hesab çox gələndən getmirəm ora …

Hər halda biraz da uzada bilərdim yazını sadəcə böyük bir ehtiyac görmədim. Bu mənim özümə verdiyim ad günü hədiyyəsidir.

Etibar Salmanlı (Etibarlı)

Ad günümə öz hədiyyəm” üçün 9 cavab

  1. Təbrik edirəm.arada kimnən nəsə eşidirsən və ya nəsə məndə görüb sifət eliyirsən səbəbini də demirsən 🙂 amma buna baxmayaraq səni çox istiyirəm.Öpeyrəm 🙂

Nicat Quluzadə üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma