Taksi sürücülərinin “Pirr qələbəsi”


Eurovision 2012- nin Bakıda keçiriləcək olması paytaxtımızda bəzi dəyişiklərlə yadda qalır. Şəhərdə gedən tikinti, söküntü, abadlaşdırma işlərinin daha da sürətlənməsi bunun sübutudur. Hotellerin sayı artırılır, yarım qalmış tikintilər sürətli şəkildə tamamlandırılmağa çalışılır. Yollara yenidən asfalt örtüyü çəkilir. Hətta taksilər də dəyişdirilir.

Taksilərdən söz düşmüşkən keçən il prezidentin qərarı ilə Bakıya London taksiləri gətirildi. Nisbətən güzəştlər verildi bu taksilərə. İlk olaraq xəbərlər gəlirdi ki, taksilər ucuz olacaq, komfortlu olacaq, daxildə wi-fi və s. olacaq. Sonralar bu taksilərin heç də deyilən miflərə düz gəlmədiyi açıq aşkar görünməyə başladı. Mətbuatda hətta taksilərin keyfiyyət baxımından çox zəif olması, tamamilə yığışdırılacağı barədə məlumatlar da yazıldı.

Ancaq olmadı…

Nəqliyyat Nazirliyi ilin əvvəlində verdiyi bir qərarla London taksilərinə daha da böyük güzəştlər verməyi planlaşdırdı. Köhnə sovet maşınlarının taksi kimi

“xalqa” xidmət edə bilməyəcəyi xəbəri paytaxtdakı bir çox sürücünü hiddətləndirməyə bəs etdi. Qərarda əsasən köhnə buraxılış illi və rəngi ağ olmayan maşınların nəqliyyat inspektorları tərəfindən yığışdırılacağı da deyildi.

Yanvar ayının 13-də taksi sürücüləri ilk olaraq Neftçilər metrosunun ətrafında yolu bağlayaraq aksiya etdilər. Onların bu addımı polis tərəfindən ciddi narazılıqla qarşılandı və aksiya iştirakçıları zor gücünə ərazidən dağıdıldılar. Polislər qısa müddətdə aksiyanın qarşısını aldılar və yolu açdılar.

Taksi sürücüləri “Biz çörək, iş istəyirik” tələbi ilə ardıcıl aksiyalar etdilər. Sonradan Xətai metrosu ətrafında və Nəqliyyat Nazirliyinin qarşısında aksiyalar keçirildi. Sürücülərin bu ardıcıl piketləri, polis qarşısına çıxmaları  və gənclərində onlara dəstək verməsi son aksiyanın daha amasızcasına dağıdılmasına, bir neçə taksi sürücüsünün və Dalğa G.H-ın üzvü Qurban Məmmədovun 5 sutka həbs olunmasına gətirib çıxardı.

Ardıcıl aksiyalardan sonra Nəqliyyat Nazirliyi nisbətən yumşaldıcı qərar verərək buraxılış ilinə aid məsələni aradan götürüb. Ancaq rəng məsələsi haqqında olan qərar isə dəyişdirilmədən saxlanılıb.

Taksi sürücülərinin bu qələbəsini mən “Pir qələbəsinə” bənzədirəm. Qeyri bərabər döyüşdə qazanılmış bir qələbə kimi. Bu qələbə əslində, çox şey deyil. Ancaq inanıram ki, insanların daxilində ki, qorxunu azda olsa aparıb…

Etibar Salmanlı

Mənbə : Azadmekan.org

Taksi sürücülərinin “Pirr qələbəsi”” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma