Analoqu olmayan Kiber hücum…


Analoqu olmayan Kiber hücum…

Yanvarın 16sı Azərbaycan sosial şəbəkələrində bir xəbər xususi trendə çevrilmişdi.

Ölkənin “Azad Mediası” yəni sosial şəbəkələrində bir çox dövlət saytlarının xaker hücumuna məruz qaldığı xəbərləri yayılırdı. Günün ilk saatlarında 10dan çox saytın artıq sıradan çıxarıldığı xəbəri öz təsdiqini tapdı. 

Günün ortalarında isə artıq president.az saytı da  hücümdan öz nəsibini aldı. 2 saat müddətinə çalışmayan saytı “back up” edərək işlək vəziyyətə gətirə bildilər ancaq. O günün yeganə işləyən saytı idi president.az . Ölkənin prezidentinin saytını belə qoruya bilməmişdi texniki “ordumuz” .

Günün sonlarınadək 25dən çox rəsmi sayt dağıdıldı. Bəzilərinə əl gəzdirilsə də, bir çoxunun problemləri həll edilə bilmədi.

Bu halda bir çox sual meydana çıxır. Ölkənin internet üzrə başbilənləri hara baxır? Son zamanlar ölkəyə olan kiber hücumlardan xəbərləri yoxdur mu? Nəyə görə dövlət saytları qorunmur? Niyə ölkə prezidentinin rəsmi saytı hansısa kiber ordu tərəfindən dağıdılır? Üzərində çox düşünüləsi suallardır.

Yanvarın 21-i Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov mətbuata açıqlama verərək bildirib ki : Kiber hücüm İran üzərindən olub. Bır sıra inkişaf etmiş ölkələrdə rast gəlinir bu tip hücümlara. Ardıyca bildirib ki, İranın 35, Ermənistanın isə 315 saytına müdaxilələr olub. Lazım gələrsə İrana yardım əlini də uzatmağı qeyd etməyi yaddan çıxarmayıb cənab nazir. Sonda isə dövlət saytları yaradarkən onlara sertifikatların tətbiqinə başlanması kimi fikirlərinin də olduğunu bildirib.

( Bir məsələni qeyd edim ki, İranın Azərbaycandakı səfiri hücümun İran üzərindən olmasını qəbul etmir. )

Nazirin fikirlərində ciddi təzadlı məsələlər var. İnkişaf etmiş ölkələr deyir cümlələrinin ilkində. Sonra isə  Azərbaycanı, İranı. Ermənistanı nəzərdə tutaraq son günlər bır sıra saytların dağıdıldığından bəhs edir. İran üzərindən hucumun tranzit məqsədi ilə olduğunu da qeyd edir.

Müsahibəsinin ortalarında bildirir ki, İrana hücüm olub və 35 saytı dağıdılıb. ( Qeyd edim ki, dövlət orqanları bizim 25 saytımızın xaker hücumuna məruz qaldığını bildiriblər. ) Nazir lazım gələrsə İrana yardım əllərini uzatmağa hazır olduqlarını da bildirir. Hansı yardımdan söhbət gedir anlaşılmazdır. Ölkənin demək olar ki, bütün rəsmi saytları dağıdılıb, qarşısını ala bilməyiblər ancaq yardım edirlər digər hansısa ölkəyə. Ölkənin e-aləmdə imic məsələsi olan prezidentinin saytı belə qoruna bilməyib ancaq biz kimlərəsə yardım etmək istəyirik. Bu məsələ mənim yadıma Bakının kəndlərinə qaz verilməməsi ancaq Gürcüstana qaz satılması praktikasını da saldı.

Sonda bu məsələ ilə bağlı öz fikrimi deyim ki, ölkənin internet başbilənləri son zamanlar başlarını yaman şəkildə Facebooku, Tvitteri, Gmaili nəzarətə almaq kimi boş və əsassız fikirlərlə yorurlar. Bütün dövlət saytlarını bir serverdən qorumaq kimi axmaq fikri görəsən hansı “ağıllı” verib?! Mən bircə onu düşünürəm, bircə onu bilirəm ki, kiber hücumdan sonra saysız sayda material, yazışmalar bilmədiyimiz şəxslərin əlindədir. Wikileaks-də yeni materiallarımız çıxsa heç təəcüblənməyəcəyəm.

Və ən çox da bir məsələyə gülürəm ki, President.az saytına bir çox vətəndaşlarımız öz şikayətlərini öz problemlərini yollayırdılar. Və o sayt da dağıdılmışdı. İndi hətta bir çox problemlərimiz də kimlərinsə əllərindədir.

Analoqu olmayan inkişafın analoqu olmayan problemlərindən sadəcə biridir bu…

 

Etibar Salmanlı (Etibarlı)

 

Mənbə : Azadmekan.org

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma