Ad Check…


Etiraflardan sonra bir çox ideya təklifləri var idi yazmaq üçün! Rasim Əxlaqsız AD Çəkəy dedi və təklif qəbul edildi. Sözün düzü inanmıram ki, Etiraflar kimi səs küyə səbəb olsun. Amma, ancaq, lakin…

İlk olaraq adımı çəkənlərə qısa cavab vermək istərdim. 

Birinci Rasim-in özünə cavab verək :

Tənqidlərin əsası o idi ki, təşkilatımı şit şəkildə reklam edirəm. Sonra blogging fəaliyyətim xoşuna gəlmir. 3cüsü əks cinsə qarşı olan türkün sözü tutumum da xoşuna gəlmir. 

Təşkilat baxımından heçkimə cavab vermirəm tənqidlərə, ona görə ki, biz öz işimizlə çoxuna örnəyik. Elə Rasimin özünə də. Blogging fəaliyyətim xoşuna gəlmir inan heç maraqlı da deyil. Mən beləyəm oxunuş sayında bloquma çatanda söhbət edərik. Əks cins məsələsi də ki, boş, rezin güllə misalini verdi mənə. Bloq yazısının altında da yazmışdim ki, Rasim tənqidlərinin heçbirində səmimi deyil. Yalandan söz tullayıb öz aləmində.

Rasim yadıma gəlir mən BDU həyətinda sorğu edəndə mənim Etibarlı Bloqun yazarı olduğunu sənə deyəndə necə sevinmişdim. İndi durub mənə nağıl danışırsan. İçki də içə bilmirsən yanımda içkidən çox danışıb hərəkətini itirəni mən maksimum skameykada qoyub, gedirəm…Bu qədər bəsdir Rasim Orospu)))

2- Kənan Grandiose-də məni öz ad çəkilişində qeyd edib.

brat,Kulis.az da yazırsan,blogda yazırsan,statusda yazırsan heç olmasa inboxda “bağışlayıram”,”xatırlayıram”,”adamdır”(sözlər simvolikdi) və s. tipli yazmada. 🙂

Bu çox adi tənqidi sözlərdir. Bunu mənim özümə Kənan dəfələrlə deyib, yola vermişəm gedib…)))

Kənandırda onun haqqında elədə bir şey yazmaq istəmirəm. Sonra xətrinə falan deyir. Gedib intihar zad edər. Düşərik zibilə. Hərdən elə əsəbləşirəm ona ki, heç salam da vermək istəmirəm. Ancaq sonra verirəm ona salam… Dedikləri ilə elədikləri üst-üstə düşdüyü gün daha inkişaf edəcək. İnkişafın pik nöqtəsinə çıxacaq. İndi aralarda veyillənir…

3- Elgün İbrahimlidə məni yaddan çıxarmayıb çox saq olsun.

Vaxtilə qıcıq olduğum adamlar siyahısında liderlərdən olsada gün keçdikcə sevməyə başlayıram 🙂

Məni sevmək üçün tanımaq lazımdır.

Elgün üçün deyə bilərəm ki, ala bəsdir depressiya zad. Qutar bu komediyanı. Lomkaya düşəndə yarım litr araq iç otur yazı yaz. Adama yaxşı təsir edir.

Ali Resh – Rəşadla çox yerdə olmuşuq. Onun yanında olanda əminliklə deyə bilərəm ki, darıxmaq deyilən zad yoxdur. Çox maraqlı söhbətləri var. Video bloggingdə çox şeyi ondan öyrənmişəm və hələ də davam edirəm öyrənməyə. Əjdaha yemək bişirməyi var…

Turxan Qarışqa – Yaxın qohumumdur. Bugün burdayamsa onun mənim beynimi xarab edib bu sektora gətirməsinin nəticəsidir.

Haji Hajiyev – Ona çox hörmət edirəm, elədikləri ilə çoxunun örnək götürəsi insandır.

Cabbar Savalanlı – Həbsdə olduğu zaman çox oyundan çıxırdıq Cabbar üçün. Ancaq indi iradım var ki, tam bir qəhrəman havasındadır. Olmaz belə…)

Eynulla Fətullayev – Həbsdə olarkən tvitter aksiyalarında tvitteri dağıdırdıq. Ancaq o azadlıqda olanda Cabbar, Əhəd, Tural üçün elədiyimiz virtual aksiyalara dəstək vermədi. Fransada hansısa bir olaya öz aləmində münasibət bildirdi.

Aqşin Yenisey – Son zamanlarda tanıdığım insanlar içində ən səmimisi. Çox xoşbəxt biri sayıram özümü onu tanıdığım üçün.

Cəlil Cavanşir – İlk dəfə onunla Oğuzda Qaynama restoranında  oturub yeyib, içmişik. O qonaqlıqda məni o qədər təriflədi özüm özümə şübhəm yarandı. Hal-hazırda da tez tez görüşürük. Səmimi insanlardan biridir.

Kənan Qasımlı – onun üçün heç atası bu qədər ad günü keçirmir mən keçirirəm ancaq. Son zamanlar maddi durumumuz pis olduqundan adgünləri keçirilmir ancaq ürəyini sıxmasın.

Elvin Elxan – özünün dediyinə görə mənim kadrımdır ictimai sektorda. Son zamanlar bloq yazmağa başlaması ilə məni çox sevindirdi!

Məncə bu qədər bəsdir. Kimi qeyd etməmişəmsə üzrlü saysın!

Öpürəm, qucaqlayıram hamını.

Etibar Salmanlı (Etibarlı)

Ad Check…” üçün bir cavab

  1. Bu 🙂 Postda kimisə kobud şəkildə yıxıb-sürümək lazım deyil. Digərlərinin yazılarını oxudum, bir-birilərinin bütün zibil işlərini açıb-töküblər. Kim nə istəsə, edir, bunun heç kimə dəxli yoxdur. Mən belə düşünürəm. və bu səmimi yazı üçün təşəkkürümü bildirirəm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma