Vətənpərvərliyin siması: İlqar Mikayıloğlu


Vətənpərvərlik yalnız döyüşməklə məhdudlaşırsa onda tankdan,topdan,atom bombasından vətənpərvəri yoxdu.

Səhər-səhər yuyulmamış ağızdan gələn iy kimi evlərə dolub iylənən veriliş günəbaxan və onun aparıcısı İlqar Mikayıloğlunun haqqını vermək vaxtdı çatıb.İlqar Mikayıloğlu ixtisasca inşaat mühəndisidir. Sovet ordusunda xüsusi təyinatlı briqadada xidmət edib.Qarabağdakı hərbi əməliyyatlarda iştirak edib.Tez-tezdə Qarabağ deyib döyüşə səsləyir xalqı, Cəsarət tələb edir.Amma efirdə prezidentə ünvanlanan çağırışdan qorxub dolaşığa düşür.Belə olanda kiçik bir sual çıxır ortaya.Aparıcısı olduğu verilişdə taksi sürücüsünün prezidentə müraciət etməsindən qorxub rəngini udan adam hansı cəsarətlə müharibə,savaş haqqında danışır?

Siz buna inanırsız?Efiri itirməkdən qorxub xalqının əzilən nümayəndəsinin səsini boğan adam müharibə meydanında canı üçün nələr edə bilməz təsəvvür edirsiz?İlqar bəy müharibədə dediyi qədər yaxşı iştirak etsəydi şəhid olub qəhrəman adı alardı, nəinki bu gün sözünün qabağına söz deyən hər kəsə axı mən niyə Qarabağa gedib döyüşürdümki deyə minnət qoyur.Döyüşmüsünüz gəlin çıxın boynumuza.O müharibəni mən də görmüşəm. 5 yaşımda güllələrinin müşaiyəti ,ölüm riski altında güclə həyatımızı xilas ediblər.18 il vaqon və yataqxanada sizin müharibədə belə görmədiyiniz bərbad şəraitdə yaşamışam.İndi gəlim oturum sizin boynunuzda?Yaxşıkı siz əlil flan olmayıbsız yoxsa xalqdan vergi tələb edərdiniz şəxsi büdcənizə. Mən bilmirəm müharibənin insana bu qədər haqq qazandırmağı olur?Ölkədə 4,5 debil,ağıldan əziyyət çəkən adam var onlardan və bir də adını yaza bilməyən texnikom tələbələrindən özünə kontingent düzəldib ağzına gələni danışmaq üçün adam nə qədər rahat olmalıdır?Məncə İlqar bəy üçün ən yaxşısı futbol şərhçiliyinə qayıtmaqdı.Ən azı orda böyük mövzulara girişib rüsvay olmaq kimi məcburiyyəti olmaz.Futbol şərh edər,meydança otundan,topdan,futbolcu corabından doyunca danışar ondan o tərəfə keçməz, uzun sözün qısası səmimi söhbət alınar.Hər halda onun yaxşı futbol həvəskarı kimi futbol şərh etməyi inşaat mühəndisi kimi içtimai siyası veriliş aparmağından daha məqsədə uyğundu.Başqa variantda odurki indi hər yerdə yenidənqurma işləri gedir Maşallah imkan da var.Bütün ölkə onun üçün iş yeridir.İnşaat mühəndisi kimi niyə öz yerini tutmasınki ?

Müəllif : Martin İden

Vətənpərvərliyin siması: İlqar Mikayıloğlu” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma