Özünə görə hamı…(Diqqət incidəcək!)


Bu son günlərin problemi deyil.

Bu problem heç dünən də yaranmayıb.

Bu problem Azərbaycanda adamlar özlərini tanıdıqları müddətcə var olub olacaq da. Ani sual verərsiz ki, bəs başqa yerlərdə adamlar özlərini tanımırlar ki? Cavab hazırdır, yox başqa yerlərdə də hamı özünü tanıyır sadəcə səmimiyyət məsələsinə görə onlarda bizdə olan kimi probləmlər yaranmır.

Bizdə hamı özünə görə “dahidir”, “peşəkar tənqidçidir” , “analoqsuz  jurnalistdir” , “tərifsiz insandır” , “qiymətsiz adamdır” , “yaxşı oğlandır”, “halal süd əmmiş qızdır”  vəs…

Burda yazdığım “qruplaşmış” bəzi insanlar haqqında yazmaq istəyirəm. Kimin xoşuna gəlmədisə getsin şəhərdə bir tur vurub gəlsin…

Sonra söhbət edərik…

“Dahilər” əsasən heçnəyi heçkimi bəyənməyən insanlara deyilir Azərbaycanda , işlərin iki adı var. Birincisi ancaq danışırlar, heç bir iş görmədən danışırlar. İkincisini isə aşağıdakı punktda yazacağam. Danışırlar ki əsəbiləşib onlara leksikondakı bir iki “gözəl” sözü həsr edəsən. Belələrini əsasən Facebookda rahat görmək, tapmaq olur.

“Peşəkar tənqidçilər” Dahilərin bir qolunu təmsil edir desəm məncə yanılmaram. Bunlar dahilik mərtəbələrinə olan pilləkanları 2-2 , 3-3 çıxanlardır. Bunlar heçnə bəyənmirlər, arada bir nəisə iş görürlər. Onlar üçün ən yaxşı iş öz gördükləridir. G_tüvü ortalıqa, növbəyə qoyub çıxsan Himalaya deyəcək ki, mən daha yaxşı çıxa bilərdim. Yada yaxşı yumamısan g_tünü… Belə

Son zamanlar fikir verirəm “yaxşı oğlan” bolluqu yaranıb “bizim tərəflərdə”. Hər işin  ən yaxşısını özlərinin gördüklərini qeyd edirlər. Görməyəndə yada görə bilməyəndə  isə deyirlər ki, biz edə bilmirik buyurun siz edin. Adama deyərlər ki, bizim sizinlə işimiz var ki ? Demokratiya istəyənlər sağlam təndiqə dözə bilməyib, Facebook statuslarına, bloqlarına sarılırlar.

Hansı ki, istifadəsini bizdən öyrəniblər.

Hansı ki, yeni medianın istifadəsinə görə bizə durmadan əl çalıblar.

Nəisə…

“Yaxşı oğlanlar” məsələsinin ikinci isə lazımlı mövzuları qoyub əhəmiyyət dərəcəsi çox aşağı olan məsələləri iş qrafikimizə salmaq istəyirlər. Bəzi hallarda bacarırlar da. Əhəmiyyətsiz işlərlə masturbasiya etmək kimi xobbiləri var…

Buna da bir quş…

“Yaxşı oğlanlar”-ın üçüncü məsələsi isə özləri nə istəsələr edə bilərlər ancaq bunlara qarşı bir dənə adi hərəkət olsa (istər səhv, istər düz) az qalır ki, BMT-yə müraciət eləyib desinlər ki, bizə qarşı soyqırım olub, şeyimizi sındırıb veriblər ya əlimizə yada ki, ağzımıza…

İctimai sektora “dediler AM var geldik” prinsipinə (yalanına) inanaraq gələn insanları da “yaxşı oğlanlar” siyahısına əlavə edirəm.  Onlar da məqsədsiz olaraq gəlib sonradan beyin xarab eləməkləri ilə bu siyahıya düşməyə haqq qazanırlar…

Nəisə…

“Analoqsuz  jurnalistdir” , “Tərifsiz insandır” , “Qiymətsiz adamdır” ,  “halal süd əmmiş qızdır”  punktlarına isə gələn görüşlərimizdə toxunarıq…

Bloq yazısı uzun olduqca oxuyucu azalır nəzərinizə çatdırım…

PS. Bu bloq yazısından sonra inanıram ki, təhqiramiz şərhlər almaram…)))

Birdən soruşsaz ki, soruşsaz ki, Etibar bəs sən hansı sıraya aid edirsən özünü? Cavab verəcəyəm ki, xətrini istədiyim bir dostum həmişə deyir ki, Etibar sənə xiyar demək istəyirəm ancaq ki, xiyara və xiyarlara hörmətsizlik eləmək istəmirəm… )))

Bəzən çox istədiyin bəzi şeylərdən, kəslərdən, istədiklərindən hətta həyat idealından da xətrini “çox” istədiyin dost, tanış, rəis, brat nə bilim kim üçünsə vaz keçməyi bacarmalısan… (Mövzudan kənar

Etibar Salmanlı (Etibarlı)

Özünə görə hamı…(Diqqət incidəcək!)” üçün 12 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma