Mənim fikrimcə…


Hər zaman bir fikri dəstəkləmişəm ki, insan gərək elə həyat yaşasın ki, gizlədəsi heçnəyi olmasın.

Hər zaman bacardığı işdən boynunu kənara çəkməsin. Çünki çox yaxşı bacardığı hansısa işdə kiminsə kömək xahişindən imtina eləsə nə zamansa hansısa problemlə heç qarşılaşmasa da gecə yatanda özünə hesabat verəndə düşüncələr rahatlıq verməyəcək.

Çalışıb hər zaman istəmişəm ki, edə bildiyim işlər olanda hər kəsə yardım əlimi uzadım.

Vaxt olsa da, olmasa da edilən xahişlərin yerinə yetirilməsi mənim üçün priotet mövzulardan birincisidir.

Bundan əlavə olaraq mənim fikrimcə güzəştə getmək dostlar, tanışlar üçün vacibiyyətdir.

Bir dəfə dostum zəng edib görüşmək istədiyini dedi.

Bu o zamanlar idi ki, ciddi bir şəxsi problemdən sonra hər şeydən imtina edib uzaqlara getmək istəyirdim.

Məsələ belə olmuşdu ki, ardıcıl olaraq uğurlu işlər, lahiyələrdən sonra ətraf get gedə böyüyürdü. Ətrafda yeni tanışlar heç bir zaman olmayan qədər çox idi. Sadəcə əsas məsələ o idi ki, ortalıqda hər şeyin olduğu zamanında insanın səmimiyyəti tapa bilməməsi bir az inamsızlığa gedən yolda addımları sürətləndirir.

Sən hər kəsə yaxşılıq edirsən, ən azından var gücünlə çalışırsan ancaq sənin bir işin bir az çətinə düşəndə hərkəsdən biri də olsun öz egosunu qırağa qoyub yardıma yanaşmır.

Nəisə…

Hərkəsin yaxşılıq istədiyi zamanda yalnız öz xeyrini güdməsi kimi fikirlər də fikrimcə lazımsız  xasiyyətlərdən birincisidir vəya birincilərindəndir.

Dostumla üzbəüz oturub bu fikirlərimlə bağlı söhbət edirdik. Çox qəribədir ki, məhz o da mənlə bu mövzulardan danışmaq istədiyini bildirdi. Onun kim olması haqqında bir söz demək elədə vacib deyil. Sadəcə hər zaman oturub çox müzakirələr etmişik. Və müzakirələrimiz çox zaman düzgün bir nəticə ilə nəticələnib.

Onun hər zaman dediyi bir fikir var. Bilmirəm mənə deyir yoxsa ümumi olaraq.

Hər kəsi özün kimi bilmə. Sənin fikirlərin, düşüncələrin səni fərqli edir hər zaman.

Əslinə baxanda düz də deyir. Həmişə hərkəsi özümüz kimi bilmək bəzən bizim özümüzə sonda problem yaradır. Hərkəsdən ən azından özümüz qədər səmimiyyət gözləmək bəzi hallarda nəticə olaraq bumeranq effekti verir. Oturub düşünəndə ki, niyə kefimiz yoxdur, niyə hər zaman istədiyimiz olmur mən belə bir nəticəyə gəlirəm ki, dostum doğru deyir. Yaxşılıq edib əksini görəndə kefin pozulması hətta depressiyaya düşmək də rahat şəkildə mümkündür.

Sırf ondandır hamını özümüz kimi görməmək məncə ən düzgünüdür…

Mənim fikrimcə…

Mənim fikrimcə…” üçün 10 cavab

  1. Mənim də itirdiyim dostlarım məhz bu səbəbdən itirdiklərimdir.İstəmişəm hər şey qarşılıqlı olsun. Amma olmayanda da qırmışam. sonradan peşşman olsam da nəticə ancaq gələn dəfə bir də belə etməmək oldu… Yazıya görə təşəkkürlər. Superdi

  2. “Sən hər kəsə yaxşılıq edirsən, ən azından var gücünlə çalışırsan ancaq sənin bir işin bir az çətinə düşəndə hərkəsdən biri də olsun öz egosunu qırağa qoyub yardıma yanaşmır.”
    Məndə həmişə belə olur… Buna görə də heç kimin yaxşılığına çalışmamağa qərar vermişəm artıq.

  3. Hər kəsi özün kimi bilmə. Sənin fikirlərin, düşüncələrin səni fərqli edir hər zaman.
    Çox toxundu cümlə bir balaca düşünəndə həqiqətən də belə olduğunu görmək olar.
    Təşəkkürlər fikirlərini bizlər ilə paylaşdığın üçün.

Nicat Niko Umuyev üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma