Avtobuslarda Xala Problemi… (AXP)


Yeni il girəndən sosial mövzularda bloqumda yazı yazmağa vaxt olmurdu. Ancaq qərara aldım ki, avtobuslardan, ordakı vəziyyətdən biraz yazım.

Facebookda ən çox avtobuslardan status yazmağı xoşlayıram. Mövzu avtobuslarda maraqlı olur. Özüdə çox maraqlı olur.

Ən çox yazanlardan biri mənəm biri isə Pünhan İmamlı

Yəqin ki, o da bu mövzuda bir yazı yazacaq vaxtı olanda bloqunda…

Belə bir xasiyyətim var ki, avtobusa boş olanda daxil oluram, bir yer seçib otururam. Əgər adam çoxdursa gözləyirəm digərini gecikməni gözə alaraq.

Avtobuslarda ciddi şəkildə “xala problemi” var. Gəlib dayanırlar düz başının üstündə. Başlayırlar gəncliyin qlobal problemlərindən danışmaqa. Gənclərimiz  Avropanın ancaq pis nümünələrini götürdüyünü, mentalitetimizi dağıtdıqlarını, böyüyə hörmət etmədiklərini özlərinin ciddi arqumentləri ilə beyinə yeritməyə başlayırlar.

Avtobusda vəya metroda yer verməmək kimi bir xasiyyətim var. Oturdumsa ya telefonumla facebooka daxil oluram. Yada ki, cibimdə hər zaman bir kitab olur oxumaqa.  Ya deyirlər ki, buna bax biz burda “turbadan sallanmışıq” bu isə telefonla “iqra” oynayır. Yada ki, deyirlər ki,  oxuyub alim olacaq, kitab oxuyur…

Mən də baxıb üzünə gülürəm. Elə bilirlər ki, durub yer verəcəyəm ancaq xəyallarını puç edərək durmuram.

Avtobusda xala, yer problemi haqqında mən özüm iki balaca şeir fason bir şey yazmışam. Düzdür Aqşin Yeniseyin şeirinə çata bilmərəm. Ama ki, arada təb gəlirdə. Avtobusda lap çox gəlir… 😛

Öz yazdığım iki şeir fason zadı da, Aqşinin yazdığını da paylaşıram…

Mənim birinci şeir fasonum :

Kədərli baxışlarla süzmə,

Avtobusda məni ay xala…

Onsuzda durub sənə yer verən deyiləm...

Buda ikinci şeir fasonum :

Avtobusdan düşəsən,

Ayaqqabını tapdalasın gözəl bir qadın…

Sən də baxıb üzr istəyəsən…

Bu isə Aqşin Yeniseyin şeiri…Düzdür Aqşin Avtobusdan yox vaqondan yazıb. Ancaq nə fərqi var nəqliyyatdır ikisi də … 

Çıxıb gedəsən,sonuncu vaqonda
boş ee…bomboş olasan
birdən durub yerini verəsən
gözəl bir qadına, qadın otura və deyə:
– verin, əllərinizi saxlayım…

Bu qədər… Hələlik ancaq…

Bir dəfədə Avtobus metrolarda olan reklamlardan yazacağam…

Foto Facebookdakı HamamTimes səhifəsindən götürülmüşdür!

Etibar Salmanlı (Etibarlı)

Avtobuslarda Xala Problemi… (AXP)” üçün 9 cavab

  1. keçən dəfə bir “xala” demirəm, yaşlı xanım (rusdilli) ayaqda qalmışdı. qalxdım ki, yer verməyə. dedi ki, ” qızım, sən otur ee. mən qaçışa gedirəm”. 🙂

    məncə, bu yer vermək elə də böyük problemə çevrilməməlidir. elə yaşda tək xanım yox, bəylər də var ki, yer vermək borcun deyil, vicdan və insaf məsələsidir.

    Və bir də sən deyən xalalar var ki, görürsən ki, irəlidə 3-4 oturacaq boşdur. məhz gəlib sənin başının üstünü kəsdirib deyir ki, ” bala, otura bilmirəm eee qabaqda, dur burda əyləşim” və s.

  2. Bir dəfə başıma gəlib. Avtobus boşuydu kecdim qabag yerlərdən birində oturdum. Daldakı oturacag boş idi. Bir xala gəlib başımın üstündə durub dedi ki camaatda hörmət qalmıyıb ay bala dur oturum da. Bir dəfə də təkər üstündə oturmuşdum bir kişi gəldi, mən də bir astanovka sora düşəcəydim durdum ki otursun düşəndə narahat eləmiyim. Baxdı baxdı dedi ki mən sənin üçün uşag zad deyiləm özün keç otur təkərin üstündə. Gör camaatın başı necə işdiyire

Nijat Guluzade üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma