Mənasız…


Səhər durursan yuxudan özünü lənətləyərək.

Səhər durursan yuxudan Tanrının səni unutduğu reallığı ilə barışaraq.

Səhər durursan yuxudan hər şeyi yenidən başlamaq kimi bir dərd ilə.

Əslinə qalanda durmaq heç istəmirsən sadəcə fizioloji bir aktdir yuxudan durmaq və yaxud yatmaq.

Gedib əl-üzünü yuyursan. Əslində bunları da istəyərək etmirsən.

Beyinə əmr verə bilmirsən ki, eləmə bunları. Lazım deyil.

Beyin ancaq bədənə əmr verərək hər zamankı vərdişləri təkrarladır…

Hər səhər yuxudan duran kimi bir siqaret yandırıb çəkirsən. Ziyanını ikiqat etmək üçün.

Gün ərzində gördüyün hər iş belə istəyərək olmur. Bütün işləri nələrisə düşünərək görürsən.

Gördüyün hər iş müsbət balansına əlavə edilir.

Hamı səni yox gördüyün işləri tərifləyir. Arada səni də tərifləyən olur.

Sən yığdığın müsbət balansı əsəbləşib heçnədən sənin xətrini istəyənlərin qəlbini qırırsan.

Sonra üzr də istəyə bilmirsən utandığından.

Utanırsan ki, səbəbsiz olaraq kiminsə xətrinə dəymisən.

Çatdırılma ünvanı özün olan əsəbi başqasına çatdırmısan.

Utanırsan ki, badəndə ki içkilər nə tez bitir.

Utanırsan ki, böyük əksəriyyət içki içib əhvalını yüksəldir, sən isə içib daha da hüzünlü olursan.

Utanırsan ki, dostlar sənin üçün narahat olurlar.

Ancaq anlada bilmirsən ki, problemlərin həllini tapmaq üçün çalışırsan…

Nəisə evə hərzamankı gəlişindən tez gəlirsən.

Evdəkilərin üzünə baxırsan, kitabını götürüb yerində uzanırsan…

Gözlərin yorulanda isə yatırsan səhər durmamaq istəyi ilə.

Ancaq yadına düşür ki, Tanrı da unudub axı səni…

Mənasız…” üçün 4 cavab

  1. Bu yazida reng olmadigi ucun menasizdi,birde kimdense ozunu ustun gormek hiss qatilib yaziya,bunu qeyd etmesem shekerim qalxar..” Səhər durursan yuxudan Tanrının səni unutduğu reallığı ilə barışaraq.” bununla ne demek istediyini bilmirem,ama menasizdi,tebrik edirem,yaziya Menasiz adi verdiyine gore,,,( oO)

Etibarli üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma