Rüfətə həsr edirəm!


Mənim üçün dost, tanış, qardaş, ailə, “canbrat” anlayışı yoxdur.

Mənim üçün mübariz, qorxmaz, cəsarətli insan anlayışı var…

Mənin üçün sözün düzünü deyən və ona əks gedənə qarşı mübarizə edən var.

Mübarizə Dostluqları yaddaşa yazılır.

Mübarizə dostluqları yaddan çıxmır.

Ən Yaxşı Dostluqlar mübarizə dostluqları olur…

Bunu N!DA -çılardan biri demişdi…

Mən heç bir vaxt heç Binəqədi təcridxanasının divarlarını  görməmişəm. Ancaq dostlar ciddi rejimli həbsxanalarda ideyaları uğrunda mübarizə aparırlar. O dostların çoxusu məni ancaq qiyabi tanıyır. Mən də həmçinin…

Mən yeni ili hansısa xarici şəhərdə keçirib Azəristandan uzaq olmağı, bir az zehni zorlanmalardan uzaq sakit 4-5 gün keçirmək istəyirəm. Onlar isə həbsxana daxilində, həbsxanada keçirəcəklər yeni ilə girişlərini.

Deyirlər ki, yeni ili gərək evdə  keçirəsən ki, növbəti illərdə də evdə olasan. Bu bizim milli mentualetimizin səhvlərindən biridir. İnsan yeni ili ancaq sevdiklərinin yanında olur. Özün uzaqda olursan ancaq ürəyin ailənin, sevgilinin, dostların  yanında olur…

Ondandır ki, biz mübarizə üçün özləri uzaqda, qəlbləri isə bizimlə olan dostlarımızı yadda saxlayırıq…

Hər zaman bir yerdə olduğumuzu hamıya çatdırırıq…

Ps. Kimsə statusunda yazdı ki, Prezidentimiz İlham Əliyevin ad günüdür… Mən ona səs verməmişəm. Heç xalq da ona səs verməyib(saxta seçkidə iştirak edənlərə xalq demirəm)…Saxta yolla seçilən adam prezident deyil və mən onu təbrik etmək kimi borcum da yoxdur…Hər gün ən azı 10 nəfəri Facebookda təbrik etsəmdə…

Ancaq 26 dekabr Rüfət Hacıbəylinin ad günüdür…

Onu təbrik edirəm və yaxın günlərdə yanımıza olmasını arzulayıram. Başqa arzu yoxdur nə məndə nə də başqasında…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma