Etirafnamə…


Bloglarda yeni bir ideya başlığı bir yazı yazmışdım…
Yazı çox rezonans doğurdu bloggerlər arasında. Sadəcə olaraq bir balaca baş qarışıqlığı yaranmışdı. Traininglər, Sumqayıt Bloq günü falan ideyaya start verməyə imkan vermirdi. Sonra Hacı Zeynallı bu ideyaya başlamaq istədiyimi mənə facebookda yazdı. İdeyanı ortaya atan kimi məndən icazə istədi başlamağa. Mən də ona dedim ki, buyura bilər. İcazə falan lazım deyil heç…

Nəisə. Başladı və Etiraf mövzusu ilə başladı. Hələlik ən xoşuma gələn etirafları Cavid Ağa yazıb…

Mən də edim uşaqlar xahiş edib… Əvvəldən deyim ki, bu Etirafnamə yox Tərifnamə olacaq…

Etiraf edirəm ki…

  • Özümdən çox razı görünməyimin əsas səbəbi özümə əmin olmağımdır
  • Bloq yazmağa başlayanda bloqosferdə belə tez müddətdə bu qədər çox tanınacağım ağlıma gəlməzdi
  • Azbloq.org lahiyəsini beynimdə 15 dəqiqə hazırlamışam. Sonrasına görə isə Cavid Ağa və Aynur Zərrintac saq olsunlar!
  • İrəliçilərlə məzələnməyi çox sevirəm
  • Yazımda bir balaca romantika görsəz bilin ki, artıq qanımda spirt  var.
  • Özündən razı olan birçox qızdan çox bəzək əşyam var (sep, qolbaq, üzük, sırğa)
  • Xəmir xörəklərinin xəstəsiyəm
  • Rusiyaya getməyə çəkinirəm
  • N!DA – ya çox şey borcluyam
  • 2-3 dəfə olub ki, həm bloqosferdən həm də N!DA -dan getmək istəmişəm
  • Azərbaycanda 5 ən çox oxunan blogger varsa mən 5ci yəm o siyahıda
  • Ali.S.Novruzov deyir ki, mən Azərbaycan bloqosferasını monopoliyaya almaq istəyirəm
  • Bloq yazılarımda olan qramatik səhvləri tutanda əsəbləşirəm, ürəyim necə istəyir elə də yazıram…
  • Sətiraltı təhqirlərdən çox istifadə edirəm…
  • Youtube-a meyxanaları Firudin Allahverdinin xahişi ilə yükləmişəm və davam edəcəm həvəsim olanda…
  • Jurnalist olmaq kimi bir istəyim yoxdur (3-4 il işləmişəm jurnalist kimi)
  • Rauf Ray üçün darıxıram quşlasa idi yenə bir video çəkərdik
  • Bloquma ən çox 2,354 nəfər giriş edib.
  • Özünü Azərbaycan gənclərinin lideri adlandıran biri mənə nə edirsən N!DA, müxaliflik falan, gəl qoşul mənə pul da var deyib. SR komandası vermişəm gedib…
  • N!DA-çı olmağımla fəxr edirəm
  • N!DA- nın siyasi partiya olmasını istərdim
  • Bizdən güclü təşkilat yoxdur. Varsa xəbər eləsinlər…)))
  • Hal-hazırki gənclər sektoru çox g_tverən vəziyyətdədir…
  • Heç bir siyasi mənsubiyyətim yoxdur amma REAL  Hərəkatı partiya olsa qoşularam onlara…
  • Samir Əsədliyə böyük qardaşım deyirəm…
  •  Bəzi nüanslara görə bir çox adama cavab vermirəm yoxsa onların anasın ağladacaq potensialımız var…)))
  • Çox planlaşdırıram,hesablayıram hərəkətlərimi lap neçə dənə siqaret çəkəcəyim, neçə rumka araq içəcəyimi belə hesablayıram
  • Tiflisi ən azı Bakı qədər sevirəm…
  • Dinə qayıdası olsam xristian dinini seçərəm
  • Dumanın konsertinə 500 azn də olsa bilet alıb gedərəm
  • Çoxunun xoşuna gəlməsə Şirzadın Kafesində yemək yemək əsas xobbilərimdəndir…
  • Fevralın 11 də ad günümü Şirzad-da keçirəcəyəm…

Bu qədər etiraf elədim bəsdir yəqin ki…

Kimin sualı olsa xəbər etsin cavab verərəm…

İdeyanın davamı olaraq  Samir  Əsədlidən, Kənan Grandiosedan, Zaur Qurbanlıdan, Fiore Melagranadan, Nərmin Nöqtədən, Nicat Etibardan, Orxan Abdulladan, Emil Bağırovdan və Azər Aydın-dan da bu yazı kimi etiraf etməklərini xahiş edirəm…Mən Pas verdim indi qol vurarlar vurmazlar özləri bilərlər…

Etibar Salmanlı (Etibarlı)

Etirafnamə…” üçün 17 cavab

  1. Ela! Etibar, yazmisan ki, N!DA nin siyasi partita olmasini isterdim. Niye de yox. Isvecdeki Pirate party ni de eyniadli herekat formalasdirdi. Indi Avropada en taninmis siyasi partiyalardan biridir. Neynese gencler eleyecek. Çüruk siyasetciler artiq coxdan dushunce polisine tabe olub. Etiraflarin maraqli idi. Tesekkurler.

  2. dumanin konserti barede senle tam raziyam, Insallah gelsinler ilk siralarda olariq.icerim ben bu aksam oxumalarini dehset cox isterdim. muasir genclerin ise g_tveren olmasi barede seninle 100% raziyam bezi nuanslari cixmaq serti ile:)

  3. Geri bildiriş: Etiraf…. « Samir Asadli`s Blog·

  4. Geri bildiriş: Etiraf edən Bloggerlər… (Siyahı) « Etibarlı Mənbə…·

  5. Geri bildiriş: Etiraf edən Bloggerlər… (Siyahı)~AzBlog.Org·

Nərmin Nöqtə üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma